Vergi orqanları sahibkarların ictimai qurumları ilə sıx əməkdaşlıq edəcək
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkədə əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə sahibkarlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi üzrə yeni istiqamətlər müəyyən edib.
Məlumata görə, bu əməkdaşlığın mahiyyəti və məqsədləri barədə məlumatların sahibkar birlikləri və assosiasiyalarına çatdırılması, birgə planlaşdırılan işlərin müzakirəsi məqsədilə həmin qurumlarla onlayn formatda görüş keçirilib.
Görüşdə Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva sahibkarların ictimai birlikləri ilə qurulacaq işlərin əsas prioritetlərini açıqlayıb. Bu prioritetlərə sahibkarların qarşılaşdığı problemlərin çevik şəkildə öyrənilməsi, onların qanunvericiliyə dəyişiklik və inzibatçılığın təkmilləşdirilməsi yolu ilə aradan qaldırılması, orta və uzunmüddətli dövrdə iqtisadi aktivliyin, habelə dövlət büdcəsinə daxilolmaların artırılması daxildir.
Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov sahibkar birlikləri və sahəvi assosiasiyalarla görüşlərin keçiriləcəyini bildirib, səmərəli əməkdaşlığın təmin edilməsi üçün assosiasiyaların sahələr üzrə koordinasiyalı idarəetmə mexanizminin yaradılmasının əhəmiyyətini qeyd edib. Bu sahədə xarici ölkələrin müsbət təcrübələrinin öyrənilməsi və normativ bazanın təkmilləşdirilməsi üçün nəzərdə tutulan məsələlər diqqətə çatdırılıb.
Müzakirələrdə çıxış edən sahibkar birlikləri və assosiasiyalarının nümayəndələri dialoq formatında əməkdaşlıq təşəbbüsünü yüksək qiymətləndirib, bu formada əməkdaşlığın inkişafına dair təkliflərini səsləndiriblər.
Görüş zamanı sahibkar birlikləri və assosiasiyalarən Dövlət Vergi Xidmətinə təmsil etdikləri sahələr üzrə problem və təkliflərini təqdim etməsi, bu istiqamətdə müzakirələrin, sahələr üzrə görüşlərin keçirilməsi, qanunvericiliyə dəyişiklik layihələrinin hazırlanmasında aidiyyəti birliklərin iştirakının təmin edilməsi qərara alınıb. Eyni zamanda, dövlət, ictimai təşkilatlar və sahibkarlar arasında münasibətləri dialoq platformasında inkişaf etdirmək üçün xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla, sahibkar birlikləri və assosiasiyalarının iştirakı ilə onların fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsinə dair təkliflər hazırlanması barədə razılıq əldə edilib.
Görüşdə biznes dairələri, sahibkar birlikləri və assosiasiyalarla əməkdaşlığın iqtisadi inkişafa töhfə verdiyi vurğulanıb, belə tədbirlərin davamlı olaraq keçiriləcəyi qeyd olunub. Tədbirdə müzakirə edilmiş məsələlər barədə suallar cavablandırılıb.
Mənbə: report.az

Bir müddət əvvəl Kapital Bank-ın BirBank mobil tətbiqində NFC texnologiyasına əsaslanan daha rahat və sürətli təmassız ödəniş xidməti müştərilərin istifadəsinə verilib. Bu funksiya vasitəsilə istifadəçilər alış-veriş zamanı və ya hər hansı bir xidmətdən istifadə edərkən ödənişi POS-terminallarda öz smartfonları vasitəsilə həyata keçirə bilirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ölkə ərazisində fevralın 23-ü gecədən başlayaraq hazırda davam edən küləkli, qarlı hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edib.
Biznesin tələbatını müəyyənləşdirən ən çox tələb olunan biznes-amillər + 9 ideya.