Almaniyanın vergi sistemi, formalaşması və inkişafı (V hissə)

posted in: Vergi, Xəbər | 0

Almaniya vergi sistemi, formalaşması və inkişafı (V hissə)

IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Almaniya Federativ Respublikası bir dövlət kimi siyasi və iqtisadi quruluşun müxtəlif mərhələlərini keçmiş, dəfələrlə dünya müharibələrinin yaratdığı dağıntılardan qalxmış, iqtisadi cəhətdən güclü, sosial yönümlü dövlətə çevrilmişdir.

Vergitutma məqsədləri üçün bütün vergi tutulan gəlir yeddi növə bölünür. Xüsusilə, gəlirlər bu sahələrə ayrılır: müstəqil fəaliyyət, sənaye fəaliyyəti, kənd və meşə təsərrüfatlarında iş, muzdlu əməkdən istifadə, kapital icarəyə verilməsi və s.

Korporasiyaların mənfəət vergisi hüquqi şəxslər tərəfindən ödənilən əsas vergidir. Ümumi vergi dərəcəsi 45 faiz təşkil edir. Sözügedən vergi, fiziki şəxslərin səhmdarlarının maraqlarını nəzərə almağa imkan verir.

Korporasiyalar üzrə vergi federal və torpaq büdcələri arasında 50%/ 50% nisbətində bölünür.

Satış vergisi də hər üç büdcə arasında bölüşdürülür. Lakin nisbətlər çox vaxt dəyişir. Əvvəllər isə satış vergisi aşağıdakı kimi paylanırdı: 60% – federal büdcəyə, 35% – torpaqların büdcələrinə və 5% – yerli büdcələrə. Satış vergisi tənzimləyici gəlir mənbəyi kimi xidmət edir. Bunun sayəsində torpaqların maddi vəziyyəti bərabərləşir.

Almaniyada hazırda ən böyük iki vergi var – fərdi gəlir vergisiəlavə dəyər vergisi (ƏDV). Ölkənin büdcə gəlirlərində ƏDV-nin payı 28% təşkil edir. Ümumi faiz dərəcəsi 15% təşkil edir, lakin bir sıra ərzaq məhsulları və kitab-jurnal məhsulları minimum 7% dərəcə ilə tutulur.

Almaniyada vergilər hökumət tərəfindən dövlətin ölkə iqtisadiyyatının inkişafına təsirinin əsas aləti kimi nəzərdən keçirilir, büdcədə onların yeri çox yüksəkdir. Büdcənin ümumi gəlirlərində vergilər, bir qayda olaraq, 80% təşkil edir.

Almaniyanın maliyyə katibi, professor X. Sitzelsberger hesab edir ki, dövlətin maliyyə siyasətinin əsas məqsədi struktur və konyunktur işsizliyin azaldılmasıdır. İnvestisiya qoyuluşu şərtləri tam rəqabət qabiliyyətli olmalıdır. Vergilərin azaldılması alman və xarici investorlara əhəmiyyətli iqtisadi və maliyyə-psixoloji stimul verəcəkdir. İslahatla müəyyən edilmiş uzunmüddətli meyarlar dövlət maliyyə siyasətinin etibarlılığını təmin edəcəkdir. Eyni zamanda, ölkədə qısa müddət ərzində təsir edə biləcək iqtisadi artımın canlanması üçün bir ilkin şərt yaradılacaqdır. Mövcud hesablamalara görə, vergi tədbirləri hər il təqribən 1%-lik əlavə bir inkişaf tempinə nail olmağa imkan verəcəkdir.

Alman siyasətçiləri, İsveçrəni Almaniya vətəndaşlarına vergidən yayınmaqda  kömək etməkdə günahlandırırlar. Lakin Almaniya vergi sistemi özü də buna töhfə verir, Deutsche Welle köşə yazarı Nikita Zholkver belə deyir.

AFR hökuməti artıq iki il ərzində ikinci dəfədir ki, öz gəlirlərini  “vergi oazislərində” gizlədən ölkənin zəngin adamları ilə bağlı məlumtları qeyri-leqal yolla satın alır. Birinci halda Lixtenşteyndən, indi isə İsveçrədən söhbət gedir. Yəni, alman hökuməti faktiki olaraq digər cinayətkarları üzə çıxarmaq üçün başqa bir cinayətkarla sövdələşməyə gedir


VI hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email