Rusiyalılar tarixdə rekord məbləğdə kredit götürüblər

posted in: Xəbər | 0

Rusiyada verilən istehlak kreditlərinin həcmi 2020-ci ilin dekabr ayında 516 milyard rublu  (7 milyard 10 milyon ABŞ dolları) aşıb ki, bu da bütün müşahidə tarixi ərzində rekord göstərici olub. Bu göstərici ildə 4 faiz artmışdır. Bu barədə Birləşmiş kredit bürosuna istinadən “Kommersant” nəşri yazıb.

Kreditin orta məbləği də maksimum 355 min rubla (4823 ABŞ dolları) çataraq, maksimumu yeniləyib. Keçən ilin dekabr ayı ilə müqayisədə orta çek 12 faiz artıb. Ekspertlər qeyd edirlər ki, təxirə salınmış tələbat, bayramdan əvvəlki satışların mövsümi faktoru və aşağı faiz dərəcələri artıma təsir göstərib.

Lakin verilmiş kreditlərin sayı il ərzində 9 faiz azalıb. 2021-ci ildə bazar iştirakçıları iqtisadi vəziyyət yaxşılaşdıqca və əhalinin gəlirləri artdıqca istehlak kreditləşməsinin bərpasına ümid edirlər.

Bundan əvvəl NAFİ-nin (maliyyə tədqiqatları üzrə milli agentlik) araşdırması göstərib ki, rusların üçdə biri krediti banka qaytarmamağa hazırdır. Amma qohum və ya tanışdan götürülən borcun qaytarılmamasını pisləyirlər. Ölkədə ötən il ərzində kreditlər üzrə qərəzli borcalanların sayı 2,1 milyon nəfər artıb və 11,7 milyona çatıb. Rusiyalılar pandemiya dövründə borclarını qaytarmağa pul tapmayıblar. 2020 – ci ildə 119 mindən çox Rusiya vətəndaşı və fərdi sahibkar iflas olduqlarını bəyan ediblər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyada yeni avtomobil nəhəngi peyda olub

posted in: Xəbər | 0

Dünyada yeni avtomobil nəhəngi peyda olub

PSA Group (Peugeot-Citroen) və Fiat Chrysler Automobiles (FGA) avtomobil istehsalçıları birləşmə əməliyyatını tamamlayıblar. Nəticədə dünyada ən nəhəng avtomobil istehsalçılarından biri – Stellantis NV peyda olub.

Stellantis dünyada dördüncü ən böyük avtomobil nəhəngi olacaq və ildə 8,7 milyon avtomobil istehsal edə biləcək. Bu birlik şirkətlərə hər il beş milyard avro qənaət etməyə imkan verəcəkdir. Yeni şirkətə PSA Group-un baş direktoru Karlos Tavares rəhbərlik edəcək. Yeni şirkətin səhmləri ilə Milan, Nyu-York və Paris birjalarında ticarət olunacaq.

İtaliya Maliyyə Nazirliyi ötən ilin iyun ayında FCA-ya avtomobil nəhəngini iflasdan xilas etmək üçün rekord həcmdə – 6,3 milyard avro məbləğində kredit verib. Kredit, COVID-19 pandemiyasının başlanılmasından bəri Avropadakı bütün avtomobil istehsalçıları tərəfindən alınan ən böyük kredit idi. Vəsaitlər işçilərin əməyinin, təchizatçıların xidmətlərinin və həmçinin milli filiala planlaşdırılan investisiyaların ödənilməsinə yönəldilib.

Fiat Chrysler, Alfa Romeo, Chrysler, Dodge, Jeep, Lancia, Ram Trucks markalarına, PSA isə Peugeot, Citroen, DS, Opel və Vauxhall markalarına sahibdir. Yalnız Volkswagen, Nissan-Renault-Mitsubishi və Toyota Motor yeni alyansdan daha çox avtomobillər satır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Çində korrupsiya səbəbi ilə dövlət şirkətinin sabiq rəhbəri edam edilib

posted in: Xəbər | 0

Çində aktivlərin idarə olunması üzrə dövlətə məxsus China Huarong Asset Management Co şirkətinin keçmiş sədri Lay Syaomin, korrupsiya, mənimsəmə və çoxarvadlığa görə edam edilib. Bu haqda ÇXR-in Mərkəzi televiziyası xəbər verib.

Hökm yanvarın 29-da səhər tezdən icra olunub. Edamdan əvvəl ona yaxın qohumları ilə görüşməyə icazə verilib. Məhkəmə müəyyən edib ki, o, 25 milyon yuandan çox (3,9 milyon dollar) israfçılıq edib, eləcə də 1,79 milyard yuan (280 milyon dollara yaxın) həcmində rüşvət alıb. Bundan əlavə aydın olub ki, dövlət şirkətinin keçmiş rəhbəri evli olmasına baxmayaraq, digər qadınlarla da münasibətdə olub.

Bundan əvvəl Syaominin mənzilində rüşvət yolu ilə alınmış və metal qutulara yerləşdirilmiş nağd pullar aşkar edilməsi barədə xəbər verilmişdi. Ümumilikdə o, həmin yeşiklərə 200 milyon yuan (20 milyon dollar) yerləşdiribmiş.

Top-menecer bildirmişdi ki, müntəzəm olaraq rüşvət kimi aldığı pulları mənzilinə gətirmiş və orada saxlamışdır. Syaominin sözlərinə görə, bu ondan ötrü adi çinlinin supermarketə gedişi kimi bir vərdiş olub. O, bu pulları sərf etməyə cəsarət etmədiyini və uşaqları üçün saxlamağa ümid etdiyini etiraf edib.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Startapın müəyyən olunması meyarları təsdiqlənib

posted in: Xəbər | 0

Xüsusi karantin rejiminin sərtləşdirilməsi, fəaliyyətinə icazə verilən sahələr, Komendant saatı, karantin rejimi, karantin rejimində dəyişikliklər, cərimə, Səhiyyə, sığorta haqqı, Sığorta haqqının ümumi məbləğinin hesablanması, Layihələrin maliyyələşdirilməsi qaydası, Rayonlara gediş-gəliş, Layihələrin maliyyələşdirilməsi,Nazirlər Kabineti “Startapın müəyyən olunması meyarları” və “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları”nı təsdiqləyib.

Startapın müəyyən olunması meyarları”na əsasən, meyarlara cavab verən və “Startap” şəhadətnaməsi əldə edən hüquqi və ya fiziki şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan azadolmadan istifadə hüququ qazanır.

Onlar “Startap” şəhadətnaməsi aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə, mikro və ya kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər mənfəət vergisindən, fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxslər gəlir vergisindən – 3 il müddətinə azad edilirlər.

Eyni zamanda Nazirlər Kabinetinin təsdiq etdiyi “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları” innovativ layihələrin, yəni iqtisadi və ya sosial səmərə əldə etmək məqsədilə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin və onların nəticələrinin tətbiqi əsasında yeni və ya təkmilləşdirilmiş mal (iş, xidmət), texnoloji proses yaradılmasına və yerinə yetirilməsinə istiqamətlənmiş fəaliyyətlə bağlı olan layihələrlə əlaqədar ictimaiyyət üçün açıq məlumatların əks olunduğu reyestrinin aparılması qaydasını müəyyən edir.

Reyestrin aparılmasının məqsədi ölkədə mövcud olan innovativ layihələrin mərkəzləşdirilmiş açıq məlumat bazasını yaratmaqla, ictimaiyyətin həmin məlumat bazasından şəffaf, çevik və səmərəli istifadəsinin təmin edilməsidir.

Qeyd edək ki, “Startap” şəhadətnaməsini əldə etmək üçün müraciət edən şəxslərə (ərizəçi) dair meyarlar aşağıdakılardır:

–  mikro və ya kiçik sahibkarlıq subyekti olması;

– orta və (və ya) iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payının 49 faizdən çox olmaması;

– rezident vergi ödəyicisi olması.

Ərizəçilərin təqdim edəcəyi məhsula (xidmətə) dair meyarlar aşağıdakılardır:

–  məhsulun (xidmətin) gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunması;

–  innovativ təşəbbüsə əsaslanan olması:

– mövcud istehsal və ya xidmət proseslərinin yeni formada təşkili ilə əlavə dəyərin yaradılması;

– yeni texnologiyanın tətbiqi ilə əlavə dəyərin formalaşması;

– rəqabətqabiliyyətli olması;

– qısamüddətli (3 ilədək) perspektivdə yaradılan məhsula (xidmətə) olan tələbin əsaslandırılmış formada artımının proqnozlaşdırılması;

– digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməməsi.


“Startapın müəyyən olunması meyarları”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Startapın müəyyən olunması meyarları” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
  3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 29 yanvar 2021-ci il

Yükləyin: Startapların müəyyən olunması meyarları

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun