Kapital Bank-ın dəstəyi ilə daha bir “YAŞA” mərkəzi fəaliyyətə başladı
BMT-nin Əhali Fondu (UNFPA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində Kapital Bank-ın dəstəyi ilə “YAŞA” Mərkəzinin Mingəçevir şöbəsinin açılışı oldu.
Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 19 ünvanında fəaliyyətə başlayan mərkəzin fəaliyyəti “Üçüncü Bahar” İctimai Birliyi tərəfindən təmin ediləcək. Həftənin 5 günü saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək “YAŞA” mərkəzinin xidmətlərindən Mingəçevirin yaşlı sakinləri təmənnasız və öncədən müraciət etməklə istifadə edə bilərlər.
“YAŞA” mərkəzinin əsas məqsədi pensiya yaşına çatmış insanları toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir. Mərkəzdə kompüter, idman, rəqs, yaradıcılıq, təlim, rəssamlıq və digər otaqlar vardır, həmçinin fərdi kitabxana da fəaliyyət göstərir.

Maliyyə nəticəsi – seçilmiş hesabat dövründə konkret müəssisə üçün hesablanmış gəlir və onun əldə edilməsi xərcləri arasındakı fərqdir. Müsbət maliyyə nəticəsi mənfəət, mənfi nəticə isə – zərər adlanır. Gəlirin, aktivlərin və ya istifadə olunan kapitalın dəyərinə bölünən maliyyə nəticəsi gəlirlilik adlanır.
Biznesin tələbatını müəyyənləşdirən ən çox tələb olunan biznes-amillər + 9 ideya (2-ci hissə)
2020-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2019-cu ilə nisbətən 11,4 faiz artaraq 707,3 manat olub.