Barter əməliyyatı zamanı ƏDV necə əvəzləşdirilir?

posted in: Vergi, Xəbər | 0

BarterSual: Qanunvericiliyə uyğun olaraq rəsmləşdirilmiş barter əməliyyatı zamanı ƏDV necə əvəzləşdirilir? (Qeyd edim ki, barter zamanı bir tərəf digər tərəfə borcun əsas məbləğini ödəmir).

Qanunvericiliyə uyğun olaraq rəsmləşdirilmiş A müəssisəsinin B müəssisəsinə həm debitor borcu həmdə kreditor borcu varsa qarşılıqlı razılaşmaya əsasən əsas məbləğlər əvəzləşdirildikdə əsas məbləğlər qarşılıqlı bank hesabına ödənilmədikdə “0” dərəcə ilə ƏDV necə əvəzləşdirilir?

Bax: Xarab olmuş malların silinməsindən hansı halda vergi öhdəliyi yaranır?
Cavab: Bildiririk ki, barter müqaviləsi əsasında əməliyyatlar aparılarkən, habelə debitor və kreditor borclarının əsas məbləği ödənilməyərək qarşılıqlı qaydada əvəzləşdirilərkən həmin əməliyyatlara görə verilmiş elektron vergi hesab-fakturaları üzrə ƏDV məbləğləri ƏDV-nin depozit hesabına nağdsız qaydada ödənildiyi halda həmin məbləğlər əvəzləşdirilir.

Bax: Vergi Məcəlləsinin 175.1-ci və 176-cı maddələri.

Mənbə: taxes.gov.az

Bax: ƏDV bəyannaməsinin 307-ci sətrində, sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrə aid borcun daxil olması qeyd edilməlidir?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *