Dövlət Vergi Xidməti mühasiblərlə onlayn görüş keçirib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin biznes assosiasiyaları ilə keçirdiyi müzakirələrin davamı kimi bir sıra kommersiya qurumlarının mühasiblərinin və mühasibatlıq xidmətləri həyata keçirən şirkətlərin nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş keçirilib.
Bu barədə qurumdan bildirilir.
Məlumatda deyilir ki, qanunvericiliyin icra mexanizmlərinin effektivliyinin artırılması əlverişli biznes mühitinin formalaşdırılmasında böyük əhəmiyyət daşıyır. Bu baxımdan, vergi ödəyiciləri, biznes assosiasiyaları ilə qarşılıqlı əməkdaşlıq, vergi sahəsində qarşıya çıxan məsələlərin müzakirə edilməsi və təkliflərin öyrənilməsi, qanunvericilik və inzibatçılığın təkmilləşdirilməsi vacib amillərdəndədir.
Tədbirin keçirilməsində əsas məqsəd iş prosesi zamanı mühasiblərin qarşılaşdıqları inzibati və texniki problemlərin müzakirə olunması, müvafiq izahların verilməsi və ya düzəlişlərin edilməsi olub. Görüşdə bir sıra bölmələr üzrə – elektron qaimə-faktura, şəxsi hesab vərəqəsi, elektron kabinet, sərəncamların icrası, idxal əməliyyatları üzrə rəsmiləşdirmələr və s. mövzularda toplanmış və emal edilmiş 100-ə yaxın fərqli təklif ətraflı müzakirə edilib. Tədbirdə sadalanan bir sıra problemlərin artıq öz həllini tapdığı, bir qisminin həll edilməsi üçün zəruri düzəlişlərin tətbiq olunacağı, bəzi təkliflərin isə texniki imkanlar nəzərdən keçirildikdən sonra mərhələli şəkildə təmin ediləcəyi diqqətə çatdırılıb.
Səmərəli keçən görüşdə sahibkarlıq subyektlərinin inzibatçılıq yüklərinin azaldılması və optimallaşdırılması istiqamətində tədbirlərin davamlılığı, dövlət-biznes münasibətlərində dialoq platformasının bundan sonra da inkişaf etdiriləcəyi vurğulanıb.
Mənbə: report.az

Dünya iqtisadiyyatı hər il kişilərə görə trilyonlarla dollar itirir. Qadınlar vəziyyəti necə düzəldəcəklər?
Bu gün elmi dairələrdə, biznes nümayəndələrinin mühitində və hökumət səviyyəsində “rəqəmsal iqtisadiyyat” ifadəsini daha tez-tez eşitmək mümkündür. Başqa cür onu informasiya tipli iqtisadiyyat adlandırmaq qəbul olunub.
İşəgötürənlərlə işçilər arasında sual, bəzən də mübahisə yaradan məsələlərdən biri işçiyə məzuniyyət haqqı hesablanarkən ortaya çıxır. Hüquqşünas Şəhriyar Həbilov əmək məzuniyyətinə görə ödənişlərin məbləğinin hesablanması ilə bağlı maraq doğuran suallara aydınlıq gətirir.