AKKORD bölgə üzrə mühasib axtarır

birbank biznes

mühasibVəzifə: Mühasib

– Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC

– İş yeri: Qazax              

Namizədə tələblər:

– Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat)

– Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi.

– Yaş həddi 25-40

– MS Office – Word, Excel, 1C (8.2) proqramlarını mükəmməl bilməli

– Riyazi qabiliyyəti mükəmməl olmalı

– Vergi qanunvericiliyini bilmək

– Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı

– İdarəetmə, analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabiliyyəti olmalı

– İngilis dili biliyi arzuolunandir

– Beynəlxalq mühasibat uçotu üzrə biliyin olması arzuolunandır.

Həmçinin bax: Gilan Holding 1 illik iş təcrübəsi olan Kiçik Auditor axtarır

Əsas vəzifə öhdəlikləri:

– Təsərrüfat maliyyə fəaliyyətlərinin baş verməsi anında onları əks etdirən ilkin uçot sənədlərinin işin icraçıları tərəfindən (ERP proqramında) tərtib edilməsini təmin edərək nəzarət edir

– Əməliyyat xərcləri, inzibati xərclər və gəlir maddələri üzrə hesabların uçotunu aparır, tələb olunan formatda və müddətdə hesabat və məlumatları təqdim edir;

– Səlahiyyətinə aid olan daxili əməliyyatların gündəlik olaraq analitik uçotunu aparır;

– Ona verilən tapşırıq əsasında debitor və kreditorları üzrə əməliyyatların uçotunu aparır ;

– Əmək haqqı və ona bərabər tutulan ödənişlərin, ezamiyyət xərclərinin hesablanmasını həyata keçirir və ödənilməsinin uçotunu aparır;

– Sifariş edilmiş və alınmış mal-materialların mədaxil və məxaric (sərf) əməliyyatlarının uçotunu və dövri inventarizasiyasını aparır, tələb olunan formatda hesabat və məlumatları təqdim edir;

– İcarəyə, müvəqqəti və birdəfəlik istifadəyə verilən vəsaitlərin uçotunun aparır və təqib edir;

– Təhtəl hesab, şəxslərlə iş və müvafiq uçotun aparılmasını təmin edir;

– Subpodratçılarla əlaqədar mal-material, xidmət, ödəmələr, zəmanət və avanslarla əlaqədar hesablamaları həyata keçirir

və uçotunu aparır;

– Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, azqiymətli və tezköhnələn əşyaların uçotunu, amortizasiyasını və dövri inventarizasiyasını aparır, tələb olunan formatda hesabat və məlumatları təqdim edir;

– Məhsulun (mal və xidmətin) maya dəyərinin hesablanmasını həyata keçirir və uçotunu aparır;

– Dövlət bütçəsinə və digər dövlət qurumlarına veriləcək hesabatları tərtib edərək təqdim edir.

– Ödəmələrin, sosial sığorta ayırmalarının, vergilərin hesablanmasını və ödənilməsini həyata keçirir;

– Daxili mühasibatlıq üzrə ilkin sənədlərin müəyyən olunmuş qaydada saxlanılmasını (qovluqlara tikilməsini) və arxivləşdirilməsini həyata keçirir;

– Daxili və xarici auditin aparıldığı zamanlarda onlara lazımi dəstək verilməsi;

– Maliyyə Departamenti rəhbərliyinin tələb etdiyi forma və müddətlərdə fəaliyyətlərinə aid hesabatların işlənib hazırlanması və təqdim edilməsi;

– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;

– Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak

– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi

– Gündəlik və aylıq daxili maliyyə hesabatlarının hazırlanması.

– Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vakansiyanın adını göstərərək   / ünvanına göndərə bilərsiniz.

Mənbə: jobsearch.az

Həmçinin bax: 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Print Friendly, PDF & Email