Fermerlərə göstərilən aqrotexniki xidmətlərə görə ƏDV hesablanmalıdır?

posted in: Vergi, Xəbər | 0

Sual: Kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən sahibkarlar bir çox vergilərdən azaddır. Ancaq bəzi xidmət sahələrində fermerlərə göstərilən aqrotexniki yardımlar bu siyahıya daxil deyil. Məsələn, bitkiçilik məhsulunun gələcəkdə ona təhvil verilməsi şərtilə fermerlərə (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərə) həm maliyyə yardımı, həm də aqrotexniki xidmətlər (şum, əkin, malalama, səpin, dərmanlama və s.) göstərir. Bu halda fermerlərə göstərilən aqrotexniki xidmətlərə görə ƏDV hesablanmalıdır? (EDV)

Cavab: Vergilər Nazirliyi bu məsələ ilə bağlı şərh verib. Bildirilib ki, ƏDV-dən azad edilən əməliyyatlar Vergi Məcəlləsinin 164-cü maddəsində qeyd olunub. Sorğuda qeyd olunan aqrotexniki xidmətlər ƏDV-dən azad edilən əməliyyatlara aid edilmədiyi üçün ümumi qaydada ƏDV-yə cəlb olunur. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə mülkiyyət hüququnun başqasına verilməsi Əlavə Dəyər Vergisi məqsədləri üçün təqdimetmə sayılmadığına görə, maddi yardım ƏDV-nin vergitutma obyektini təşkil etmir.

Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə əsasən, malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət xidmət hesab edilir. Burada Əlavə Dəyər Vergisinin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur.

Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir. Məcəllənin 159-cu maddəsində vergitutma obyektlərinin siyahısı verilib. Həmin maddənin 159.8-ci bəndinə əsasən, Əlavə Dəyər Vergisi ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin Əlavə Dəyər Vergisi tətbiq etməklə aparılan əməliyyatları, habelə Əlavə Dəyər Vergisindən azad edilən və ya sıfır (0) dərəcə ilə Əlavə Dəyər Vergisinə cəlb edilən, lakin Əlavə Dəyər Vergisi tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
ƏDV aqrotexniki xidmətlər EDV
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *