Dövlət Vergi Xidməti icbari tibbi sığorta haqqına dair bukletlər hazırlayıb
Azərbaycanda aprelin 1-dən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığorta haqlarının yığımına isə yanvarın 1-dən start verilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, ölkə prezidentinin 31 yanvar 2019-cu il tarixli fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilib. Vergi ödəyicilərinin məlumatandırılması məqsəd ilə sığorta haqlarının yığımını həyata keçirən Dövlət Vergi Xidməti maarifləndirici bukletlər hazırlayıb.
“İcbari tibbi sığorta haqqı”, “Sərnişin və yük daşıma fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, məcburi dövlət sosial sığorta haqları və icbari tibbi sığorta haqları”, “Aylıq sabit məbləğdə sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta haqları və icbari tibbi sığorta haqları hesablanması və ödənilməsi” və “Muzdlu işlə əlaqədar tutulan gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı” kimi mövzuları əhatə edən bukletlərdə icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi əyani izah edilir.
Bukletlərlə aşağıdakı ünvanda tanış olmaq olar:
https://www.taxes.gov.az/az/page/vergilere-aid-nesrler
Mənbə: report.az

Hesablama Palatasının 2020-ci ildə apardığı nəzarət tədbirlərinin nəticələri əsasında formalaşdırılmış məlumat bazasına əsaslanaraq maliyyə hesabatlılığı sahəsində müəyyən edilən nöqsanları iki qrup üzrə təsifləşdirmək olar.
ABŞ-ın və dünyanın ən nəhəng investisiya banklarından biri olan Citigroup, koronovirus yoluxmalarından qorunmaq üçün öz əməkdaşlarını məcburi istirahətə göndərməyə başlayıb. Bu haqda Bloomberg agentliyi məlumat verib.
Bir ildən artıq davam edən pandemiya şəraitində malların və xidmətlərin onlayn qaydada təqdim edilməsinin həcmi artıb. Artıq bir çox ticarət və xidmət müəssisələri satışlarını ikili formada davam etdirir ki, bu zaman dövriyyələrin rəsmiləşməsi məsələlərində müəyyən suallar ortaya çıxır. Mövzunu maliyyə eksperti Mahmud Abasquliyev şərh edir.