Mallar və inventarların hərəkət dövriyyəsi elektron olduqda sənədlər çap edilmədən tətbiq edilə bilərmi?

posted in: Xəbər | 0
birbank biznes

Elektron alış aktının tərtib edilməsi, Elektron alış aktı, icazə almaq, Subsidiyalar, Nəzarət-kassa, müavinət, müavinətin təyinatı,Sual: “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Fərmanına əsasən “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

Sual olunur, yuxarıda fərmandan belə nəticəyə gəlmək olar ki, qeyd edilən mallar və inventarların hərəkət dövriyyəsi elektron daşıyıcıda deyəndə yəni imzasız, möhürsüz excel faylında və ya daxili maliyyə proqram təminatında (1C məsələn) uçotu aparıla bilər və həmin aktların gündəlik uçotu və hərəkətinə (kağız variantında imzalı və ya möhürlü, eyni zamanda elektron imzalı və möhürlü) ehtiyac yoxdur və belə bir uçot forması vergi orqanları səyyar yoxlama vaxtı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsi və 58.8.3 maddəsinin tələblərini pozmuş sayılmayacaqdır. Qeyd edilən sual barədə xahiş olunur ərtaflı, net münasibətinizi bildirəsiniz.

Cavab: Bildiririk ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir.

Belə ki, Qaydanın 9-cu bəndinin müddəalarına əsasən “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

Bildiririk ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin istifadəsində adıçəkilən sənədlərin tərtibi və dövriyyəsini dəstəkləyən elektron informasiya sistemi mövcud olduğu və bu sənədlərin tərtib edilərək elektron qaydada təsdiq edilməsi təmin edildiyi halda (misal: istehsal ehtiyatlarının təsərrüfatdaxili (anbardan-anbara) hərəkəti elektron qaydada sənədləşdirilərkən bu zaman istehsal ehtiyatlarını göndərən və qəbul edən maddi məsul şəxslər tərəfindən bu sənədlərin elektron sistem üzərində tərtib və təsdiq imkanına malik olması) həmin sənədlər çap edilmədən tətbiq edilə bilər.

Vergi ödəyicisinin istifadəsində müvafiq texniki imkanlara malik elektron informasiya sistemi mövcud olmadıqda isə sənədlər kağız daşıyıcıda çap edilərək müvafiq qaydada təsdiq edilir.

Qeyd edilənlərə əsasən vergi ödəyicisinin təsərrüfat daxili əməliyyatları tam həcmdə elektron informasiya sistemi ilə rəsmiləşdirildiyindən təsərrüfat məqsədləri üçün həmin sənədlərin kağız daşıyıcıda çap edilməsinə zərurət yaranmır.

Eyni zamanda, vergi orqanları tərəfindən keçirilən vergi nəzarəti tədbirləri zamanı qeyd olunan proqram təminatında elektron qaydada tərtib olunan sənədlərin vergi orqanının vəzifəli şəxslərinə təqdim edilməsi təmin edilməlidir.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email