Avro üçün dizaynı kim düşünüb tapır? (III hissə)

posted in: Xəbər | 0
birbank biznes
lots of euro bills on the table

Avro üçün dizaynı kim düşünüb tapır? Avropalıların həyatından onlar hansı süjetləri əks etdirirlər?

III hissə (II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun)

Sikkələrin öyrənilməsi formatında Avropa ekskursiyası

Çox vaxt mühüm tarixi hadisələr motivə çevrilir. Belə ki, alman xatirə sikkələrinin ən son seriyası, 30 000 ədəd sayında, oktyabrın 8-də, “Varşavada diz çökmə”nin əlli illiyi şərəfinə buraxılmışdı. Sikkənin üz tərəfində Varşava gettosunda 1943-cü ildə baş vermiş və faşistlər tərəfindən qəddarlıqla yatırılan üsyanı xarakterizə edən Memorialın önündə diz çökən Qərbi Almaniya kansleri Villi Brandtın təsviri yer alıb. Bu jest Villi Brandtın Şərq siyasətinin simvolu oldu. Sikkənin sol küncündə iudaizmin simvolu olan yeddi şam təsvir olunub.

Xatirə sikkələrində bir çox digər hadisələr də əks olunub: Berlin divarının yıxılması, Birinci dünya müharibəsinin başlanması, Vatikanın əsasının qoyulması, Ümumdünya insan hüquqları bəyannaməsinin qəbul olunması.

Bəzən mühüm sosial mövzular da motivə çevrilir.  Məsələn, keçən ilin dekabrında Andorrada qadınların seçki hüququnun əllinci ildönümü şərəfinə dalğavari saçı olan qadının simvolik təsviri əks edilmiş 60.000 sikkə buraxıb. Ötən ilin oktyabrında buraxılan fransız xatirə sikkələrinin seriyası da çox aktualdır: üz tərəfində mikroskopda DNK strukturunu tədqiq edən qadın təsviri yer alıb. Sikkələrin mövzusu – tibbi tədqiqatlardır.

Şən motivli sikkələr də olur. Bu yaxınlarda Maltada buraxılan xatirə sikkələri uşaqlara həsr olunub.

Hava ilanı, top və digər oyuncaq təsvirlərini istisnasız olaraq uşaqlar arasında keçirilən müsabiqə çərçivəsində bir məktəbli düşünüb tapmışdı.

Çox vaxt sikkələr mühüm bir tarixi və ya mədəniyyət xadiminə həsr olunur, belə ki, üzərində keçmiş prezident Şarl de Qoll və filosof Simona Veyl, italiyalı yazıçı Covanni Bokkaçço və bəstəkar Cuzeppe Verdinin təsviri olan fransız avroları var.

Bəzən motivlər çox geniş ifadə olunur –

  • Malta öz sikkələrini təbiətə və ətraf mühitə həsr edib;
  • Latviya – çıxan günəşə;
  • Finlandiya – fin saunasına;
  • Sloveniya – arılara;
  • Vatikan – şəfqətə;
  • Belçika – bitkilərin sağlamlığına.

Son növ sikkələr – kolleksiya üçündür. Adi və xatirə sikkələrindən fərqli olaraq, onlardan pul kimi sitifadə olunmur, yalnız kolleksiyaçılar tərəfindən toplanılır. Belə sikkələrlə bağlı vahid Avropa tənzimlənməsi yoxdur – burada hər bir ölkənin milli bankı öz təsəvvürünə uyğun hərəkət edir.

Məsələn, bu yaxınlarda Belçika Milli bankı Belçika komikslərinin qəhrəmanları olan Bleyk və Mortimerə həsr olunmuş 5 və 25 avro nominallı kolleksiya sikkələri buraxıb.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email