Avans məbləği NKA-da nəzərə alınırmı?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

AvansSual: ƏDV ödəyicisi MMC malları idxal edib NKA vasitəsilə satır. Mallar əsasən sifarişlə gətirilir və sifariş qəbul olunanda avans ödəniş qəbul etmək zərurəti yaranır. Avansı KMO-lə qəbul etmək mümkündürmü və məbləğə məhdudiyyət varmı? Malın satışı zamanı həmin avans NKA-da necə nəzərə alınmalıdır?

Bax: Qonaqlar üçün çəkilən xərclər gəlirdən çıxılırmı?

Cavab:  Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində nəzərdə tutulan bəzi istisnalar nəzərə alınmaqla pərakəndə ticarət üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsi hesab olunur.

Bu baxımdan da sorğunuzda qeyd olunan halda avans ciddi hesabat blankı deyil, NKA vasitəsi ilə aparılmalıdır.

Ödənişin hansı qaydada NKA vasitəsi ilə aparılması barədə məlumatı Sizə xidmət edən STXM-nin nümayəndəsindən dəqiqləşdirməyiniz məqsədəuyğundur.

Bax: Vergi Məcəlləsinin 13.2.62-ci və 16.1.8-ci maddəsi.

Mənbə: taxes.gov.az

Bax: Əməliyyatların təsiri nəticəsində balansda olan dəyişikliklər

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *