İlk 8 ayda özəl sektorda 88 mindən çox yeni əmək müqaviləsi bağlanıb

posted in: Vergi, Xəbər | 0

manat“Pərakəndə ticarət və ictimai iaşə sahələrində çox böyük qeyri-formallıq müşahidə edilir”. (əmək müqaviləsi,emek muqavilesi)

Bunu Bakıda keçirilən “Kölgə İqtisadiyyatına Qarşı Mübarizə – İqtisadi İnkişafın Mühüm Amili kimi” adlı konfransda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, Statistika Komitəsi ilə onların göstəriciləri arasında fərq olub: “2018-ci ilin nəticələrinə görə, Dövlət Statistika Komitəsi ilə Vergilər Nazirliyinin rəqəmləri arasında çox böyük fərq olub. Bu fərq təxminən 7 dəfəyə qədər olub ki, bu da bir daha kölgə iqtisadiyyatının həcmini göstərir. Bu il qeyri-neft sektoru üzrə vergi yığımları proqnoza qarşı 280 mln manat artıq olub ki, bu da proqnoz tapşırığın 112% icra edilməsi deməkdir”.

Nazir əlavə edib ki, əmək bazarında şəffaflaşma prosesi artan dinamika ilə gedir: “Bu ilin ilk 8 ayında özəl sektorda 88 mindən çox yeni əmək müqaviləsi bağlanıb. Dövlət sektoru da nəzərə alınsa bu rəqəm 112 minə çatıb. Hansı ki, onun 78%-i özəl sektorun payına düşür. Əmək müqavilələrinin rəsmiləşdirilməsi əsasən ticarət, xidmət, tikinti, sənaye sahələrində qeydiyyata alınıb. Əməkhaqqında da artım qeydə alınıb. Belə ki, minimum əməkhaqqının artırılması ilə bağlı təşəbbüsləri nəzərə almasaq əməkhaqqının həcmi 20%-dək artıb”.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmək müqaviləsi, emek muqavilesi
Print Friendly, PDF & Email