Jack Ma-nın sizi uğurlu işə motivasiya edəcək qeyri-adi prinsipləri (II hissə)

posted in: Xəbər | 0

Jack Ma-nın qeyri-adi prinsipləri

Biz Alibaba Group şirkətinin qurucusu, Çinin ən varlı adamı – Jack Ma-nın motivasiyaedici fikirlərini sizin üçün toplamışıq. Onun biznesin idarə olunması ilə bağlı qaydaları sizi uğur qazanmağa ruhlandıra bilər və zərurət yarandıqda, mühüm yollar göstərə bilər.

Karyera barədə

20-30 yaş arasında, savadlı bir rəhbərdən örnək götürməlisiniz: nüfuzlu bir şirkətə işə düzəlməli və bu şirkətdə necə yaxşı işləməyi öyrənməlisiniz. Əgər yaşınız 30-40 arasıdırsa və siz özünüzə aid nəsə bir iş qurmaq istəyirsinizsə, bunu edin. Bu yaşda özünüzə uduzmağa da imkan vermək olar. Lakin yaşınız 40-50 arasıdırsa, Ma sizə maraqlı olan bir sahədə deyil, uğurlu olduğunuz sahədə nəsə etməyi tövsiyə edir. Yeni bir şeyi sınaqdan keçirmək artıq təhlükəlidir. 50-60 yaş arasında olduqda,  öz vaxtınızı növbəti nəslin öyrədilməsinə sərf edin. 60 yaşdan sonra isə ən yaxşısı nəvələrinizlə birlikdə olmaqdır, Ma sözünü belə yekunlaşdırır.

Sahibkar nə barədə düşünməlidir

Bizneslə məşğul olmaq üçün, ilk növbədə, pul yox, əla ideyalar və belə ideyaları səninlə bölüşəcək insanlar lazımdır. Lazımlı adamlar, lazımi zamanda – bax, Alibaba-nın uğurunun sirri əsasən bundadır. Çinli sahibkarın sözlərinə görə, şirkət gənc insanlara və komanda işlərinə diqqət yetirir. Əgər təksənsə, sən çox sürətlə qaça bilərsən. Lakin əgər sən uzun məsafəyə qaçmaq istəyirsənsə, onda bunu çoxsaylı adamlarla birlikdə etməlisən.

Sahibkarlar haqda

Yaxşı sahibkar gələcəyə optimistliklə baxır və o, həmişə optimistdir. Onun beynində, hansı problemi həll etdiyi, necə həll etdiyi və niyə bunu başqalarından fərqli etdiyinə dair suallara cavabları olmalıdır.

Ətrafdakılar hər şeyi dəyişdirə bilərlər. Elə adamlar tapmaq lazımdır ki, onlar həqiqətən sizin baxışlarınızı bölüşsünlər və xəyalınıza inansınlar və yalnız işləmək naminə işləməsinlər, bu çox mühümdür. Yaxşı adamlar – belələri sizinlə bir komandada çalışanlardır və əgər sən onları öyrətsən, onlar da səni öyrədəcəklər.

Biznesdə nələrisə qurban vermək də lazım gələcək. Yalnız 10 ildən sonra uğurlu olmağa hazır olmaq lazımdır. Əgər kimsə deyirsə ki, növbəti ayda və ya ildə uğura nail olacaq, – bu, sadəcə mümkün deyil.

Hazırda populyarlığının zirvəsində olan şeylərlə məşğul olmağa dəyməz. Ma öz uğurunu, 1999-cu ildə öz dostları ilə birlikdə şirkəti qurarkən, hələ internetin populyar olmadığı bir dövrlə əlaqələndirir. Heç kim bu ideyaya inanmırdı, amma, onlar inanırdılar. Digərlərinin nə dediyi onları narahat etmirdi. Onlar inanırdılar ki, elektron kommersiyanın  gələcəyi var. Adamlara kömək etmək istəyirdilər, ona görə, bu biznesi qurmaq ideyasına girişdilər. Ma sizi bənzərsiz olmağa və hər zaman başqalarından daha yaxşı olduğunuzu düşünməyə təşviq edir.

Heç vaxt başqalarının sizdən ötrü rahat şərait yaradacağını gözləməyin. Hər şey artıq hazır olduqda, sizin seçim imkanınız olmayacaq. Siz hamıdan, məsələn, dövlətin hansısa addımlar atacağını gözləmədən hərəkət etməlisiniz. Əgər dövlət deyirsə ki, hər şey hazırdır və siz öz biznesinizi qura bilərsiniz, onda yaxşı olar ki, siz yenidən ixtisaslaşasınız.


I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

May ayının qeyri-iş günləri açıqlanıb

posted in: Xəbər | 0

May ayının qeyri-iş günləri açıqlanıb

qeyri-iş günüAzərbaycanda may ayında qeyri-iş günlərinin sayı açıqlanıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən mayın 13-14-ü Ramazan bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləridir.

9 may bazar günü olduğundan mayın 10-u, Respublika günü münasibəti ilə mayın 28-i rəsmi bayram günləri elan edilib.

Belə ki, may ayında 4 gün qeyri-iş günü elan edilib.

Mənbə: banker.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ani Ödənişlər Sisteminə daha 3 bank qoşulub

posted in: Xəbər | 0

Prezident İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Mərkəzi Bankının ötən il oktyabrın 1-də istismara verdiyi Ani Ödənişlər Sisteminin (AÖS) infrastruktur imkanlarının genişləndirilməsi üzrə fəaliyyət davam etdirilir.

Bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində “Bank Respublika”, “Bank BTB” və “PAŞA Bank” ASC-lər AÖS-ə inteqrasiya olunub. Beləliklə, qeyd olunan bankların müştəriləri fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları ilə qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (mobil nömrə, FİN kod, VÖEN, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanını əldə edib.

Hazırda 19 bank, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunub. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcək.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qeyri-rezidentin rezident müəssisəyə göstərdiyi təhsillə bağlı onlayn xidmətlərə görə vergi öhdəliyi varmı?

posted in: Xəbər | 0

Cari vergi ödəmələri, sosial məzuniyyət, əmək məzuniyyəti, Mühasibat uçotu, təmir, gəlir, xərc,boşdayanma, boşdayanmaya görə ödəniş,Qeyri-rezident tərəfindən rezident müəssisəyə göstərilən təhsillə bağlı onlayn xidmətlərə görə əldə olunan gəlirlər Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan gəlirlərə aid olduğu üçün rezident müəssisə tərəfindən aparılan ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, sözügedən xidmətlərin göstərilməsi zamanı xidməti alan şəxslərin Azərbaycan Respublikasının hüdudlarını tərk etmədiyini, həmin xidmətlərin göstərilməsi yerinin xidmətlərin faktiki göstərildiyi yerlə müəyyən olunduğunu və xidmətlərin kompüter, internet və digər elektron şəbəkələr vasitəsi ilə göstərildiyini nəzərə alaraq, ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir.

Buna əsasən, qeyri-rezident şəxsin göstərdiyi təhsillə bağlı onlayn xidmətlərə görə ödənilən məbləğdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun