Bələdiyyə vergiləri dəyişir: Xüsusi qanun hazırlanır

posted in: Vergi, Xəbər | 0
 

“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunda dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi hazırlanacaq.

Yanvarın 26-da Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

İclasın gündəliyində komitənin payız sessiyasında gördüyü işlər və 2018-ci il yaz sessiyası üçün iş planı olub.

Komitə sədri Arif Rəhimzadə deyib ki, hesabat dövründə komitənin 6 iclası keçirilib və 8 məsələ müzakirə edilib. Onlardan 6-sı qanun layihəsidir və 5-i Milli Məclisdə qəbul edilib. Komitənin ünvanına daxil olmuş 109 müraciət, təklif, ərizə və şikayətin 61-i araşdırılıb lazımi tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib.

Milli Məclisin yaz sessiyasının müzakirəsinə çıxarılması nəzərdə tutulan məsələlərdən danışan komitə sədri deyib ki, “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanunda dəyişikliklər, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişikliklər, “Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılşadırılması qaydaları haqqında Əsasnamə”də dəyişikliklərin edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılacaq.

Komitə sədri həmçinin deyib ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsinin müvafiq orqanlarla razılaşdırılması və hazırlanması nəzərdə tutulur.

Mənbə: sputnik.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email