Maliyyə Monitorinqi Xidməti Ümumi Siyahısını yeniləyib

posted in: Xəbər | 0

Maliyyə hesabatları, Maliyyə hesabatlarının düzgünlüyü, Auditorlar Palatası, Auditor adı almaq, Beynəlxalq Maliyyə Hesabatları Standartları, auditor xidmətləri, Auditor xidmətlərinin minimum hədləri, Auditorlar Palatası, auditorların reytinqi, vebinar, Auditorlar Palatası, Kölgə iqtisadiyyatı, seminar-təlim, Auditorlar Palatası,imtahan,Daxili audit fəaliyyətinin təşkili, Auditorlar palatası, Təkliflər Paketi, Kölgə İqtisadiyyatı, Auditorlar Palatası seminar imtahan auditorNazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən, Maliyyə Monitorinqi Xidməti Ümumi Siyahını yeniləyib.

Bu barədə Auditor Palatasının auditorlara müraciətində bildirilir.

“Aprelin 13-nə qüvvədə olan siyahı ilə tanış olmağınız və auditor xidməti göstərərkən nəzərə almağınız zəruridir. Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib”, – müraciətdə qeyd olunub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avro barədə maraqlı faktlar (I hissə)

posted in: Xəbər | 0

Avro barədə maraqlı faktlar (I hissə)

Avronun tətbiqi Avropanın ən uzunömürlü valyutası  – hələ Qədim Yunanıstan ilə əlaqəli olan yunan draxmının “məhvinə” səbəb olub.

Valyuta üçün ad 1995-ci ildə İspaniyada düşünülərək, tapılıb, avro dövriyyəyə isə 1999-cu ildə buraxılıb. Başlanğıcda yalnız nağdsız ödənişlər üçün, 2002-ci il yanvar ayının 1-də isə həm də nağd pullar ortaya çıxdı ki, bu da sözügedən pulları dünyanın ən gənc valyutası edir.

İtalyanlar yeni pul kisələri almalı oldular, belə ki, avro banknotlarının ölçüsü italyan lirəsindən daha böyük idi. Avro gözdən əlillər və zəif görən adamlar üçün də çox rahatdır: banknotlar müxtəlif ölçülərdə və nominalın müxtəlif relyefli təsvirinə malikdir.

Dollardan fərqli olaraq, avro müxtəlif rəngli əskinaslardan ibarətdir, lakin bir rəng də vardır ki, – mixəyi – ondan istifadə olunmur. Bunun rəsmi izahı isə yoxdur.

Avropolda hesablayıblar ki, standart atteşe-keysə (diplomat adlandırılan əl çantası) 7,4 milyon nağd pul yerləşir. Məlum olduğu kimi, sözügedən keysə cəmi bir milyon avro sığır.

Bəlkə də, avro dünyada yeganə valyutadır ki, onun rəsmi olaraq “0” nominalı da var. Belə banknotlar Avropa Mərkəzi Bankı (AMB) tərəfindən 2015-ci ildə tam leqal şəkildə bütün qaydalara uyğun olaraq buraxılır. Baxmayaraq ki, sıfır avro – bütün hallarda 2,5 avro orta qiymətində suvenirdir. Ən böyük nominal – 500 avrodur, lakin, həmin banknotu bir sıra ölkələrdə korrupsiya ilə mübarizə ilə bağlı sizdən qəbul etməyə bilərlər. Hesab olunur ki, rüşvət məhz, bu cür əskinaslarla verilir.

2018-ci ilin sonlarından AMB 500 avroluq banknotun buraxılışını dayandırıb, amma, dövriyyədən çıxarmayıb. Bundan əlavə, avrozonanın özü də yekcins deyil, çünki avro hələ tam şəkildə bu zonaya daxil olan bütün ölkələr tərəfindən ödəniş vasitəsi kimi qəbul olunmayıb. Avropa ittifaqının doqquz ölkəsinin öz milli valyatası var. Məsələn, Polşada – dövriyyədə zlotıdır. Əvəzində avro ilə Aİ-na daxil olmayan bu ölkələrdə ödəniş etmək mümkündür: Monako, Andorra, Vatikan, San-Marino, Çernoqoriya və Kosova.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rəqəmsal tipli iqtisadiyyatın mahiyyəti (II hissə)

posted in: Xəbər | 0

Rəqəmsal tipli iqtisadiyyat

İnformasiya cəmiyyətinin rəqəmsal iqtisadiyyatının inkişafı tendensiyaları və problemləri

1960-cı illərdə dünyanı bürümüş və bu günə qədər də davam edən rəqəmsal inqilab, rəqəmsal iqtisadiyyata keçidin və informasiya cəmiyyətinin formalaşmasının bünövrəsinə çevrilib.

Birinci mərhələdə, rəqəmsal inqilabın ortaya çıxmasının başlanğıcında, texnologiyaların və iş proseslərinin avtomatlaşdırılmasına keçid baş verdi. Sonra isə demək olar ki, sonsuz imkanlar açan İnternet yaradıldı. Mobil rabitə peyda oldu. İnternetin bütün dünya üzrə yayılması sosial şəbəkələrin və “messenger”-lərin inkişafına kömək etdi.

Nəticədə rəqəmsal texnologiyaların yayılması təkcə iqtisadi prosesləri deyil, cəmiyyətin həyat tərzini də dəyişdirə bildi. Bu gün, o, daha çox məlumat xüsusiyyətləri əldə edib.

İnformasiya cəmiyyətinin inkişafı rəqəmsal tipli iqtisadiyyatın qurulması və ümumi robotlaşma ilə sıx bağlıdır. Onun əsasını İKT-dən istifadə təşkil edir. Cəmiyyət üçün irəli sürülən və onu xarakterizə edən əsas tələblər aşağıdakılardır:

  • əməyin xarakterinin dəyişilməsi (intellektual, yaradıcı əməyin rolunun artırılması);
  • məşğulluğun xarakterinin dəyişilməsi (müasir İKT-lər vasitəsilə məsafədən çalışma);
  • təhsil səviyyəsinə və peşə ixtisasına olan ümumi tələblərin artırılması.

Bu gün bilik və məlumatlar, onları təqdim etmək bacarığı, vaxtında emal etmək və onlardan istifadə etmək qabiliyyəti daha çox dəyərləndirilir. Əməyin öz xarakteri və əmək münasibətləri dəyişir. Biznes-proseslər daha çox onlayna keçirilir, özü də bu cəmiyyət həyatının bütün sahələrinə aiddir.


I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnternat evlərinə yardım göstərən hüquqi şəxsə vergi güzəşti tətbiq edilirmi?

posted in: Xəbər | 0

gəlir vergisi, gelir vergisi,Hüquqi şəxs Təhsil Nazirliyinin tabeliyində olan xüsusi internat evlərinə köçürmə yolu ilə deyil, natura şəklində yardım göstərmək niyyətindədir. Vergi Qanunvericiliyinə görə bu əməliyyat üzrə vergi güzəşti tətbiq olunurmu və natura şəklində internat evlərinə verilən mallara görə elektron qaimə-faktura təqdim edilməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, hüquqi şəxs tərəfindən internat məktəblərinə yardım natura formasında göstərildiyindən Vergi Məcəlləsinin 106.1.18-ci maddəsi ilə müəyyən edilmiş vergi güzəşti təşkilata tətbiq edilmir.

Bununla yanaşı, vergi qanunvericiliyinin müddəalarına əsasən, sorğuda qeyd olunan halda hüquqi şəxs tərəfindən internat məktəblərinə natura formasında yardımın göstərilməsi (uşaq yeməklərinin əvəzsiz qaydada verilməsi) malların təqdim edilməsi hesab olunur. Həmin mallara görə isə vergiödəyicisi olan qarşı tərəfə elektron qaimə-faktura təqdim edilməlidir. Təqdim edilən malların elektron qaimə-fakturada yardım kimi verilməsinin qeyd olunmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmayıb.

Həmçinin hüquqi şəxs tərəfindən natura formasında yardımın verilməsi (uşaq yeməklərinin əvəzsiz təqdim edilməsi) Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada malların təqdim edilməsi hesab edilir, ƏDV-nin və mənfəət vergisinin vergitutma obyektini yaradır.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun