Kapital Bank terminallarında dollar və avro ilə mədaxillər mümkün oldu

posted in: Xəbər | 0

Məlumat verdiyimiz kimi, müştəri xidməti keyfiyyətinin artırılmasına, bir sıra bank əməliyyatlarının 24/7 rejimində fasiləsiz təqdim edilməsinə böyük önəm verən Kapital Bank, yeni nəsil ödəniş terminallarının quraşdırılmasını həyata keçirir. Bu terminallar bankın filialları ilə yanaşı ölkənin bir sıra iri marketlər şəbəkələrində də mövcuddur və quraşdırma prosesi hazırda davam edir.

Bir sıra üstün funksiyalara malik terminallar vasitəsilə artıq USD və EUR valyutasında mədaxillərin qəbulu funksiyası aktivləşdirilib. Bundan başqa biznes kartlarına mədaxillər də yeni nəsil terminallar vasitəsilə mümkün olub. Kapital Bank-ın istənilən kartına daxil edilən vəsaitlər, digər ödəniş terminalları ilə müqayisədə hesaba müəyyən qrafik üzrə deyil, dərhal mədaxil olunur.

Qeyd edək ki, bu terminallar funksionallıq baxımından daha geniş imkanlara malikdir. Yeni terminallarda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və BirKart sifarişi, kommunal, rabitə, TV, İnternet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, DSMF, cərimə, təhsil (BDU, ADNSU, ATU, ADPU və s.) ödənişləri, “Xəzri” pul köçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Yaxın gələcəkdə, həmçinin Azəriqaz və Azərsu-nun smart sayğaclarının yüklənməsi də terminallar vasitəsilə mümkün olacaq.

Ödəniş terminallarının əsas üstünlüklərindən biri də odur ki, ödənişləri həm nağd, həm də nağdsız formada həyata keçirmək olar. Nağdsız ödənişləri etmək üçün terminalın “card reader” yerindən və ya təmassız NFC funksiyasından istifadə etmək lazımdır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Övladlarınız pul barədə nəyi bilməlidir? (I hissə)

posted in: Xəbər | 0

Pul haqqında uşaqlarla necə danışmaq olar? Nədən başlamalı? Onlara hansı ən mühüm bacarıqları öyrətmək lazımdır?  Bu gün sizə gələcəkdə daha çox pul qazanmaq və pulları daha səmərəli idarə etmək üçün uşaqların öyrənməli olduqları lazımi maliyyə minimumundan danışacağıq.

Tələbatlar və istəklər

Pulun necə idarə olunacağına dair əsas anlayış riyaziyyat üzərində qurulmayıb. Uşağın “tələbat” və “istək” anlayışlarını ayıra bilməsi çox vacibdir. Onların aralarındakı fərqi anlamaq bacarığı – bu, gələcəkdə alış-verişi prioritetləşdirməyə, xilas etməyə və ortadan qaldırmağa kömək edəcək bir şeydir. İstəklərin pis olmadığını, ancaq, onların nəzarətdə saxlanılmasının lazım olması ilə bağlı məlumatları uşağa çatdırmaq vacibdir. Evdəki şeyləri və ya soyuducuda olan ərzaqları öyrənməklə, siz bu baza anlayışlarının öyrənilməsini bir oyuna çevirə bilərsiniz. Qoy, uşaq hansı əşyaların tələbat, hansılarının istək ölması ilə bağlı öz gümanını təxmin etsin. Onların arasında olan fərqi müəyyən etsin. Hansı əşyaların və ya ərzaqların aralıq əhəmiyyət daşıdığını və nə üçün belə olduğunu öyrənsin.

Qorumalı, xərcləməli və bölüşməli

Uşaqların erkən qavraya biləcəkləri başqa bir vacib konsepsiya – bu, pulla necə davranmağı seçməkdir. Şərti olaraq pullarla bütün mümkün hərəkətləri “qorumalı”, “xərcləməli” və “bölüşməli” olana ayrımaq olar. Xərclər, bir qayda olaraq, uşaq anlayışına daha asan yerləşir. Cib xərcliyi aldın – həmin pulları konfetə xərclədin.

Qorumalı – bu, daha inkişaf etmiş səviyyədir. Bunu başa düşməkdə uşağa kömək etmək vacibdir – yəni, daha dəyərli bir şey almaq üçün bir qədər gözləmək lazım gəldiyini ona aşılamaq lazımdır. Məsələn, pulu konfetə deyil, arzu etdiyi oyuncağı almaq üçün müəyyən məbləğdə pul toplamaq gərəkdir.

Uşaqlarda mücərrəd düşüncə qabiliyyəti zəif inkişaf etmişdir, ona görə məqsədləri və qənaət planını əyani şəkildə göstərməyə kömək edin – qənaətə nəzarət etmək üçün parlaq cədvəllər və diaqramlar, əmanətləri izləmək üçün trekerlər çəkin.

Biz nə vaxt və niyə “pulları bölüşürük” haqqında söhbət – bu, uşağa “həyati dəyərlər” anlayışını izah etmək üçün fantastik imkandır.

Övladlarınızı öz dəyərlərinizə görə pul paylaşmağa məcbur etməyin. Qoy, bu onların şəxsi seçimləri olsun – nənəsinə çiçək vermək, heyvan sığınacağına bağışlamaq və ya hər şeyi öz zövqünə uyğun xərcləmək.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyatın diversifikasiyasında vergi siyasətinin roluna dair müzakirələr aparılıb

posted in: Xəbər | 0

mühasib təşkilatları,Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri iqtisadiyyatın diversifikasiyası əsasında qeyri-neft sektorunun inkişafı və onun ixrac potensialının gücləndirilməsidir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, mövzunun aktuallığı nəzərə alınaraq, Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatası ilə birlikdə “İqtisadiyyatın diversifikasiyasında vergi siyasətinin rolu” mövzusunda elmi seminar keçirilib.

Seminarda çıxış edən Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov belə tədbirlərin əhəmiyyətindən söz açıb.

Azərbaycan İqtisadçılar İttifaqının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadə, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Tədris Mərkəzinin “İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsi”nin rəisi İmran Qarayev, Mərkəzin “Elm, innovasiya və əməkdaşlıq şöbəsi”nin elmi işçisi Şahzadə Mədətova seminarda çıxış ediblər.

Qeyd olunub ki, iqtisadiyyatın diversifikasiyası ölkənin neft sektorundan asılılığının aradan qaldırılmasında, qeyri-neft sektorunun və onun əsas tərkib hissələrindın biri olan sənayenin inkişaf etdirilməsi yolu ilə əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rola malikdir, uğurlu vergi siyasəti iqtisadiyyatı stimullaşdırmaqla onun genişlənməsinə şərait yaradır.

Tədbirdən sonra M.Kazımov ilə İqtisadçılar İttifaqının sədri Z.Səmədzadə və Auditorlar Palatasının sədri V.Novruzov arasında işçi qaydada görüş keçirilib.

Görüşdə birgə əməkdaşlıq çərçivəsində tərəflərin peşəkar imkanlarının artırılmasına xidmət edən, o cümlədən birgə təşkilatçılıq ilə respublika və beynəlxalq səviyyəli konfrans və elmi tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi qərara alınıb.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Amortizasiya ayırmalarının gəlirdən çıxılması

posted in: Xəbər | 0

Amortizasiyanın hesablanması, AmortizasiyaMikro və kiçik sahibkarlıq subyektlərində və büdcədən maliyyələşən təşkilatlarda bu mövzu ilə bağlı müəyyən suallar yaranır. Suallara EKVİTA şirkətinin vergi məsləhətçisi Meyxanım Ələkbərova aydınlıq gətirir.

Amortizasiya – istismara yararlı müddətdə aktivlərin amortizasiya olunan dəyərinin müəyyən olunmuş hissələrlə müntəzəm bölüşdürülməsidir. Vergi uçotu amortizasiyanın hesablanmasını sistematik, bölüşdürülmüş şəkildə həyata keçirilməsini ona görə tələb edir ki, müəssisənin əsas vəsaitin alınmasına sərf etdiyi vəsaiti birdən-birə məsrəf olaraq silməsi müəssisənin real olaraq nə həcmdə mənfəət əldə etməsini qiymətləndirməyə imkan vermir. Belə olduqda müəssisənin ardıcıl illərdəki zərər və mənfəət hesabatında kəskin fərqlər yaranır. Ona görə də əsas vəsaitlərə çəkilən məsrəf birbaşa xərc kimi göstərilmir, amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.

Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin qalıq dəyərinə tətbiq etməklə hesablanır. Lakin mikro və kiçik sahibkarlıq subyektlərində əsas vasaitlərə sürətli amortizasiya normaları tətbiq edilir. Nəticədə bu kateqoriyadan olan vergi ödəyicilərinin vergiyə cəlb olunan mənfəətləri azalır və onlar dövriyyə vəsaitinə qənaət etməklə öz fəaliyyətlərini genişləndirmək imkanı qazanırlar.

Vergi Məcəlləsinin 114.3-1-ci maddəsinə əsasən mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Misal 1: Tutaq ki, mikro sahibkarlıq subyektinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi avadanlığın cari ilin sonuna qalıq dəyəri 6.000 manat, istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlərin cari ilin sonuna qalıq dəyəri 5.000 manat, digər əsas vəsaitlərin cari ilin sonuna qalıq dəyəri isə 9.000 manatdır.

Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, avadanlıq üzrə amortizasiya norması 20%, istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə amortizasiya norması 10%, digər əsas vəsaitlər üzrə amortizasiya norması 20%-dir. Vergi Məcəlləsinin 114.3-1-ci maddəsinə əsasən qeyd olunan amortizasiya normalarına 2 əmsalı tətbiq olunmalıdır. Yəni:

  • avadanlıq üzrə amortizasiya ayırması 6000×20%x2=2400 manat;
  • istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə amortizasiya ayırması 5000×10%x2=1000 manat;
  • digər əsas vəsaitlər üzrə amortizasiya norması 9000×20%x2=3600 manat;
  • cəmi amortizasiya ayırmaları 2400+1000+3600=7000 manat təşkil edir.

Vergi Məcəlləsinin 114.3-2-ci maddəsinə əsasən, kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Misal 2: Tutaq ki, kiçik sahibkarlıq subyektinin sahibkarlıq fəaliyyətində istifadə etdiyi kompüterin cari ilin sonuna qalıq dəyəri 1.000 manat, nəqliyyat vasitəsinin cari ilin sonuna qalıq dəyəri 20.000 manat, binanın cari ilin sonuna qalıq dəyəri isə 60.000 manatdır.

Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, yüksək texnologiyalar məhsulu olan hesablama texnikası (kompüter) üzrə amortizasiya norması 25%, nəqliyyat vasitəsi üzrə amortizasiya norması 25%, binalar üzrə amortizasiya norması isə 7%-dir. Lakin kiçik sahibkarlıq subyekti olduğu üçün amortizasiya ayırmaları qeyd olunan amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə hesablanacaq. Yəni:
  • kompüter üzrə amortizasiya ayırması 1000×25%x1,5=375 manat;
  • nəqliyyat vasitəsi üzrə amortizasiya ayırması 20.000×25%x1,5=7.500 manat;
  • bina üzrə amortizasiya ayırması 60.000×7%x1,5=6.300 manat;
  • cəmi amortizasiya ayırmaları 375+7.500+6.300=14175 manat təşkil edir.

Nəzərdən keçirdiyimiz halda müəssisə 14.175 manat amortizasiya ayırmasını xərc kimi göstərərək gəlirdən çıxamaq hüququna malikdir.
Vergi Məcəlləsinin 114.10-cu maddəsinə əsasən, dövlət müəssisələrinə dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlərin, Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə müəyyən olunmuş illik amortizasiya normalarına uyğun hesablanmış amortizasiyanın yalnız 40 faizi gəlirdən çıxılır.

Misal 3: Tutaq ki, büdcədən maliyyələşən müəssisənin dövlət büdcəsinin investisiya xərcləri hesabına alınmış ilin sonuna qalıq dəyəri 15.000 manat olan nəqliyyat vasitəsi vardır. Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsi üzrə amortizasiya norması 25%-dir. Buna əsasən həmin əsas vəsaitə 15.000×25%=3.750 manat amortizasiya hesablanmışdır. Bu halda müəssisə Vergi Məcəlləsinin 114.10-cu maddəsinə əsasən amortizasiya normasına uyğun hesablanmış amortizasiyanın yalnız 40% faizini, yəni 3750×40%=1500 manatını öz gəlirindən çıxa bilər.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun