ABŞ barədə 15 maraqlı fakt

posted in: Maliyyə, Xəbər | 0
birbank biznes

Biz amerikalılar barədə nə qədər bilgiyə malikik? Stereotiplər yüzlərlədir, başlıca olan faktlardır.

ABŞ xüsusi bir ölkədir, onun barəsində o qədər uydurmalar var ki, təəccüblənməyə bilmirsən.

İqtisadiyyat

  1. ABŞ planetdə əsas istehlakçıdır: ölkə dünya resurslarının təxminən 40%-ni təşkil edir.
  2. Amerika əhalisinin təqribən 90%-i kreditlərin hesabına yaşayır. İqtisadi sistem elə qurulub ki, borc vəsaitləri olmadan keçinmək mümkün deyil. Məktəbi bitirdikdən sonra gənc məzun təhsil üçün dövlətdən kredit alır (orada pulsuz ali təhsil öyrətmirlər). Ardınca da digər kreditlər gəlir: ev, avtomobil, mebel, tibb və s.  alınması üçün alınan kreditlər. Amerikalıların 7-10 ədəd kredit kartı olur.
  3. ABŞ-ın 20 milyon vətəndaşı treylerlərdə və təkərlər üzərində hərəkət edən evlərdə yaşayır. Ev və ya mənzil almağa gücləri çatmır – daşınmaz əmlakın qiyməti çox yüksəkdir.
  4. Birləşmiş Ştatlarda işsizlik üzrə müavinət təxminən minimal əməkhaqqı ödənişi həcmindədir ki, bu da mənzil kirayələmək və ərzaq üçün kifayət edir. Ölkə vətəndaşlarının təxminən 10 faizi bu cür müavinətlər alır.

Praktiki “Mühasibat kargüzarlığı” kursları


Cəmiyyət

  1. Kiçik şəhərlərdə və şəhərətrafı ərazilərdə insanlar icma ərazilərində yaşayır və öz əmin-amanlıqlarını canfəşanlıqla qoruyurlar. Küçədə yad adam gördükdə, həmin şəxsi onun kimliyi, burada nə işlə məşğul olması barədə sorğu-suala çəkirlər. Bəzən isə hər ehtimala qarşı polis çağırırlar. Qonşuluq nəzarəti adlanan və “neighbourhood watch” adlandırılan bu “nəzarət sistemi”, bizim üçün qəribə görünə bilə. Lakin ölkədə cinayət nisbətinin yüksək olduğunu nəzərə aldıqda, bu, amerikalılar üçün adi bir haldır.
  2. Total siyasi korrektlik və tolerantlıq Amerika dünyagörüşünün əsasını təşkil edir. Bu, son illər Hollivud filmlərində xüsusilə nəzərə çarpır. Belə ki, müsbət qəhrəman rollarında qaradərililər və ya azlıqların nümayəndələri oynayırlar.
  3. “Makdonalds” – hər cəhətdən məşhur bir yerdir, hər 8 amerikalıdan biri orada işləyib.
  4. Amerikalılar həddən artıq vətənpərvərdirlər. Hətta ən gözdən iraq bir əyalətdə belə treylerdə zolaqlı-ulduzlu bayraq asılır. Məsələn, əgər evsiz birindən soruşsalar ki, dünyada ən yaxşı ölkə hansıdır, o, düşünmədən, ABŞ – deyə cavab verəcək. Hər şey, az qala, uşaq bağçasından başlayan vətənpərvərlik tərbiyəsinin düşünülmüş sistemi sayəsində baş verir.

Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu


Hər şeydən bir az

  1. ABŞ daxili turizm üçün ən populyar 3 istiqamətdən biridir, lakin amerikalılar nadir hallarda öz ölkələrini tərk edirlər. Onlar yerli turistik yerlərə səyahət etməyi üstün tuturlar.
  2. ABŞ planetin ən uzun yol şəbəkəsinə –  6,5 milyon km – malikdir. Ən insansız avtomobil yolu – 50-ci yol (Yuta-Kaliforniya) şəbəkəsi hesab olunur. Həmin yol 200-300 km məsafədə yalnız bir yaşayış məntəqəsinin olduğu səhradan keçir.
  3. ABŞ-da ictimai nəqliyyat məsələsi elə də yaxşı deyil: meqapolislərdə ictimai nəqliyyatdan əsasən müdafiəsiz əhali təbəqəsi istifadə edir. Kiçik şəhərlərdə isə ümumiyyətlə belə bir nəqliyyat növü yoxdur. Avtomobil – hər bir amerikalı üçün həyati bir zərurətdir.
  4. Dünyada ən nəhəng administrativ bina Pentaqonun binasıdır. Onun xarici divarlarının perimetri – demək olar ki, 1,5 km-dir, koridorlarının uzunluğu isə 28 km təşkil edir.
  5. Nevada ştatında “Area 51” adlandırılan –  dəfələrlə rejissorları fantastika və dəhşət filmləri üçün süjetlər yaratmağa ruhlandırmış, anlaşılmaz təyinatlı əfsanəvi gizli obyekt yerləşir.
  6. Nobel mükafatları daha çox ABŞ vətəndaşlarına çatır.
  7. Oyun biznesinin paytaxtı – Las-Veqasda – hər 8 sakinə, bütün Nevada ştatında isə hər 15 sakinə bir oyun avtomatı düşür.

Print Friendly, PDF & Email