ABŞ vergi sistemi (5-ci hissə)

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ABŞ vergi sistemi (5-ci hissə)

4-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

ABŞ vergi sistemi ən inkişaf etmiş vergitutma sistemlərindən biri hesab olunur. ABŞ iqtisadiyyatın liberal modelinə istiqamətlənən bir ölkədir və federativ dövlətdir. Burada üç səviyyəli vergi sistemindən istifadə olunur: federal vergilər, ştatların vergiləri, yerli vergilər.

Vergi kreditləri sistemi

Vergi kreditləri sistemi biznesdə ən geniş yayılmış güzəştlərdən biridir. Bu terminlə vergi bazasının müəyyən edilməsində icazə verilən çıxılmalardan və istisnalardan fərqli olaraq, hesablanmış vergi məbləğindən birbaşa istehsal edilən ayırmaları qeyd etmək qəbul edilmişdir. İnvestisiya kreditinin üç hissəsi fərqləndirilir: müntəzəm vergi krediti (şəxsi investisiyaları stimullaşdırır), köhnə binaların bərpası üçün investisiya vergi kreditienerji vergi krediti. Təcrübə göstərdi ki, onun ləğvi investisiyaları və rəqabətə davamlılığı azaldır ki, bu da iqtisadi artımı ləngidir.

Yerli özünüidarəetmə orqanları öz sərəncamlarında vergi mənbələrinin nisbətən məhdud sayda, bir çox hallarda ştatların vergiləri ilə eynitipli mənbələrə malikdirlər. Yerli vergilər arasında ən böyük əhəmiyyət əmlak vergisinə məxsusdur. Vergi mülkiyyətə malik olan fiziki və hüquqi şəxslərdən ildə bir dəfə tutulur. Bu verginin müəyyən edilməsi üçün baza, mülkiyyətin qiymətləndirilmiş dəyəridir. Ştatların demək olar ki, yarısında eyni adlı ştat vergisinə əlavə olaraq satış vergisi tutulur. Bu vergidən əldə edilən gəlirlər ştatda toplanır, sonra isə onların əldə edildiyi yerli özünüidarəetmə orqanına qaytarılır.

Dolayı vergilər

Müxtəlif ştatlarda vergilər birbaşa vergilərlə müqayisədə ABŞ-da əhəmiyyətli dərəcədə az pay tutur. Dolayı vergilər arasında satış vergisinə və aksizlərə üstünlük verilir. Aksizlər müəyyən mallara tətbiq edilir. Federal səviyyədə – spirtli içkilər, tütün məhsulları, telefon danışıqları, aviabilet və digər üçün ABŞ-da ƏDV tətbiq edilmir. Baxmayaraq ki, Avropa dövlətlərində bu, dövlətin əsas gəlir mənbəyidir.

ABŞ-da vergi daxilolmalarının strukturu, yekun %

Vergitutma səviyyəsi Fiziki şəxs

Gəlir vergisi

Korporasiya vergisi Sosial sığorta Aksizlər Əmlak vergisi Digər Yekun
Federal 50 6 34 8 2 100
Ştatlar 21 6 27 37 1 9 100
Yerli 4 1 6 14 71 4 100
Bütün səviyyə 37 6 27 15 10 4 100

 

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email