birbank biznes

auditin tarixi“Audit” latınca “audio” (o, dinləyir, müvafiq olaraq “auditor” – dinləyən) sözündən təşəkkül tapıb.

Orta əsrlər Avropasında savadlı və yazı yaza bilən insanların sayı az olduğu vaxtlarda, auditor vəzifəli şəxslərin hesabatlarını dinləməli olan qulluqçuya deyilirdi. Auditin inkişafının ilkin mərhələsində aldatma və dələduzluq faktlarının ifşa edilməsi məqsədi ilə vəzifəli şəxslərin fəaliyyətinə nəzarət auditorun üzərinə düşürdü.

Hələ qədim dünyada mülkiyyətə sahiblənmək və onun idarə edilməsi funksiyaları dövlət və quldarlıq mülkiyyəti kimi dövrün təsərrüfat fəaliyyətinin əsas subyektləri arasında bölünən kimi, ilk dəfə olaraq auditə şüurlu ehtiyac duyulurdu. Uçot prosesinin bu cür təşkili, ilk növbədə, dövlət xəzinəsinin və ya ayrı-ayrı quldarın əmlakının oğurlanmasının qarşısını almaq istəyi ilə şərtlənirdi. Bundan əlavə, hesabların düzgünlüyünü yoxlamaq üçün inventarlaşdırmadan da istifadə edilmişdir. Ancaq bu nəzarət üsullarına da tam şəkildə etibar edilmədi.

O zamanlar üçün mühasibləri “dinləmə” prosesi ənənəvi praktikası mövcud idi. Mümkün qədər böyük mənfəət əldə etməyə çalışan sahibkarlar, hesabat verilənləri dinləmək, yəni onlara nəzarət etmək üçün vəzifələr yaratmışdılar və ora nəzarətçilər təyin edirdilər.

Ardına nəzər yetirmək üçün keçidlərə daxil olun:

I hissə

II hissə

Print Friendly, PDF & Email