Ən çox tələb olunan biznes: 9 ən yaxşı ideya (3-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

Biznesin tələbatını müəyyənləşdirən ən çox tələb olunan biznes-amillər + 9 ideya (3-cü hissə)

2-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Müxtəlif sahələrdə ən çox tələb olunan biznes

Məlum olduğu kimi, ən çox tələb olunan biznes üçün yeganə bir “resept” yoxdur, ən azı ona görə ki, insanın tələbatı çoxşaxəlidir.

Əsasən sahibkarlıq fəaliyyətini üç istiqamətə ayırmaq  olar:

  • ticarət;
  • istehsal;
  • xidmət sahəsi.

Əhali arasında tələbat duyulan müxtəlif növ biznes ideyalarını misal gətirək.

Ticarət sahəsində ən çox tələb olunan biznes

Ərzaq və ya geyim ilə ticarət edən mağazaların açılması şəklində nümunələr verməyəcəyik.

Əhalinin gəlirindən asılı olmayaraq, bu və ya digər dövrdə həmin mallar əhali arasında bütün hallarda tələbata malik olacaq, sadəcə, insanlar qənaət etməyə çalışacaqlar.

Hər halda, müasir dövrdə tələbat duyulan biznesin daha maraqlı ideyalarına diqqət yetirmək istərdik.

  1. Komisyon mağazası.

“Biznes – bu, zorakılığa əl atmadan başqasının cibindən pulunu çıxara bilmək məharətidir”. Maks Amsterdam belə deyib.

Bu tələbolunan biznes növü böhran dövründə, həm sahibkarlar, həm də alıcılar üçün xüsusilə aktualdır.

Belə zamanlarda hər bir kəsin bahalı, yeni paltarlar almaq imkanı olmur, ona görə daha ucuz variantlar axtarır.

Siz də adi, uşaq və ya elit komisyon mağazası aça bilərsiniz.

Belə bir ideyanın həyata keçirilməsi üçün investisiyalar da minimal olacaq. Belə ki sənədlərin tərtibinə və otağın icarəsinə müəyyən qədər sərmayə qoymaq lazım gələcək.

Əgər İnstagram-da internet-mağazası yaratsanız, hətta icarə üçün xərclərə də ehtyac qalmaya bilər və ya ilk dövrdə kimlərisə işə götürməyə də lüzum yoxdur. Belə ki, satıcı vəzifəsini sahibkarın özü də yerinə yetirə bilər.

Komisyon mağazasının mənası ondan ibarətdir ki, insanlar öz paltarlarını gətirirlər və öz qiymətlərini qoyurlar, sizdən isə onun satışını həyata keçirmək və öz komissiyanızı götürmək tələb olunur.

İnternet-mağazanı açarkən, sadəcə şəbəkədə satılan mallar haqqında məlumat yerləşdirəcəksiniz və alıcılara satıcının kontaktlarını verəcəksiniz.


4-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email