Jack Ma-nın sizi uğurlu işə motivasiya edəcək qeyri-adi prinsipləri (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

Jack Ma-nın qeyri-adi prinsipləri

Biz Alibaba Group şirkətinin qurucusu, Çinin ən varlı adamı – Jack Ma-nın motivasiyaedici fikirlərini sizin üçün toplamışıq. Onun biznesin idarə olunması ilə bağlı qaydaları sizi uğur qazanmağa ruhlandıra bilər və zərurət yarandıqda, mühüm yollar göstərə bilər.

Karyera barədə

20-30 yaş arasında, savadlı bir rəhbərdən örnək götürməlisiniz: nüfuzlu bir şirkətə işə düzəlməli və bu şirkətdə necə yaxşı işləməyi öyrənməlisiniz. Əgər yaşınız 30-40 arasıdırsa və siz özünüzə aid nəsə bir iş qurmaq istəyirsinizsə, bunu edin. Bu yaşda özünüzə uduzmağa da imkan vermək olar. Lakin yaşınız 40-50 arasıdırsa, Ma sizə maraqlı olan bir sahədə deyil, uğurlu olduğunuz sahədə nəsə etməyi tövsiyə edir. Yeni bir şeyi sınaqdan keçirmək artıq təhlükəlidir. 50-60 yaş arasında olduqda,  öz vaxtınızı növbəti nəslin öyrədilməsinə sərf edin. 60 yaşdan sonra isə ən yaxşısı nəvələrinizlə birlikdə olmaqdır, Ma sözünü belə yekunlaşdırır.

Sahibkar nə barədə düşünməlidir

Bizneslə məşğul olmaq üçün, ilk növbədə, pul yox, əla ideyalar və belə ideyaları səninlə bölüşəcək insanlar lazımdır. Lazımlı adamlar, lazımi zamanda – bax, Alibaba-nın uğurunun sirri əsasən bundadır. Çinli sahibkarın sözlərinə görə, şirkət gənc insanlara və komanda işlərinə diqqət yetirir. Əgər təksənsə, sən çox sürətlə qaça bilərsən. Lakin əgər sən uzun məsafəyə qaçmaq istəyirsənsə, onda bunu çoxsaylı adamlarla birlikdə etməlisən.

Sahibkarlar haqda

Yaxşı sahibkar gələcəyə optimistliklə baxır və o, həmişə optimistdir. Onun beynində, hansı problemi həll etdiyi, necə həll etdiyi və niyə bunu başqalarından fərqli etdiyinə dair suallara cavabları olmalıdır.

Ətrafdakılar hər şeyi dəyişdirə bilərlər. Elə adamlar tapmaq lazımdır ki, onlar həqiqətən sizin baxışlarınızı bölüşsünlər və xəyalınıza inansınlar və yalnız işləmək naminə işləməsinlər, bu çox mühümdür. Yaxşı adamlar – belələri sizinlə bir komandada çalışanlardır və əgər sən onları öyrətsən, onlar da səni öyrədəcəklər.

Biznesdə nələrisə qurban vermək də lazım gələcək. Yalnız 10 ildən sonra uğurlu olmağa hazır olmaq lazımdır. Əgər kimsə deyirsə ki, növbəti ayda və ya ildə uğura nail olacaq, – bu, sadəcə mümkün deyil.

Hazırda populyarlığının zirvəsində olan şeylərlə məşğul olmağa dəyməz. Ma öz uğurunu, 1999-cu ildə öz dostları ilə birlikdə şirkəti qurarkən, hələ internetin populyar olmadığı bir dövrlə əlaqələndirir. Heç kim bu ideyaya inanmırdı, amma, onlar inanırdılar. Digərlərinin nə dediyi onları narahat etmirdi. Onlar inanırdılar ki, elektron kommersiyanın  gələcəyi var. Adamlara kömək etmək istəyirdilər, ona görə, bu biznesi qurmaq ideyasına girişdilər. Ma sizi bənzərsiz olmağa və hər zaman başqalarından daha yaxşı olduğunuzu düşünməyə təşviq edir.

Heç vaxt başqalarının sizdən ötrü rahat şərait yaradacağını gözləməyin. Hər şey artıq hazır olduqda, sizin seçim imkanınız olmayacaq. Siz hamıdan, məsələn, dövlətin hansısa addımlar atacağını gözləmədən hərəkət etməlisiniz. Əgər dövlət deyirsə ki, hər şey hazırdır və siz öz biznesinizi qura bilərsiniz, onda yaxşı olar ki, siz yenidən ixtisaslaşasınız.


I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email