Kimlər aksiz vergisi ödəyicisi kimi tanına bilər?
Aksiz müəyyən kateqoriya mallara tətbiq olunan dolayı vergidir. Biz aksiz, onun yaranma və inkişaf tarixi barədə danışmışıq. VM-in 12-ci maddəsi vergi ödəyəcilərinin dəqiqləşdirilməsini istənilən verginin müəyyən edilməsinin əsas şərti sayır. Bu məqalədə aksiz vergisi ödəyiciləri və onların qeydiyyatı haqqında sizə məlumat verəcəyik.
Aksiz vergisinin ödəyiciləri aksizli məhsulların istehsalçıları, emalçıları və idxalçıları olan yerli yaxud xarici hüquqi və fiziki şəxslərdir. Aşağıdakı şəkildə Vergi Məcəlləsinin 183-cü maddəsinə əsasən aksiz vergisi ödəyicisi kimi tanına bilən şəxslərin əhatəsi əks olunub:
İstehsal prosesi ölkə ərazisində, sifarişçinin göndərmiş olduğu xammalla baş verdikdə, aksizli malın istehsalçısı, yəni podratçı aksiz vergisi ödəyir.
Qarşılıqlı surətdə asılı olan aksizli məhsul istehsalçısı yaxud sifarişçisi rezident şəxslərdirsə, bu zaman malın sahibi, yəni sifarişçi aksizi ödəyir. Lakin sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində mallar istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır.
Nümunə 1: Cəlilabad rayonunda tikilmiş şərab zavoduna Rusiya Federasiyasının yerli şirkəti konyak sifarişi vermiş və bağlanmış müqaviləyə uyğun olaraq içməli spirti özü ixrac edərək Cəlilabaddakı zavoda göndərmişdir.
Sözügedən hal üçün aksiz vergisini ödəmək vəzifəsi Cəlilabaddakı şərab zavodunun üzərinə düşür. Şərab zavodu ödəyəcəyi aksiz vergisinə görə xarici şirkətdən ödədiyi məbləği almaq və həmin məbləği hər hansı təkrar vergiyə cəlb etməmək hüququna malikdir.
Bununla belə, aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, malın sahibi (sifarişçi) aksizin ödəyicisidir.
Nümunə 2: Yuxarıdakı nümunə üzrə hər hansı səbəblərdən Cəlilabad rayonundakı zavod malları özü istehsal edə bilmədiyinə görə özünün Şamaxıda yerləşən ana şirkətinə sifariş verir. Belə olan təqdirdə belə aksiz vergisini Cəlilabaddakı zavod ödəməlidir.
Göründüyü kimi, aksizli mal istehsalı ilə məşğul olan, ya da satan vergi ödəyən şəxslər formal olaraq aksiz vergisinin ödəyiciləridir. Əslinə qalanda uyğun əmtəənin istehlakçısı aksiz ödəyicisi sayılır.
Aksizli mallar üzrə vergitutmanın tətbiqi zamanı, əməl edilməsi vacib tövsiyələr aşağıdakı cədvəldə verilib:
Aksiz vergisinin ödənməsində mərhələlilik
Siz aksiz vergisinin ödənişini bir neçə mərhələdə həyata keçirə bilərsiniz. Hesab edək ki, siz aksizli məhsul istehsal edirsiniz. Məhsulun istehsalı üçün aksizli olan başqa xammal, materiallar lazımlıdır. Vergi Məcəlləsinə görə belə vəziyyətlərdə siz, həm aksizli xammal, materialları alarkən, həm də həmin aldığınız xammal, materiallardan istifadə edərək yeni aksizli mal istehsalında vergini ödəyəsiniz. Aksizilərin istehsal ehtiyacları üçün əvəzləşdirilməsi məcəllənin 189-cu maddəsində təsbit edilib.
Belə olan halda, sizin əvəzləşdirmə hüququnuz yaranır. Xammal, materialı alarkən ödəmiş olduğunuz aksiz miqdarını əvəzləşdirə bilərsiniz. Ancaq vergi orqanı tərəfindən tələb olunan sənədlər var. Bunlar aksizi ödədiyinizin təsdiqi kimi hesab-faktura, xammal ya da ehtiyatları idxal edərkən olan müvafiq sənədlərdir.
Aksiz ödəyicilərinin qeydiyyatı
Aksiz ödəyicilərinin qeydiyyatı üçün hər hansı xüsusi qaydalar yoxdur. Bu, bəzi istisnalarla, beynəlxalq təcrübəyə uyğundur. İstisnalar dedikdə, müəyyən ölkələrdə vergi orqanlarında aksizli məhsulların istehsalçı və idxalçılarının xüsusi qeydiyyatı nəzərdə tutulur.
Respublikamızda belə qeydiyyatın olmamasının əsas səbəbi kimi ƏDV ödəyicilərinin ayrıca reyestrinin aparılmasıdır. Həmçinin Vergi Məcəlləsinin 218.5.1.-ci maddəsinə görə aksizli məhsul istehsalı ilə məşğul olanlar sadələşdirilmiş vergi ödəyicisi ola bilməzsiniz. Deməli, ƏDV qeydiyyatına alınan şəxslərin başqa uçota alınmasına ehtiyac yoxdur və avtomatik olaraq aksizli məhsul istehsalçısı əlavə dəyər vergisinin ödəyicisi sayılır.