Vergi orqanları tərəfindən ötən il 27 milyon manatlıq maliyyə sanksiyaları tətbiq edilib

posted in: Xəbər | 0

Ailə kəndli təsərrüfatı, əmək haqqının normativləri, Elektron qaimə-fakturanın forması, maliyyə dəstəyi, 190 manat, icbari tibbi sığorta, Kommersiya hüquqi şəxslərin təsisçiləri, karantin rejimi sərtləşdirilir, Gələn ilin bayram günləri, Karantin rejiminin müddəti, Malların ixrac qeydi ilə satışı Qaydası, aztəminatlı azərbaycanlılar, sosial yardım, gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi, aqrar sığorta, xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiAzərbaycanın vergi orqanları tərəfindən 2020-ci ildə qanunvericiliyin tələblərinə əməl etməyən vergi ödəyicilərinə ümumilikdə 27 392,8 min manat məbləğində maliyyə sanksiyaları tətbiq edilib.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Bundan əlavə, vergi orqanları tərəfindən  23,7 min manat inzibati cərimə tətbiq edilib. Ötən il həyata keçirilmiş operativ vergi nəzarət tədbirlərinin sayının 2019-cu illə müqayisədə 42,2% azalmasına baxmayaraq, tətbiq olunmuş maliyyə sanksiya və inzibati cərimənin məbləği 2,1 dəfə artıb.

Qeyd edək ki, başa çatan nəzarət tədbirləri üzrə maliyyə sanksiyalarının 91,3%-i mal qalığı, əmək və nəzarət kassa aparatları tədbirlərini payına düşüb.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Təsisçinin borcu nağd şəkildə qaytarıla bilər?

posted in: Xəbər | 0

nağd, Təsisçi xarici valyuta əməliyyatlarıSual: Təsisçi müəssisəyə faizsiz borc verdikdə hər hansı vergi öhdəliyi yaranırmı və Təsisçinin borcu kassa-məxaric orderi ilə nağd şəkildə qaytarıldıqda miqdarda hər hansı bir məhdudiyyət varmı?

Cavab: Bildiririk ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Buna əsasən, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Vergi orqanında uçotda olmayan təsisçidən alınmış borc məbləğləri vergi ödəyicisinin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq həmin maddədə göstərilən hədlər daxilində (30 000 manat və ya 15 000 manat) nağd qaydada qaytarıla bilər. Təqvim ayı ərzində 30 000 manatdan və ya 15 000 manatdan artıq hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Adıçəkilən Qanunun 3.4.6-cı maddəsinə əsasən, vergi orqanında qeydiyyatda olan təsisçiyə isə borc məbləğləri yalnız nağdsız qaydada qaytarılmalıdır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 110-cu və 123-cü maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

Mənbə: taxes.gov.az


Bax:

Ən çox tələb olunan biznes: 9 ən yaxşı ideya (3-cü hissə)

posted in: Xəbər | 0

Biznesin tələbatını müəyyənləşdirən ən çox tələb olunan biznes-amillər + 9 ideya (3-cü hissə)

2-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Müxtəlif sahələrdə ən çox tələb olunan biznes

Məlum olduğu kimi, ən çox tələb olunan biznes üçün yeganə bir “resept” yoxdur, ən azı ona görə ki, insanın tələbatı çoxşaxəlidir.

Əsasən sahibkarlıq fəaliyyətini üç istiqamətə ayırmaq  olar:

  • ticarət;
  • istehsal;
  • xidmət sahəsi.

Əhali arasında tələbat duyulan müxtəlif növ biznes ideyalarını misal gətirək.

Ticarət sahəsində ən çox tələb olunan biznes

Ərzaq və ya geyim ilə ticarət edən mağazaların açılması şəklində nümunələr verməyəcəyik.

Əhalinin gəlirindən asılı olmayaraq, bu və ya digər dövrdə həmin mallar əhali arasında bütün hallarda tələbata malik olacaq, sadəcə, insanlar qənaət etməyə çalışacaqlar.

Hər halda, müasir dövrdə tələbat duyulan biznesin daha maraqlı ideyalarına diqqət yetirmək istərdik.

  1. Komisyon mağazası.

“Biznes – bu, zorakılığa əl atmadan başqasının cibindən pulunu çıxara bilmək məharətidir”. Maks Amsterdam belə deyib.

Bu tələbolunan biznes növü böhran dövründə, həm sahibkarlar, həm də alıcılar üçün xüsusilə aktualdır.

Belə zamanlarda hər bir kəsin bahalı, yeni paltarlar almaq imkanı olmur, ona görə daha ucuz variantlar axtarır.

Siz də adi, uşaq və ya elit komisyon mağazası aça bilərsiniz.

Belə bir ideyanın həyata keçirilməsi üçün investisiyalar da minimal olacaq. Belə ki sənədlərin tərtibinə və otağın icarəsinə müəyyən qədər sərmayə qoymaq lazım gələcək.

Əgər İnstagram-da internet-mağazası yaratsanız, hətta icarə üçün xərclərə də ehtyac qalmaya bilər və ya ilk dövrdə kimlərisə işə götürməyə də lüzum yoxdur. Belə ki, satıcı vəzifəsini sahibkarın özü də yerinə yetirə bilər.

Komisyon mağazasının mənası ondan ibarətdir ki, insanlar öz paltarlarını gətirirlər və öz qiymətlərini qoyurlar, sizdən isə onun satışını həyata keçirmək və öz komissiyanızı götürmək tələb olunur.

İnternet-mağazanı açarkən, sadəcə şəbəkədə satılan mallar haqqında məlumat yerləşdirəcəksiniz və alıcılara satıcının kontaktlarını verəcəksiniz.


4-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hüquqi şəxsin nizamnamə kapitalındakı payı

posted in: Vergi, Xəbər | 0

əsas vəsaitlər, 57.1 və 58.1-1-ci maddələrin fərqi, vergi ödəyicilərinin mənfəəti, sənədlər, Təmir xərcləri, malların təqdim edilməsi, Xidmətlərin göstərilməsi, Vergi Məcəlləsində dəyişiklik, vergi uçotu, daşımalar, Ödəmə mənbəyində vergi, Vergi elementləri, vergi məcəlləsi, qayda pozuntusu, icra, Nağdsız hesablaşmalar?Sadələşdirilmiş vergi, qayda pozuntusu, təmir xərcləri, vergi ödəyicisinin vergi öhdəliyi, maliyyə dəstəyi, Pandemiya, Vergi Məcəlləsi, Vergi ödəyiciləri, Ezamiyyə xərci, vergi borcu, vergi mükəlləfiyyəti, koronavirusla bağlı fəsil, Vergi Məcəlləsi, vergitutma, Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Hüquqi şəxsin nizamnamə kapitalındakı payı və ya səhmləri ilə bağlı vergi münasibətlərində diqqət yetirilməli olan həssas məqamlar var. Mövzunu BSC konsaltinq şirkətinin maliyyə və mühasibat üzrə layihə rəhbəri Ulduz İbrahimova şərh edir.

Vergi Məcəlləsinin 96.5-ci maddəsinə görə, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

104.6-cı maddədə isə göstərilib ki, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən mənfəətdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Kapital – aktivlərdən bütün öhdəliklər çıxıldıqdan sonra vergi ödəyicisinin xalis aktivlərinin dəyəridir. (Vergi Məcəlləsi, maddə 13.2.74.)

Kapital=nizamnamə kapitalı+bölüşdürülməmiş mənfəət

SND – səhmin nominal dəyəri

SMD – səhmin mütənasib dəyəri

FSD – faktiki satış dəyəri

FAD – faktiki alış dəyəri

G – gəlir

XA – xalis aktivlər

NK – nizamnamə kapitalı

Nsəhm – səhmlərin sayı

NK/Nsəhm = SND

XA/Nsəhm = SMD

1) FSD>SMD olduqda

G = FSD-SND

2) FSD< SMD olduqda

G = SMD-SND

3) FAD>SND olduqda

FSD-FAD = G

Yəni iştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, onlar təqdim edildikdə onların faktiki satınalınma dəyəri gəlirdən çıxılan xərc kimi nəzərə alınır.

Misal 1: Tutaq ki, müəssisənin nizamnamə kapitalı 5 ədəd səhmdən ibarət olmaqla 2.500 manatdır (səhmlərin hər birinin nominal dəyəri 500 manatdır). Bu müəssisənin il ərzində bölüşdürülməmiş mənfəəti 3.000 manat, nəticədə xalis aktivlərinin dəyəri 5.500 manat olmuşdur. 2019-cu ildə müəssisə səhmlərdən üç ədədini hər biri 1.500 manatdan təqdim etmişdir. Həmin səhmlərin vergi ödəyicisinin mülkiyyətində olma müddəti 3 ildən azdır. Müəssisənin mənfəət vergisini müəyyən edək.

NK=2.500

Nsəhm= 5

SND= NK/ Nsəhm=2.500/5=500

BM = 3.000

XA=3.000+2.500=5.500

SMD= 5.500/5=1.100

Göründüyü kimi, səhmlər hər biri 1.500 manata, yəni xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyərindən 400 (1.500-1.100) manat yuxarı satılıb.

FSD=1.500

1 500*3ədəd -500*3ədəd=3.000 manat mənfəət

3.000*20%=600 manat mənfəət vegisi

Misal 2: Müəssisənin nizamnamə kapitalı 5 ədəd səhmdən ibarət olmaqla 2.000 manatdır (səhmlərin hər birinin nominal dəyəri 400 manatdır). Bu müəssisənin il ərzində bölüşdürülməmiş mənfəəti 2.000 manat olmuşdur ki, nəticədə xalis aktivlərinin dəyəri 4.000 manat təşkil etmişdir. 2019-ci ildə müəssisə səhmlərdən 2 ədədini hər biri 600 manat olmaqla təqdim etmişdir. Həmin səhmlərin vergi ödəyicisinin mülkiyyətində olma müddəti 3 ildən azdır. Müəssisənin mənfəət vergisini müəyyən edin.

NK=2.000

Nsəhm= 5

SND= NK/ Nsəhm=2000/5=400

BM = 2.000

XA=2.000+2.000=4.000

SMD= 4.000/5=800

Göründüyü kimi, səhmlər hər biri 600 manata, yəni xalis aktivlərin nizamnamə kapitalındakı səhmlərə mütənasib dəyərindən 200 (800-600) manat aşağı satılıb.

FSD=600

800*2ədəd -400*2ədəd=800 manat mənfəət

800*20%=160 manat mənfəət vegisi

Qeyd: Vergi Məcəlləsinin 102.1.27 və 106.1.19 maddələrinə əsasən, vergi ödəyicisinin azı üç il mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi mənfəət və gəlir vergisindən azaddır.

Misalımızdakı 3 ildən az müddət yerinə 3 il və ya daha çox qeyd edilsə, alınan vergi məbləğini 50% azaltmaq lazım olacaq.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun