Ən çox tələb olunan biznes: 9 ən yaxşı ideya (4-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

mühasib köməkçisi vakansiyaBiznesin tələbatını müəyyənləşdirən ən çox tələb olunan biznes-amillər + 9 ideya (4-cü hissə)

3-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Müxtəlif sahələrdə ən çox tələb olunan biznes

Müasir dövrdə tələbat duyulan biznesin daha maraqlı ideyalarına diqqət yetirək.

  1. Orqanik və sağlam qıdaların satışı.

Son bir neçə il ərzində fitnes və düzgün qidalanma sahəsinin populyarlığının artması tendensiyasını müşahidə etmək olar.

Bundan əlavə, daha çox insan sağlamlığına qayğı göstərməyə başlayır və hətta yarısı müxtəlif qida əlavələri və konservantlardan ibarət ola biləcək qida maddələrini öyrənir.

Amma, həqiqətən əhali arasında tələbat duyulan eko-mağazanın açılmasından ötrü kifayət qədər böyük məbləğdə pul yatırılmalı, bu işlər keyfiyyətli şəkildə reklam olunmalı, həmçinin sağlam qida istehsalı sahəsində ixtisaslaşan təchizatçılar tapılmalıdır.

Beləliklə, siz bunları sata bilərsiniz:
  • orqanik meyvələr və tərəvəzlər;
  • yarmalar və taxıllar;
  • şirniyyatlar;
  • şəkərin təbii əvəzediciləri;
  • bitki və kərə yağları;
  • süd məhsulları;
  • stabilizatorsuz təzə ət;
  • təbii şirniyyatlar;
  • çay və kofe;
  • quru meyvələr və başqaları.

Ayrıca öz onlayn mağazanızı aça və çatdırılma vasitəsi ilə göndərilə bilən xarab olmayan məhsulları sata bilərsiniz.

  1. Aptekin açılması.

Əlbəttə ki, bir aptek açmaq baqqal köşkü açmaq qədər asan deyil. Amma istək olduqda və vəsait varsa, bu, həqiqətən tələbat duyulan bir ideyadan ötrü əla bir fikirdir.

Tibbi preparatların və dərmanların alınması hər gün həyata keçirilir. Çünki təəssüflər olsun ki, insanlar xəstələnməkdə davam edirlər.

Bu sahədə fəaliyyət göstərməyə icazə almaqdan ötrü sahibkardan bir sıra sənədlər toplamaq, lisenziya almaq və ali əczaçılıq təhsili olan işçiləri işə götürmək tələb olunur.

Apteklərin açılmasına qoyulan sərmayələr doğrudan da böyükdür və burada söhbət bahalı icarədən və işçilərə layiqli əmək haqqı ödənilməsindən getmir, malların –  müxtəlif istiqamətli dərman, müalicəvi kosmetika və digər əlaqədar məhsulların alınmasından gedir.


5-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email