Azərbaycanda maliyyə və sığorta sektorunda işçilərin sayı artıb

birbank biznes

Azərbaycanda maliyyə və sığorta sektorunda çalışanların sayı 2018-ci il martın 1-nə 23,7 min nəfərə çatıb.

Fevral ayında bu sahədə çalışanların sayında 100 nəfər artım qeydə alınıb.

İşçilərin 4,5 min nəfəri və ya 19%-i dövlət, 19,2 min nəfəri və ya 81%-i özəl sektorda çalışıb. Rəsmi statistikaya əsasən, özəl sektorda işləyənlərin sayı sabit qalıb, artım dövlət sektoru hesabına baş verib.

2018-ci il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5075,9 min nəfər olub, onlardan 4823,4 min nəfərini məşğul əhali təşkil edib.

Cari il martın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1516,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 887,9 min nəfər, qeyri-dövlət sektorunda isə 628,6 min nəfər olub.

İqtisadiyyatın neft sektorunda 33,5 min nəfər, qeyri-neft sektorunda isə 1483,0 min nəfər çalışıb.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email