Qeyri-rezidentə təhsillə bağlı onlayn xidmətlərə görə ödənilən məbləğdən ƏDV hesablanmalıdırmı?

posted in: Xəbər | 0

vergi mühasibi, vakansiya,Sual: Cəmiyyət əməkdaşlarının iş qabiliyyətinin artırılması və təkmilləşdirilməsi məqsədi ilə qeyri-rezidentdən təlim xidmətləri alır. Bu təlim xidməti üçün qeyri rezidentin nümayəndəsi Azərbaycan Respublikasına gəlmir və Cəmiyyət də öz əməkdaşlarını xaricə göndərmir. Təlim isə onlayn olaraq, internet platforması üzərindən təşkil edilir. Bu zaman, qeyri-rezidentə ödəniş zamanı, Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən ÖMV hesablanır, lakin Qeyri-rezidentin ƏDV-si üçün isə hansı maddəyə (maddənin bəndinə) əsaslanmalı olduğumu müəyyən oluna bilmədi. Bu əməliyyatda Vergi Məcəlləsinin 168.1.3 (təhsil), 168.1.5 (elektron ticarət), 168.1.6 maddələrinin tətbiqi ilə bağlı yanaşma ilə bağlı məlumat almaq, təlim xidmətinin 168.1.3-cü maddədə qeyd edilən təhsil xidmətinə və ya 168.1.5-ci maddədə qeyd edilən elektron ticarətə və ya 168.1.6-cı maddələrindən hansına istinad ediləcəyi və qeyri-rezidentin ƏDV-nin hesablanıb hesablanmayacağını bilmək istərdik.

Cavab: Bildiririk ki, qeyri-rezident tərəfindən rezident müəssisəyə göstərilən təhsillə bağlı onlayn xidmətlərə görə əldə olunan gəlirlər Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan gəlirlərə aid olduğu üçün rezident müəssisə tərəfindən aparılan ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalı və tutulmuş vergi məbləği dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda qeyri-rezident tərəfindən rezident müəssisəyə göstərilən təhsillə bağlı onlayn xidmətlərin göstərilməsi zamanı xidməti alan şəxslərin Azərbaycan Respublikasının hüdudlarını tərk etmədiyini, həmin xidmətlərin göstərilməsi yerinin xidmətlərin faktiki göstərildiyi yerlə müəyyən olunduğunu və xidmətlərin kompüter, internet və digər elektron şəbəkələr vasitəsi ilə göstərildiyini nəzərə alaraq ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir. Buna əsasən qeyri-rezident şəxsin göstərdiyi təhsillə bağlı onlayn xidmətlərə görə ödənilən məbləğdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibə şəxsi brend lazımdırmı?

posted in: Məqalə, Xəbər | 0

Mühasib üçün şəxsi brend

Mühasib üçün şəxsi brendBrend – bu, ilk növbədə bir nüfuz və şöhrətdir və bu suala aydın cavabdır:
“Niyə Siz?” Brendi – bu, digər insanların şüurunda formalaşan bir görüntüdür. Bu gün cəmiyyətin şüurunda necə bir mühasib obrazı var?

Əgər siz bu sahədə işləyirsinizsə və öz ixtisasınızı inkişaf etdirmək istəyirsinizsə, əgər siz – mühasibsinizsə, “həyatınızı necə dəyişdirməli” mövzusunda bir neçə tövsiyəni diqqətinizə çatdırırıq.

Yaxşı həyata doğru 13 addım

  1. İlk növbədə, peşənizi və özünüzü sevməli, mühasibatlığın sizin vəzifəniz olduğunu və onu nahaqdan seçmədiyinizi başa düşməlisiniz. Yalnız sevdiyiniz işlə məşğul olduqda, uğurlara nail ola bilərsiniz.
  2. Öz ideal işinizi və həyatınızı necə təsəvvür etdiyinizi dəqiq yazın.
  3. Özünüzdən ötrü karyera yüksəlişi üçün hədəf müəyyənləşdirin və hara qədər yüksələ biləcəyinizi müəyyənləşdirin.
  4. Bütün komanda, rəhbərlik ilə anlaşmanı yüksək səviyyədə qurmaq və fikir ayrılıqlarını minimuma endirmək.
  5. Bu kimi bacarıqlara mükəmməl yiyələnmək:

– Şirkətdə maliyyə idarəetməsinin əsas qaydası olacaq düzgün uçot siyasətinin formalaşdırılması;

– Vergi və mühasibat uçotunun təşkili və aparılması üçün ən yaxşı proqram təminatının seçilməsi;

– İşlərini yüksək keyfiyyətlə yerinə yetirən ixtisaslı mühasibat işçiləri komandasının yaradılması;

– İş yerinizin və fayl saxlama sisteminizin aydın təşkili;

– Vaxtınızdan bacarıqla yararlanmaq.

  1. Nəzarət orqanları ilə münasibətlər düzgün qurulmalıdır;
  2. Müəssisənin strategiyasını, onun həyata keçirilməsi planlarını bilmək və bu strategiyanın həyata keçirilməsində rolunuzu başa düşmək;
  3. Həm öz, həm də bütün müəssisələrin təhlükəsizliyini təmin etmək üçün nə etmək lazım olduğunu bilmək;
  4. Mühasibin hansı səhvlərinin cinayət işlərinə gətirib çıxardığını bilmək;
  5. Risklərin qiymətləndirilməsinin necə aparılacağını, investisiyalarla necə işləmək lazım olduğunu anlamaq;
  6. Daimi təlim və ixtisasartırma proqramına malik olmaq;
  7. Tabeliyinizdə olanlar üçün bir hami olmaq və onlara öz təcrübənizi təqdim etmək bacarığı;
  8. İşi və şəxsi həyatı necə düzgün əlaqələndirməyi bilmək.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rəqəmsal dolların buraxılışı mümkün hesab edilir

posted in: Xəbər | 0

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin başçısı Jerome Powell rəqəmsal dollar buraxılışını mümkün hesab etdiyini bəyan edib, bununla bağlı TASS agentliyi məlumat verib.

“Düşünürəm ki, bu olduqca maraqlı, incə və mürəkkəb suallar dəstidir. Gördüyünüz kimi bizim ölkələrimizə bənzər ölkələrin çoxunda bu, ciddi şəkildə nəzərdən keçirilir. Həmin ölkələrin bəzilərində nağd pullardan istifadə olunması kəskin şəkildə ixtisara düşüb”, – o, belə söyləyib.

Powell xatırladıb ki amerikalılar əvvəlki tək nağd pullardan istifadə etməyi sevməkdə davam edirlər.

“Biz hələ bununla bağlı qərar qəbul etməmişik, çünki qarşıda duran əsas sual ondadır ki, bunun insanlara faydası varmı? bu suala lazımi şəkildə yanaşmalıyıq. Biz, həmçinin ictimaiyyəti və Konqresi bu prosesə cəlb etməliyik, çünki bizim bu prosesə getməyimiz üçün vacib addım olardı”, – maliyyə tənzimləyicisinin rəhbəri belə izah edib.

Daha əvvəl Powell qeyd etmişdi ki, elektron dolların yaradılması zamanı bank sistemi üçün mənfi nəticələrin olmamasını da təmin etmək lazımdır.

O, FES-in bununla bağlı texniki məsələlərini həll etməyi, eləcə də sözügedən elektron valyutanın tətbiqinin məqsədəuyğunluğu barədə ictimaiyyətlə məsləhətləşməyi planlaşdırdığını da vurğulayıb.

Powell həmçinin bildirib ki, ABŞ iqtisadiyyatının hazırkı vəziyyətini böyük depressiya dövrləri ilə müqayisə etmək düzgün deyil.

O vurğulayıb ki, Böyük depressiya mövcud vəziyyəti təsvir etmək üçün istifadə oluna biləcək model deyil, belə ki, çoxsaylı fundamental fərqliliklər var.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qonşu ölkədə öz peşələri üzrə işləyən rusiyalıların payı açıqlanıb

posted in: Xəbər | 0

Rusiyada mühasib peşəsi, Rusiyada mühasibat, mühasib peşəsi, buğda ixracı vergisi, vergi güzəştləri, vergi qanunu, minimum maaş, yoxsulluq həddi, bank əmanətləri, itki, Rusiya iqtisadiyyatının itkiləri,Diplomda göstərilən peşələr üzrə rusiyalıların təxminən 40 faizi işləyir. RİA Novosti xəbər verir ki, bu, SuperJob xidməti tərəfindən aparılan sorğunun nəticələrindən irəli gəlir.

Daha 22 faiz qarışıq işlərdə fəaliyyət göstərirlər. Sorğu edilən respodentlərin 38 faizi isə qeyri-profilli işlərdə çalışdıqlarını bəyan ediblər.

Öz ixtisasları və qarışıq sahədə işləyənlərin böyük əksəriyyəti həkimlər (100 faiz), hüquqşünaslar (99 faiz) və baş mühasiblərdir (92 faiz). Öz ixtisası üzrə çalışmayanlar arasında satış üzrə menecerlər (29 faiz), müştərilərlə üş üzrə mütəxəssislər (31 faiz) və logistika üzrə menecerlərdir (46 faiz).

Tədqiqatlarda 3,5 min ali təhsilli rusiyalı iştirak edib.

Bundan əvvəl xəbər verilmişdi ki, rusiyalıların əksəriyyəti (55 faiz) hesab edirlər ki, böyük uşaqlar hökmən valideynlərinə maddi cəhətdən kömək etməlidirlər, çünki yaxşı pensiyaya ümidləri qalmayıb. Daha 35 faiz isə hesab edirlər ki, əgər valideynləri ağır maddi durumdadırlarsa, onlar bu köməyi əsirgəməməlidirlər. Respondentlərin təxminən 22 faizi isə öz valideynlərinə daimi əsasda maliyyə dəstəyi vermək qərarına gəliblər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun