Bankomat kartınızı qaytarmayanda nə etməli? (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

BankomatHər hansı bir səbəbdən kartınız bankomatın içində qaldıqda onun geri qaytarılması üçün addım-addım təlimat.

Əgər, siz çatası pulları almaq və ya hesabınıza pul qoymaq ümidi ilə kartı bankomata salmısınız, bunun yerinə isə kartınızdan olmusunuz, bu yaxşı şey deyil, amma həll olunası vəziyyətdir.

Bankomatlar kartları niyə geri qaytarmır?

Səbəblər müxtəlif ola bilər, ən ciddi səbəbdən (pullarınızın müdafiəsi) başlamış, ən bayağı proqram və mexaniki nasazlıqlar üzündən də baş verə bilər. Bankomat kartı sizə qaytarmayacaq, əgər:

  • pin kodu bir neçə dəfə düzgün yığmasanız;
  • bir neçə dəfə vaxtı ötmüş və ya bloka salınmış kartdan istifadə etsəniz;
  • kart maqnitsizləşibsə və ya mexaniki zədələnibsə;
  • siz bankomatın nöqteyi-nəzərincə nəsə şübhəli əməliyyat etməyə cəhd edirsiniz – misal üçün, hesabınızdan bütün vəsaitləri çıxarmaq istəyirsiniz;
  • siz kartı bankomatın ekranında göstərilən vaxt ərzində çıxarmamasınız;
  • bankomat sınıb və ya proqramı işləmir.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Sonuncu halda bankomat ya tamamilə həyat əlamətləri göstərməyəcək, yaxud da ekranda işlərin dayandırılması və ya texniki nasazlıqla bağlı xidməti məlumat görünəcək. Yox, əgər bankomat kartınızı udubsa və bundan sonra da növbəti müştəriyə xidmətlə bağlı standart dəvət verirsə, bu o deməkdir ki, kartınız, məhz, saxlanılıb, sadəcə ilişib qalmayıb.

Belə vəziyyətlərin əksəriyyətində bankomatlar adətən çek verirlər, hansı ki, orada saxlanılan kartın şifrəsi yazılır. Əgər bankomat belə bir çek verməyibsə belə, burada qorxulu heç nə yoxdur. Çekin olmaması kartın qaytarılmaması üçün səbəb sayıla bilməz.

İlk növbədə nə etməli və heç bir halda nəyi etməməli

Birinci, nəyi sınaqdan keçirməli – bu, əməliyyatın məcburi qaydada dayandırılmasıdır. “ləğv edin” düyməsinə basıb, barmağınızı bir neçə saniyə üzərində saxlamalısınız. Bəzən bu kömək edir və bankomat kartı qaytarır.

İstənilən halda yaxın 20 dəqiqə ərzində benkomatdan aralanmamalı, çünki, əgər bankomat fəaliyyətini dayandırıbsa, bir neçə vaxtdan sonra o yenidən “canlana” bilər.

Belə halda nəyi etməməli – ilk növbədə bankomatı əl və ya ayaqla döyəcləmək olmaz. Ən pis halda bu mühafizəçilərin diqqətini cəlb eə bilər və siz özünüzə əlavə problem yarada bilərsiniz.

Əgər, bankomat kartı qaytarmasa, onda onun aid olduğu banka zəng etmək lazımdır. Bankomatın üzərində bir qayda olaraq, bankın adı və əlaqə nömrəsi var, hansı ki, sizə bundan sonra nə etmək lazım gəldiyini deyəcəklər. Əgər bankomat bankın içərisində yerləşirsə, oranın əməkdaşlarına müraciət edin: mümkündür ki, bəxtiniz gətirəcək və siz sadəcə kartın geri qaytarılması üçün ərizə yazacaqsınız və inkasassiyanı gözləyəcəksiniz. Hər bir şey bankın daxili qaydalarından asılıdır.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email