Uçot və hesabatlılıq sistemi Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasən qurulmalıdır

posted in: Xəbər | 0

mühasib, vakansiya, Böyük MühasibŞirkətlərdə beynəlxalq standartlara əsasən uçot və hesabat sisteminin qurulması həm onun cari idarəetməsini yaxşılaşdıra, qərarların qəbulunda istifadə edilən informasiyaların keyfiyyətini artıra, həm də şirkətə əlavə resursların cəlb edilməsi ilə onun sonrakı böyüməsinə imkan verə bilər. Mövzunu maliyyə mütəxəssisi Xalid Kərimli şərh edir.

Şirkətlərin fəaliyyətində maraqlı tərəflərin (steykholderlərin) spektri genişdir. Bura direktorlar, işçilər, səhmdarlardan əlavə, dövlət, malsatanlar, malalanlar, borc verənlər, banklar, investorlar, cəmiyyət, partnyorlar və müxtəlif qruplar daxildir. Bu şəxslərin hər biri şirkətin fəaliyyəti haqqında ümumi anlaşılan məlumatlar sistemində maraqlıdırlar.

Ölkənin inkişaf etdirməli olduğu əsas istiqamətlərdən biri kapital bazarıdır. Şirkətlər maliyyələşdirməni yalnız şəxsi kapital, bank kreditləri və dövlət fondlarından güzəştli vəsaitlərin cəlbi ilə edirlər ki, bu da orta və iri şirkətlərin formalaşması üçün yetərli deyil. Dünya təcrübəsinə nəzər salsaq, şirkətlərin maliyyə resurslarının cəlbində kapital bazarları və vençur kapital əsas rol oynayır. Yeni yaranan müəssisələr startaplar kimi vençur kapital cəlb etməyə çalışır. Biznes modeli uğurlu olan və vençur kapitalının cəlbində müvəffəqiyyət əldə edən, böyüməyi hədəfləyən şirkətlər müəyyən müddətdən sonra ya daha iri müəssisələrlə birləşir, ya da birbaşa kapital bazarlarına çıxış əldə etmək üçün səhmdar cəmiyyətlərə çevrilirlər.

Qeyd olunan inkişaf variantlarının hansının seçilməsindən asılı olmayaraq müəssisənin ümumi qəbul edilmiş beynəlxalq standartlara əsaslanan hesabat və uçot sistemi olmalı, korporativ idarəetmə elementləri təşəkkül tapmalıdır. Uçotun və hesabatlılığın beynəlxalq standartlar əsasında qurulması təkcə qeyd etdiyimiz məsələlərə görə deyil, həm də birbaşa şirkətin daha yaxşı idarə edilməsi üçün vacibdir. Həm sahibkar, həm də idarəetmə ilə məşğul olan menecer şirkətin bugünkü vəziyyətini bilmək üçün məlumata sahib olmalıdır. Nə proqnozlaşdırma, nə ssenari təhlili, nə böhran menecmenti, nə müxtəlif idarəetmə qərarlarının seçilməsi təkmil informasiya olmadan mümkün deyil. Sürətlə dəyişən, gözlənilməzliklərlə dolu olan müasir biznes mühitində qərarların qəbulu çevik olmalıdır. Çevik qərar qəbulu isə şirkətin, vaxtında qurduğu uşot-hesabat sisteminin mövcudluğu ilə mümkün ola bilər.

Orta və uzunmüddətli inkişaf strategiyası olan, şirkətini böyütməyi planlaşdıran hər bir idarəedici üçün təkmil informasiyanın əhəmiyyəti danılmazdır. Müasir dövrdə bunun yaradılmasının ümumi qəbul edilmiş qaydaları və standartları mövcuddur. Beynəlxalq Maliyyə Hesabatı Standartları həm qlobal miqyasda qəbul edilmiş qaydalardır, həm də mühasibat sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsidir. Şirkətin standartlara uyğun hazırlanmış maliyyə hesabatları onun vizit kartıdır.

Şirkət idarəetməsində şəffaflıq, informasiyanın əlçatanlığı ona inam və etibarı artırır. Şirkət rəhbərliyi buna təkmil informasiya və hesabatlılıqla nail ola bilər. Bu isə həmin şirkətin gələcəkdə böyüməsinə zəruri olan kapitalı cəlb etməsinə imkan verəcək. Müasir dünya şirkətlərinin təcübəsinin təhlili göstərir ki, şirkətlərin kapitalının 50 faizindən çoxu cəlb edilmiş kapitaldır. Borc kapitalı səhmdarlarla paralel olaraq şirkətin maliyyələşdirilməsində yaxından iştirak edir. Ölkəmizdə isə əksər şirkətlər birbaşa şəxsi kapital və mənfəətlə maliyyələşdirilir. Şəxsi kapitalın strukturunda isə fərdin tam sahibliyini müşahidə etmək olur.

Etibar mühitinin olmaması şirkətin maliyyələşdirilməsində şəxsi kapitalın da paylaşılmamasına səbəb olur. Fərdə bağlı şirkətlər həm şirkətlərin böyüməsinin qarşısını alır, həm də ona olan etibarı aşağı salmaqla kənar maliyyələşmənin qarşısını alır. İnkişaf etmiş ölkələrdə olduğu kimi nəsildən-nəslə ötürülən şirkətlərin formalaşması üçün sahibkarlar indidən şirkətlərində institusional inkişafa diqqət yetirməli, BMHS-ə uyğun uçot və hesabatlılıq qurmalıdırlar. Bununla kapitalın strukturunu şaxələndirmək mümkün olacaqdır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları ən yüksək göstəriciyə çatıb”

posted in: Xəbər | 0

“Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalar ən yüksək göstəriciyə çatıb”

vergi inzibatçılığı, gömrük inzibatçılığı, bank, Elektron Kredit Platforması, müşavir, İqtisadiyyat naziri, Dövlət vergi xidməti, dövlət dəstəyi, Sahibkarlar, sahibkarlıq subyektləri, Yardım proqramları, iqtisadiyyat, koronavirusun ölkə iqtisadiyyatına təsirinin azaldılması, maliyyə hesabatları, sahibkarlar, Mikayıl Cabbarov, İqtisadiyyat, vergiler naziri, Vergilər Naziri, Mikayıl Cabbarov,qeyri-neft vergi daxilolmaları Vergi dəyişiklikləri Rəqəmsal
“2020-ci ildə Azərbaycanın dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 5,6 milyard manat təşkil edib”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazirin sözlərinə görə, bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir: “Qeyri-neft-qaz sektoru üzrə yığılmış vəsaitin cəmi daxilolmalarda xüsusi çəkisi 76 %-ə çatıb”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ani Ödənişlər Sistemində “QR kod”la ödəmə funksionallığı istifadəyə verilib

posted in: Xəbər | 0

Ani Ödənişlər Sistemi, Rəqəmsal İdentifikasiya Sistemi, Ani Ödənişlər Sistemi, uçot dərəcəsi, Ani Ödənişlər Sistemi, Yeni ödənişlər sistemi, Azərbaycan Mərkəzi Bankı, Ani ödənişlər sistemi, valyutadəyişmə, uçot dərəcəsi, Audit şirkətləri, qaynar xətt, şikayət, NBCBank, AGBank, Bank kreditlərinin təsnifləşdirilməsi,Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yaradılan Ani Ödənişlər Sistemində (AÖS) “QR kod”la ödəmə funksionallığı istifadəyə verilib.

AMB-dən bildirilib ki, Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Ani Ödənişlər Sistemi ötən il oktyabrın 1-dən real rejimdə istismara verilib. AÖS-ün yaradılmasında əsas məqsəd fiziki şəxslər, biznes strukturları arasında qarşılıqlı hesablaşmaların, həmçinin dövlət orqanlarının xeyrinə aparılan ödəniş əməliyyatlarının bank hesabları üzərindən 24/7 rejimində mobil telefon nömrəsi, FİN kod, e-poçt ünvanı kimi sadələşdirilmiş identifikatorlar vasitəsilə innovativ ödəniş həllərindən istifadə edilməklə aparılmasının təmin edilməsindən ibarətdir.

Layihənin cari mərhələsində sistemin “AniPay” mobil tətbiqi istismara verilib. Tətbiq vasitəsilə fiziki şəxslər öz bank hesablarından köçürmələri, “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş dövlət orqanları, kommunal təşkilatlar, rabitə operatorları və digər kütləvi xidmət müəssisələri üzrə ödənişləri, həmçinin fiziki şəxslər arasında vəsaitin sorğulanması və aparılmış köçürmənin geri qaytarılması əməliyyatlarını həyata keçirə bilərlər.

Qeyd olunanlarla yanaşı, sistemin yeni istifadəyə verilmiş mobil tətbiqi vasitəsilə Dövlət Vergi Xidməti tərəfindən rəsmi qeydiyyata alınmış e-kassa operatorlarından pilot olaraq seçilmiş “NBA Technologies International” şirkətinin və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin iştirakı ilə Bakı şəhəri və Abşeron rayonu üzrə “Neptun” supermarket şəbəkələrində malların dəyərini “QR kod” vasitəsilə rahat və təhlükəsiz formada ödəmək imkanı yaradılıb. AÖS-ün platformasında istifadə olunan “QR kod” həlli innovativ nağdsız ödəniş üsuludur. Bu ödəniş üsulunun üstünlükləri ödənişlərin birbaşa bank hesabları üzərindən aparılması və əldə olunan malların dəyərinin ödəniş kartından istifadə etmədən mobil qurğular vasitəsilə həyata keçirilməsidir. Xüsusilə pandemiya şəraitində gündəlik ödənişlərin fiziki təmas olmadan təhlükəsiz formada həyata keçirilməsi üçün “QR kod” effektiv ödəniş həlli hesab olunur.

“QR kod” ödəniş həllindən istifadə sahibkarlar üçün də əlverişli şərait yaradır. Belə ki, qəbul edilən ödəniş məbləği real rejimdə təsərrüfat subyektinin bank hesabında əks olunur ki, bu da həmin vəsaitlərdən daha səmərəli, operativ istifadə edilməsini mümkün edir. Sistemin “QR kod” ödəniş həllindən istifadə zamanı kart ödənişləri ilə müqayisədə təsərrüfat subyektləri üçün daha əlverişli xidmət haqqı tətbiq olunmaqla nağdsız ödənişlərin qəbulu imkanı yaradılıb. Eyni zamanda, AÖS-ə inteqrasiya olunmuş bütün banklar öz mobil tətbiqlərində sözügedən “QR kod” ödəniş həllini tətbiq etməklə nağdsız ödənişlərin həyata keçirilməsi imkanını əldə ediblər.

Qeyd edək ki, hazırda AÖS platformasına 18 bank, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC inteqrasiya olunub. Mərkəzi Bank tərəfindən AÖS-ün əhatə dairəsinin genişləndirilməsi və “QR kod” ödəniş həlli vasitəsilə nağdsız ödənişlərin artırılması istiqamətində tədbirlər davam etdiriləcək.

Mənbə: azertag.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib

posted in: Xəbər | 0

səlahiyyət, audit, əmr, Maliyyə Naziri, Koronavirus, Maliyyə Nazirliyi, QHT, Maliyyə Nazirliyi, Mühasibat uçotu qaydası, maliyyə,kadr, struktur, Maliyyə Maliyyə Nazirliyi vergi gömrükMaliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir.

“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli Qərarı ilə təsdiq olunub. Həmin qərara əsasən, qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

– maliyyə vəziyyəti haqqında hesabat;

– maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat;

– əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

Eyni zamanda, maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları üçün müvafiq qərarla “Maliyyə fəaliyyəti olmaması barədə arayış” forması təsdiq edilib.

Göstərilənləri nəzərə alaraq, qeyri-hökumət təşkilatları “www.qht-hesabat.maliyye.gov.az” saytı vasitəsilə “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı”nda qeydiyyatdan keçmələri və nəzərdə tutulan formaya uyğun olaraq maliyyə hesabatlarını və ya maliyyə fəaliyyətinin olmamasına dair təsdiq edilmiş arayış formasına uyğun olaraq hesabatı Maliyyə Nazirliyinə elektron qaydada təqdim etmələri tələb olunur.

Mənbə: azertag.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun