Apreldə vergi orqanlarına daxil olan müraciətlərin 72,9 %-i müsbət həll olunub

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi2018-ci ilin aprel ayı ərzində vergi orqanlarına 9501 müraciət daxil olub ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 11,3 faiz azdır.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, müraciətlərin 94,7 faizi ərizə, 5 faizi şikayət, 0,3 faizi isə təklifdir. Onların 34,1 faizi müxtəlif arayışların alınması, 39,5 faizi kameral vergi yoxlamaları, 9 faizi vergi borcları, 2,5 faizi vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, qalanları isə digər məsələlərlə bağlı olub.

Bütün müraciətlərə vaxtında baxılaraq, 72,9 faizi müsbət həll olunub.

Hesabat dövründə Vergilər Nazirliyinin aparatı, bölgələrdə fəaliyyət göstərən yerli vergi orqanları və vergiödəyicilərinə xidmət mərkəzləri də daxil olmaqla, vergi orqanlarının müxtəlif səviyyədə rəhbər vəzifəli şəxsləri və vergi əməkdaşları tərəfindən ümumilikdə 459 vətəndaş qəbul edilib, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Mənbə: azertag.az

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email