Azərbaycanın vergi sistemi: Cümhuriyyət dövrü

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycanın vergi sisteminin inkişafı

Tarixən dövlət idarəçiliyinin maliyyə mənbələrinin formalaşmasında vergilər əhəmiyyətli rol oynayıb. Vergi tarixinin ilkin inkişaf mərhələsində vergi yığımları sistematik deyildi, təsadüfü xarakter daşıyır, ehtiyac yarandıqda toplanırdı. Dövlət maliyyə münasibətlərinin sonrakı inkişafı vergi münasibətlərinin formalaşmasına səbəb oldu, müxtəlif vergi növləri tətbiq edilməyə başlandı. Bu inkişaf Azərbaycanda vergilərin inkişaf tarixinə təsirsiz ötmədi.

Müasir Azərbaycanın tarixi ərazilərində qurulmuş dövlətlərdə həmin dövrlərdə mövcud olan müxtəlif vergi növləri tətbiq edilirdi. Zaman keçdikcə vergi tarixi inkişaf mərhələsini keçir, dövlət maraqlarını təmin edən vergi sistemi qurulurdu.

Müasir Azərbaycanın vergi sisteminin tarixi inkişafını aşağıdakı mərhələlərə bölə bilərik:

  1. XIX əsrin əvvəli XX əsrin sonu;
  2. Azərbaycan Demokratik Respublikası (Azərbaycan Cümhuriyyəti) dövrü;
  3. Sovet hakimiyyəti dönəmində vergilər;
  4. Müstəqillik dövrünün vergi sistemi.

XIX əsrin əvvəli XX əsrin sonu Azərbaycan çar Rusiyasının tərkibində idi, bu da iqtisadi-maliyyə münasibətlərinə öz təsirini göstərirdi. Qanunlar mərkəzi hakimiyyət tərəfindən yerli özəllikləri nəzərə almaqla hazırlanırdı. Vergi sisteminin tərkibi dövlət vergiləri və əyalət (yerli) vergilərdən ibarət idi. Həmin dövrlərdə Azərbaycanın vergi sisteminin strukturu ilə buradan ətraflı tanış olmaq olar.

Azərbaycan Demokratik Respublikasında vergilər

1910-ci ilin may ayının 28-də Azərbaycanda Şərqin ilk demokratik respublikası – Azərbaycan Cümhuriyyəti quruldu.

Cümhuriyyətin qurulması, iqtisadiyyatın tamamilə yenidən restrukturizasiyasını tələb edirdi. Respublikada həyata keçirilən iqtisadi siyasətlərdən  ən mühümü, ən vacibi maliyyə sisteminin yenidən qurulması, dövlət gəlirləri üçün mənbə tapmaq və toplamaq idi, çünki dövlətin maliyyə durumu hədsiz ağır idi. Ölkədə maliyyə – vergi siyasəti iki istiqamətdə aparılırdı:

  1. Mövcud resurslardan düzgün istifadə edilməsi;
  2. Mövcud imkanları qiymətləndirdikdən sonra uyğun maliyyə-vergi siyasətinin həyata keçirilməsi

Əsas prioritet vergilərin artımı deyil, ödəniş qabiliyyətinin yüksəldilməsi idi. Bu da vergi yükünün tədricən azaldılmasına istiqamətlənmişdi.

İlk addım kimi dövlətin vergi siyasətini formalaşdıran qanunlar hazırlamaq vacib idi. Həmin qanunlar yerli özəlliklərə yeni dövlət qurulması prinsiplərinə uyğun gəlməli idi.

Dövlət büdcəsinin ehtiyaclarını ödəmək üçün əsasən klassik vergi sistemi təcrübəsindən istifadə olunur, dolayı vergilər:

  • inhisar vergisi;
  • gömrük rüsumları;
  • satış vergiləri tətbiq edilirdi.

Həmin dövrdə dövlət xəzinəsinin gəlirləri aşağıdakı vergi növləri aşağıdakı cədvəldə verilib:

ART Azərbaycan Xalq Cümhuriyyəti dövründə tətbiq edilən dövlət vergiləri. Birbaşa və dolayı vergi növləri.

1919-cu ilin əvvəlində dövlətin gəlirlərinin əsas hissəsi dolayı vergilər, əsasən də neft məhsulları üzrə alınan vergilər idi. Amma nəzərə almaq lazımdır ki, əkinçilik üstünlük təşkil edirdi, bu da müasir vergi sistemini tətbiqini çətinləsdirirdi. Eyni zamanda büdcə ilə bağlı qanun yox idi. un olmadığı da görünür. Bunlar vaxtında dövlət büdcəsinin formalaşmasına, büdcə xərclərinin təmin edilməsinə mənfi təsir göstərirdi.

1919-cu ilin aprelində Maliyyə Nazirliyi tərəfindən dövlət vergi siyasətinin formalaşması məqsədi ilə mühüm qanun layihəsi təklif edildi. Qanun iki hissədən ibarət idi:

  • Kapital vergisinin ödəniş möhləti;
  • Tarif dərəcələrinin dəyişdirilməsi.

Bu qanun Azərbaycanın vergi sisteminin inkişafında irəli atılmış mühüm addım idi. Belə ki, ilk dəfə olaraq Azərbaycanda birbaşa vergilərin dəqiq vaxtı, tarif dərəcələri müəyyən edilirdi. Qanuna görə birbaşa vergilər hər 100 manata 30 manat olmaqla ilin əvvəlində, 1-i fevralın gec olmamaqla ödənməli idi. Digər vergilər rüblər üzrə, gəlir vergisi  gəlirin həcmi məlum olduqdan sonra, ilin sonunda  ödənməli idi.

Amma 1920-ci il aprelin 28-də Rusiyanın XI Qızıl Ordusu Azərbaycanı İşğal etdi. Nəticədə Xalq Cümhuriyyəti süqut etdi, onun tərəfindən nəzərdə tutulan islahatlar həyata keçirilmədi.


Print Friendly, PDF & Email