Bakı şəhərində bərbər fəaliyyəti ilə məşğul olan şəxslərin vergi öhdəliyi

posted in: Xəbər | 0
birbank biznes

Vergi Məcəlləsinə əsasən, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər aylıq 15 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 30 manat sadələşdirilmiş vergi ödəyir. Dövlət Vergi Xidmətindən bildirilib ki, həmin şəxslər nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, vergi orqanından könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır.

“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.

Bununla yanaşı, qeyd olunan obyekt fiziki şəxsdən icarəyə götürüldüyü halda, Vergi Məcəlləsinin müddəalarına əsasən icarə haqqından əmlakı icarəyə götürən şəxs tərəfindən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur və vergi orqanına bəyan edilir.

Əsaslandırma: Vergi Məcəlləsinin 124-cü, 150-ci, 218.4.4-cü, 220.10-cu maddələri, “Sosial sığorta haqqında” Qanunun 10-cu, 14.5-ci maddələri.

Mənbə: vergiler.az


Bax:


Print Friendly, PDF & Email