Avro üçün dizaynı kim düşünüb tapır? (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

Avro üçün dizaynı kim düşünüb tapır? Avropalıların həyatından onlar hansı süjetləri əks etdirirlər?

II hissə (I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun)

Sikkələrin öyrənilməsi formatında Avropa ekskursiyası

İtalyan avrosunda hər bir nominalın öz dizaynı var – məşhur incəsənət abidələrinin təsviri: orta əsrlər Kastel-del-Monte qəsri, Turinin simvolu olan Mole-Antonelliana qülləsi, Roma Kolizeyi, Bottiçellinin rəsm əsərindən Veneranın başı, rəssam Umberto Boççoninin “Fəzada fasiləsizliyin unikal formaları” futuristik heykəli, Mark Avreliyanın at üzərində heykəli, Leonardo da Vinçinin Vitruvian insanı və Rafelin freskalarından Dante Algiyerinin təsviri.

Nominalından asılı olmayaraq, Vatikanın bütün sikkələrində hakimiyyətdə olan Roma  papalarının portretləri, Belçikada – monarxın profili: 2013-cü ilə kimi II Albertin, 2014-cü ildən isə hazırda hakimiyyətdə olan I Filippin profilləri mövcuddur.

Almanlar öz milli simvollarından – palıd yarpağı, qartal və Brandenburq qapılarından istifadə ediblər.

Bütün irland sikkələrinin üz tərəfi eynidir – orada kelt arfası təsvir olunub.

Bütün bunlar adi sikkələrə aiddir – onlardan başqa xatirə sikkələri də vardır. Avro ilk dəfə dövriyyəyə buraxılan vaxt belə qərara alınmışdı ki, sikkənin zahiri təsvirini düşünüb tapan ölkə, bir daha onu dəyişdirməyəcək, yalnız dizayn qismində dövlət başçısının təsvirini verən ölkələr istisna təşkil etmişdi: hökmdar dəyişdikdə, onlara yeni seriyadan olan sikkələrdə yeni dövlət başçısının təsvirini vermək hüququ verilmişdi.

Bu qərara 2004-cü ildə Afinada keçirilən Olimpiya oyunları zamanı yenidən baxılmışdı – o zaman Yunanıstana üzərində olimpiya halqaları və diskatanın təsviri olan 2 avroluq xüsusi sikkələr buraxılmasına icazə verilmişdi.

Hazırda hər bir ölkə il ərzində iki dəfə yalnız 2 avro nominalında xatirə sikkələri buraxa bilər. Amma, bu o həcmdə olmalıdır ki, onların ümumi sayı avrozonada dövriyyədə olan iki avroluq bütün xatirə sikkələrinin sayının 0,1 fazini ötüb keçməsin.

Bir neçə dəfə bütün avrozona üzrə mərkəzləşdirilmiş şəkildə də xüsusi xatirə sikkələri buraxılıb, məsələn, 2012-ci ildə – valyutanın onilliyi və 2015-ci ildə Avropa birliyinin bayrağının otuz illiyi şərəfinə buraxılıb.

Xatirə sikkələri üçün motivləri ölkələrin özləri seçirlər. Belə ki, Estoniya bankının muzeyinin əməkdaşı İnqrid Şmuulun sözlərinə görə, ölkənin istənilən sakini xatirə sikkəsi üçün öz ideyasını təklif edə, dizayn çəkə və onu xüsusi sayt vasitəsilə təqdim edə bilər. İdeyalar avqustun 15-ə kimi irəli sürülə bilərdi, bundan sonra Estoniya bankının mütəxəssisləri ərizələri emal edir və onlardan yalnız birini seçir. Düzdür, Estoniya heç də hər il xatirə sikkələri buraxmır, amma, 2020-ci ildə Tartu sülh müqaviləsinin bağlanılmasının yüz illiyi və Antraktidanın dəniz səyyahı Faddey Bellinshauzen tərəfindən kəşfinin iki yüz illiyi şərəfinə iki dəfə belə sikkələr buraxmışdı.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email