Jack Ma-nın sizi uğurlu işə motivasiya edəcək qeyri-adi prinsipləri (I hissə)

posted in: Xəbər | 0
birbank biznes

Jack Ma-nın qeyri-adi prinsipləri

Biz “Alibaba Group” şirkətinin qurucusu, Çinin ən varlı adamı – Jack Ma-nın motivasiyaedici fikirlərini sizin üçün toplamışıq. Onun biznesin idarə olunması ilə bağlı qaydaları sizi uğur qazanmağa ruhlandıra bilər və zərurət yarandıqda, mühüm yollar göstərə bilər.

Güc – pozitivdədir

Ma həyatının əsas prinsiplərindən biri haqqında belə deyir: “Mən uduzanda, belə deyirəm: “Baxın, mən uduzmuşam”. Udanda isə deyirəm: “Vau, mən heç bilməzdim ki, uğur qazanacam”. Belə yanaşma onda pozitivliyi və optimizmi dəstəkləyir.

Sahibkara nə etmək yetərlidir?

Manın sözlərinə görə, əvvəllər o, texnologiyalar və menecment barədə heç nə bilməyib. Lakin o, əmindir ki, bir çox şeylər barədə bilməmək də olar. Özünüzdən daha ağıllı adamları tapmaq kifayətdir. Onları axtarıb tapdıqda, sizin əsas vəzifəniz – onların bir yerdə işləyə biləcəyinə əmin olmağınızdır. Axı, axmaq adamlar birlikdə asanlıqla işləyə bilərlər. Amma ağıllı adamlarda bu heç də həmişə alınmır.

Biznesdə səhvlərin qiyməti haqda

“Ağıllı adamlar uduşlu işlərlə məşğul olmaq istəyirlər. Lakin uğura tez çatmaq, elə də asan məsələ deyil. Etdiyimiz hər bir işin 10 illik üçün perspektivini dəyərləndirmək lazımdır. Əgər uğurlu olmaq istəyiriksə, biz 10 ildən sonra zirvədə necə olmaq barədə düşünməliyik.

Hətta indinin özündə belə, “Alibaba”da demək olar ki, hər gün ağılsız qərarlar qəbul edilir. Lakin proses zamanı bu haqda heç kim düşünmür. Öyrənmək və irəli getmək lazımdır. Öz səhvlərinə görə başqalarını təqsirləndirən şəxsin uğur qazanmaq şansı yoxdur. Kimsə uduzaraq, belə düşünürsə: “Bu mənim səhvimdir, bax, bunu yaxşı etməmişəm, mən bunu və onu dəyişdirməliyəm”, ehtimal ki, müvəffəqiyyətə nail olacaq”.

Uğursuzluqların öhdəsindən necə gəlmək olar?

Gəncliyində Jack Ma çoxlu səhvlər edib. O, universitetə daxil olmayıb, işə düzələ bilməyib, amma, heç vaxt təslim olmayıb. “Əgər müvəffəqiyyətli olsan, belədə əvvəllər yol verdiyin hər bir səhvin əfsanəyə çevriləcək. Əgər uğursuzluğa düçar olmusansa, onda sənin bütün səhvlərin – zibildir”, – Ma belə deyir.

Hər kəs məğlubiyyətə hazır olmalı və kənardakıların köməyinə güvənməməlidir. “Niyə elə düşünürsünüz ki, başqaları sizə kömək etməyə borcludur? Bu haqqı qazanmaq lazımdır”, – Cek Ma belə hesab edir. Ətrafdakıların hamısı şikayətlənirsə – bu, imkandır. Ehtimal ki, heç də həmişə yüksək hədəflər qoymaq lazım deyil. Bəzən yaxın olanları necə dəstəkləmək və onlara kömək etmək barədə düşünmək daha yaxşıdır.

Təhsil barədə 

Bu gün təhsil – bu, cəmiyyət üçün böyük problemdir. Ma hesab edir ki, əgər biz təhsil üsulunu dəyişdirməsək, növbəti 30 ildə bizim üçün böyük problemlər yaranacaq. “İndi uşaqları öyrətmə üsulumuz, 200 il bundan əvvəl etdiyimizə bənzəyir. Biz uşaqlara maşınlarla yarışmağı öyrədə bilmirik: sonuncular daha ağıllıdır. Biz onlara maşınların heç vaxt öhdəsindən gələ bilməyəcəkləri nəsə unikal bir şeyləri öyrətməliyik”, – o, belə deyir.

Ma müəllimlərindən bir çox vacib şeyləri öyrənib: müəllim həmişə şagirdlərinin daha yaxşı olmasını gözləyir. “Əgər bu kateqoriyalar barədə düşünmürsünüzsə, siz çox iyrənc bir müəllimsiniz”, – Ma buna əmindir.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email