birbank biznes

Almaniyanın maliyyə həyatı, Almaniyada maliyyə

Alman əmanət kassalarını birləşdirən Deutscher Sparkassen und Giroverband assosiasiyasının tədqiqatlarına əsasən rəyi soruşulan Almaniya sakinlərinin 66% öz maliyyə vəziyyətlərini “çox yaxşı” və ya  “yaxşı” adlandırmışlar.  Bu göstərici bu cür tədqiqatların aparıldığı bütün müddət ərzində rekord səviyyəyə yüksəlib.

Öz maaşlarını Almaniya sakinləri tam şəkildə əllərinə alırlar. Gəlirlərinin əhəmiyyətli hissəsini onlar vergi şəklində dövlət xəzinəsinə köçürürlər. Ölkədə proqressiv vergi sistemi fəaliyyət göstərir. İnsan nə qədər çox qazanc əldə edirsə, dövlət büdcəsinə bir o qədər böyük faiz ödəyir.

Əgər işçi il ərzində 9 000 avrodan az (ayda 750 avro) qazanırsa, onda gəlir vergisi ödəməkdən azad edilir. Əgər insanın illik gəliri vergiyə cəlb olunan məbləğdən bir qədər yüksək olarsa, belədə o, öz qazancının 14%-ni dövlətə ödəyir. Orta statistik əməkhaqqı alan vətəndaşlar gəlir vergisini artıq 24% ödəyirlər. İllik gəliri 54 950 avrodan yüksək (ayda 4 580 avro) olan adamlar öz qazanclarının 42%-ni dövlətə qaytarırlar.

Ardına nəzər yetirmək üçün keçidlərə daxil olun:

I hissə

II hissə

Print Friendly, PDF & Email