Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi peşəkar mühasib təşkilatları ilə əməkdaşlıq memorandumu imzalayıb

posted in: Xəbər | 0

Fevralın 17-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən peşəkar mühasib təşkilatları kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Gənc Mühasiblər İctimai Birliyi (GMİB) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumun bağlanmasında məqsəd iqtisadiyyat, hüquq, maliyyə, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə ixtisas biliklərinin yüksəldilməsi, müxtəlif aktual mövzular üzrə elmi tədqiqatların aparılması, birgə tədbirlərin, məsləhətləşmə və ekspertizaların keçirilməsi, məlumat mübadiləsi, regional və beynəlxalq əlaqələrin qurulmasına nail olmaqdan ötrü tərəflərin hər birinin peşəkar imkanlarını genişləndirmələri, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində öz səylərini birləşdirməkdən ibarətdir.

Tərəflər əməkdaşlıq çərçivəsində mühasiblərin, vergi və digər müvafiq mütəxəssislərin maliyyə hesabatlarının beynəlxalq standartları, iqtisadi və hüquqi biliklərinin artırılması, maliyyə, mühasibatlıq və vergi qanunvericiliyi sahəsində çalışan şəxslərin maarifləndirilməsi, onlara yeni biliklərin, qanunvericilikdə edilən dəyişikliklərin nəzəri-praktik şəkildə izahı, bu sahələrdə beynəlxalq təcrübənin öyrənilməsi, tədris və təlim proseslərinə, layihələrin həyata keçirilməsinə mütəxəssislərin cəlb edilməsi və işin daha da səmərəli təşkili üzrə müvafiq tədbirlər həyata keçirəcəklər.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli Qanununun qüvvəyə minməsi və bu qanunun tələblərindən irəli gələrək, mühasiblərin peşəkar mühasib sertifikatının əldə etməsinin və peşəkar təşkilatlara üzv olmasının zəruriliyi maarifləndirici tədbirlərin əhəmiyyətini daha da ön plana çəkir və bu istiqamətdə fəaliyyətlərinin genişləndirilməsini labüd edir. Bu baxımdan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və 3 peşəkar mühasib təşkilatının birgə əməkdaşlığı bu sahədə müvafiq dövlət qurumları ilə əlaqələrin genişləndirilməsinə, vergi, mühasibat işinin təşkili və iqtisadi fəaliyyət sahəsində peşə hazırlığının təkmilləşdirilməsinə, peşəkar mühasiblərin hazırlığı ilə bağlı nəzərdə tutulan məsələlərin icra edilməsinə, eləcə də digər aidiyyəti orqanlarla əməkdaşlıq üçün birgə müzakirələrin aparılmasına öz töhfəsini verəcək.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiyada mühasib peşəsi (III hissə)

posted in: Xəbər | 0

Rusiyada mühasib peşəsi (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mühasib, vakansiya, Mühasibat uçotu, baş mühasib, vakansiya, Maliyyəçi menecer, vakansiya, Maliyyə üzrə mütəxəssis, baş mühasib köməkçisi, vakansiya, Maliyyə Analizi, vakansiya, sərbəst mühasib, sosial sığorta, təcrübəçi, Kredit inzibatçılığı, maliyyə hesabatlığı üzrə mütəxəssis, büdcə, vakansiya, maliyyə, təlim, Əmtəə-material vakansiya material mühasibi

Peşəkar mühasib

Hazırda təşkilatlarda mühasiblərin rolu yüksəlir. Mühasibin funksiyaları dəyişir və onun qarşısında duran vəzifələrin spektri genişlənir. Mühasibat uçotu hesablarında təsərrüfat fəaliyyəti faktlarının qeydiyyatı ilə məşğul olan hesablama texniki işçidən, mühasib yaradıcı şəxsiyyətə çevrilir. O, təşkilatın iqtisadiyyatını səmərəli idarə etmək üçün zəruri olan uçot siyasətinin formalaşdırılmasını və həyata keçirilməsini təmin edir. Bu gün heç bir idarəetmə qərarı baş mühasiblə razılaşdırılmadan qəbul olunmur. Çünki bu qərarın effektivliyini, həm də onun vergi nəticələrini müəyyən etmək lazımdır. Məhz, buna görə də mühasibat uçotunun beynəlxalq maliyyə hesabatı standartlarına uyğun olaraq həyata keçirilməsi proqramında iki mühüm vəzifədən biri mühasibat peşəsinin təşəkkülü, müasir bazar iqtisadiyyatının tələblərinə adekvat olması və bununla əlaqədar mühasibat kadrlarının hazırlanması və yenidən hazırlanması zərurəti kimi müəyyən edilmişdir.

Müxtəlif ölkələrdə peşəkar mühasiblər eyni cür adlandırılmırlar: Böyük Britaniyada – andlı mühasiblər, Fransada – mühasib-ekspertlər, ABŞ-da – ictimai mühasiblər, Rusiyada isə inqilaba qədər – andlı mühasiblər adlandırılıblar. Bütün bu adların mahiyyəti isə birdir: mühasibin öz fəaliyyəti ilə məşğul olmaq hüququnu müəyyən edən və səhmdarlara, müəssisələrin rəhbərliyinə və son nəticədə dövlətə qanunvericiliyin ixtisaslı tətbiqini təmin edən səriştəliliyin təsdiq edilməsi.

Ali xüsusi mühasibat təhsili – baş mühasiblərin, təşkilatların maliyyə xidmətləri rəhbərlərinin və onların müavinlərinin hazırlanmasının əsasıdır. Ancaq baş mühasiblər, müəyyən kateqoriyalı təşkilatların maliyyə direktorları üçün, ilk növbədə qanuni yoxlamadan keçirilmiş təşkilatlar üçün əlavə (daha yüksək mühasibat uçotu) peşəkar mühasib təhsili və ixtisas tələb olunur.

Peşəkar mühasib – postsovet ölkələri üçün yeni bir fenomendir. Keçmiş sovet respublikalarında mühasibat uçotunun və maliyyə hesabatının islahatına görə mühasibatlıq hesabatı peşəkar mühasib tərəfindən imzalanan təşkilatların və peşəkar mühasibin ixtisas attestatı olduqda həyata keçirilən mühasibat işlərinin növlərinin siyahısı təsdiq edilmişdir.

Peşəkar mühasibin attestatının olması mühasibat uçotunun qurulması, bərpası və aparılması, mühasibat uçotu məsələlərinə dair normativ hüquqi və digər aktların tətbiqi sahəsində məsləhət xidmətləri göstərərkən də məcburidir.

Hazırda təkcə Rusiyada təxminən 170 min uçot işçisi attestasiyadan keçib və peşəkar mühasib statusu alıb.

Rusiya peşəkar mühasiblər və auditorlar İnstitutu tərəfindən qəbul edilmiş mühasibat təhsilinin beynəlxalq standartlarına uyğun olaraq, əsas istiqamətlər üzrə peşəkar mühasiblərə aşağıdakı ixtisas tələbləri irəli sürülür:

  • bilik və bacarıqların mövcudluğu;
  • praktiki iş təcrübəsi;
  • peşəkar etikaya əməl olunması;
  • ixtisasın daim yüksəldilməsi.

Bütün bu tələblər mühasibat mütəxəssisləri üçün peşəkar mühasib adı və illik məcburi təkrar sertifikatlaşdırma üçün sertifikatlaşdırma proseduru zamanı həyata keçirilir. Adı çəkilən tələblər 1997-ci ildən Rusiyada qüvvədədir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

KOB subyektləri ilə bağlı yeni qanunvericilikdə müəyyən imtiyazlar olacaq

posted in: Xəbər | 0

idarəetmə keyfiyyətinin təmin olunması, biznes, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sosial Sahibkarların Beynəlxalq Forumu, onlayn satış platforması, Vətəndaşa dəstək, KOBİA, vebinar, maliyyə kompensasiyası, KOBİA, onlayn maarifləndirmə, KOBİA, KOB subyektləri, vergi məcəlləsi, Gənc Sahibkarlar Forumu, sahibkarlar, turizm, vergi güzəştləri, KOBİA, sahibkarlıq, seminar,Azərbaycanda kiçik və orta biznes (KOB) subyektləri ilə bağlı yeni qanunvericilikdə müəyyən imtiyazlar nəzərdə tutulur.

Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2020-ci ilin yekunlarına həsr olunmuş konfransında çıxış edən Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, burada kotirovka sorğularının dəyərinin 50 mindən 100 min manatadək artırılması, ümumiyyətlə, kotirovka seqmentinin böyüdülməsi, KOB subyektlərinin birbaşa iştirakının təmin edilməsi və ödənişlərlə bağlı bir sıra təkliflər nəzərdə tutulur.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Vergi orqanlarının vəzifəli şəxslərinə verilən xidməti vəsiqənin nümunəsinin təsdiq edilməsi barədə” Qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

Startapın müəyyən olunması meyarları, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, fəaliyyətinə icazə verilən sahələr, Komendant saatı, karantin rejimi, karantin rejimində dəyişikliklər, cərimə, Səhiyyə, sığorta haqqı, Sığorta haqqının ümumi məbləğinin hesablanması, Layihələrin maliyyələşdirilməsi qaydası, Rayonlara gediş-gəliş, Layihələrin maliyyələşdirilməsi,“Vergi orqanlarının vəzifəli şəxslərinə verilən xidməti vəsiqənin nümunəsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 mart tarixli 38 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 9.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 mart tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 142) ilə təsdiq edilmiş “Vergi orqanlarının vəzifəli şəxslərinə verilən xidməti vəsiqənin nümunəsi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 16 fevral 2021-ci il

Faylı yükləyin: Vergi orqanlarının vəzifəli səxslərinə verilən xidməti vəsiqənin Nümunəsi

Mənbə: nk.gov.az