Sual: Vergi orqanında uçotda olmayan təsisçi təsisçisi olduğu MMC-yə əvəzi ödənilməyən mal və ya avadanlıq verərsə bu halda “Malların alış aktı” elektron qaydada tərtib edilməlidirmi və həmin malların və yaxud avadanlığın bazar qiymətinin müəyyən edilməsi üçün kənardan mütəxəssismi cəlb edilməlidir? Məsələn Auditor. MMC özü bazar araşdırmaları metodu ilə həmin mal və ya avadanlığın qiymətini müəyyən edə bilərmi?
Cavab: Bildiririk ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır. Mallar vergi uçotunda olan təsisçi tərəfindən müəssisəyə təqdim olunduğu halda bazar qiymətləri nəzərə alınmaqla elektron qaimə-faktura əsasında, vergi uçotunda olmayan təsisçi tərəfindən təqdim olunduğu halda isə malların alış aktı vasitəsilə sənədləşdirilə bilər. Auditor rəyi sorğunuzda qeyd olunan hal üçün yalnız malların dəyərini ifadə edir və malların mədaxilini təsdiq edən sənəd hesab olunmur.
Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 33-cü, 58.8-ci, 71-1-ci, 71-2-ci maddələri.
Mənbə: taxes.gov.az
Bax:
Ezamiyyədə olan işçinin maaşının hesablanması
Riskli vergi ödəyiciləri siyahısından necə çıxmalı?
İşəgötürən işçini ixtisar etdiyi halda müavinət
Əmtəəsiz əməliyyat nədir?
Əmək müqaviləsinin ləğv edilməsi
İcarəyə götürülmüş əsas vəsaitlərə təmir xərclərinin hesablanması
Bu halda qeyri-rezidentin ödədiyi məbləğ ödəmə mənbəyində vergiyə düşürmü?
Obyekt valideynin adına olduqda icarə müqaviləsi bağlanılmalıdır?
Yararsız malların uçotdan silinməsi gəlirdən çıxılır?
VÖEN-i olmayan şəxsdən mal aldıqda onu necə rəsmiləşdirməliyik?
Qonorardan sosial sığorta haqqı hesablanmalıdır?
Leave a Reply