Azərbaycanda ƏDV-nin differensiallaşdırılması təklif olunur

posted in: Vergi, Xəbər | 0
birbank biznes

“Azərbaycanda bütün məhsullara standart ƏDV təyin edilib və bu, 18%-dir. Avropa ölkələrində isə bu rəqəm 15-25% arasında dəyişir”.

Bunu Vergilər Nazirliyinin təşkil etdiyi “Vergilər, Şəffaflıq, İnkişaf” adlı konfransda çıxış edən deputat Vahid Əhmədov deyib.

V. Əhmədov təklif edib ki, ƏDV-nin dərəcəsi differensiallaşdırılmalıdır: “Təklif edirəm ki, bizdə də ƏDV differensiallaşmalıdır. Digər məsələ Vergilər Nazirliyinin proqnoz tapşırığı ilə bağlıdır. Proqnozu 7 mlrd. manat yazaraq nazirliyi zərbə altına qoymaqla nəyə nail olacağıq? Gərək nazirliyin müvafiq bazası olsun ki, bu proqnozu yerinə yetirsin. Mən həm İqtisadiyyat, həm də Vergilər Nazirliklərindən xahiş edirəm ki, bu məsələyə diqqət yetirsinlər”.

Sonda millət vəkili bütün vergi ödəyicilərini prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırıb.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email