ƏDV-ni geri alanlar üçün 10+10 aksiyası keçirilir
Ölkənin ən məşhur taksit kartlarından olan BirKart, əhali üçün yeni aksiya təqdim edir. Şərtlərə görə https://edvgerial.kapitalbank.az/ portalında qeydiyyatdan keçənlər, istənilən sifariş kanalı ilə BirKart taksit kartını rəsmiləşdirən zaman balanslarına avtomatik olaraq 10 AZN vəsait hədiyyə olunacaq. Xidməti daha rahat etmək məqsədilə portalda “BirKart sifariş et” funksiyası yaradılıb.
Ancaq hədiyyə bununla bitmir. Belə ki, BirKart əldə olunandan 10 gün müddətində BirKart-la istənilən məbləğdə əməliyyat edildikdə, əlavə olaraq 10 AZN vəsait də hədiyyə olaraq hesaba köçürüləcək. Aksiya 31 mart 2021-ci il tarixinədək keçərlidir. Aksiyada https://edvgerial.kapitalbank.az/ portalında qeydiyyatı olanlar və yeni qeydiyyatdan keçənlər bəhrələnə bilər.
Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır. Kartı bankın saytında sifariş etmək olar – https://kbl.az/bedvs.

2020-ci ildə dövlət büdcəsinin gəlirləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 26 milyard 75,4 milyon manat, xərcləri isə 26 milyard 416,3 milyon manat olub.
Sual: Bildiyimiz kimi Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından (işçidən tutulan və işəgötürənin hesabladığı sosial sığorta haqlarından) azaddır. Xahiş edirəm aydınlıq gətirəsiniz ki, həyatın yığım sığortasına yönəldilən və sığortaçıya ödənilən məbləğdən 0.5% işəgötürənin və 0.5% işçinin adından işsizlikdən sığorta haqqı tutulub büdcəyə ödənilməlidirmi?
“Azərbaycan biznesi koronavirus (COVID-19) pandemiyasından sonrakı bərpa dövrünə daxil olur”.