Avro üçün dizaynı kim düşünüb tapır? (I hissə)

posted in: Xəbər | 0
birbank biznes

Avro,Avro üçün dizaynı kim düşünüb tapır? Avropalıların həyatından onlar hansı süjetləri əks etdirirlər?

I hissə

Sikkələrin öyrənilməsi formatında Avropa ekskursiyası

Avro – 340 milyondan çox insanın istifadə etdiyi və dünyanın ən gənc valyutalarından biridir: sikkələr və əskinaslar 20 ildən də az müddətdə dövriyyədədir. Əvəzində, bu sikkələrin köməyi ilə Avropa ölkələrinin demək olar ki, bütün tarixini – orta əsr incəsənətinin əsas əsərlərindən başlamış, mühüm siyasi münaqişələrə, kompromislərə və müasir dəyərlərə qədər öyrənmək olar.

İlk dəfə nağdsız pul əməliyyatları üçün avrodan 1999-cu ildə istifadə olunmağa başlanılıb. 2002-ci il yanvarın 1-dən isə ilk sikkələr və əskinaslar dövriyyəyə buraxılıb. Hazırda avro, avrozonaya daxil olan 19 ölkənin milli valyutasıdır və Avropa Mərkəzi bankı ilə razılaşma əsasında daha bir neçə Avropa ölkəsi – Andorra, Vatikan, San-Marino, Monako və Monteneqro da avrodan istifadə edir.

Avropa Mərkəzi bankı yalnız avrodan istifadə edən ölkələrin ümumi pul siyasətini deyil, həm də sikkələrin özlərinin təsvirini də tənzimləyir. Onlar səkkiz nominalda mövcuddur: 1, 2, 5, 10, 20 və 50 sent, 1 və 2 avro. Düzdür, bundan əlavə kolleksiya üçün xüsusi sikkələrə də rast gəlinir. Məsələn, 5, 10 və ya hətta 100 avro nominalında avro, lakin, bu artıq başqa tarixçədir. Sikkələrin buraxılışı ilə bütün avrozona ölkələri, o cümlədən Andorra, Vatikan, San-Marino, Monako, məşğul olurlar.

Revers və ya sikkənin əks tərəfi (pul dəyərinin görünən tərəfi) nominallar üzrə bir-birindən fərqlənir, lakin, bu, zərb edilən ölkədən asılı olmur. Bütün səkkiz nominal üçün dizaynı ötən əsrin sonunda belçikalı Lyuk Lyuiks düşünüb tapıb. Buna qədər o, Belçika franklarının dizaynını da işləyib hazırlamışdı. 1, 2, və 5 sentlərin üzərində qlobus təsvir olunub. Digər sikkələr isə Avropanın birliyini simvolizə edir, onların üzərində regionun xəritələri təsvir olunub.

Yeri gəlmişkən, Lyuiks  həm də öz adının əbədiləşdirilməsinin də qayğısına qalmışdı – hər bir sikkənin mərkəzdən sağ tərəf istiqamətində onun inisialını bildirən, bir-birinə bitişik iki latın L hərfi görünür.

Üz tərəf (və ya avers) daha maraqlıdır. Burada hər bir ölkə öz dizaynını inkişaf etdirmək hüququna malikdir, lakin onu Avropa Mərkəzi bankı ilə birlikdə təsdiq etməlidir.

Əslində, sikkələrin necə görünməsi barədə heç bir mərkəzləşdirilmiş göstəriş yoxdur, yalnız 2005-ci ildə Mərkəzi bank ölkənin mədəni və ya tarixi kimliyini əks etdirmək üçün üz tərəfində hansısa milli motivlərdən istifadə etməyi məsləhət görmüşdü.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email