Startapın müəyyən olunması meyarları təsdiqlənib

posted in: Xəbər | 0

Xüsusi karantin rejiminin sərtləşdirilməsi, fəaliyyətinə icazə verilən sahələr, Komendant saatı, karantin rejimi, karantin rejimində dəyişikliklər, cərimə, Səhiyyə, sığorta haqqı, Sığorta haqqının ümumi məbləğinin hesablanması, Layihələrin maliyyələşdirilməsi qaydası, Rayonlara gediş-gəliş, Layihələrin maliyyələşdirilməsi,Nazirlər Kabineti “Startapın müəyyən olunması meyarları” və “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları”nı təsdiqləyib.

Startapın müəyyən olunması meyarları”na əsasən, meyarlara cavab verən və “Startap” şəhadətnaməsi əldə edən hüquqi və ya fiziki şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan azadolmadan istifadə hüququ qazanır.

Onlar “Startap” şəhadətnaməsi aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə, mikro və ya kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər mənfəət vergisindən, fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxslər gəlir vergisindən – 3 il müddətinə azad edilirlər.

Eyni zamanda Nazirlər Kabinetinin təsdiq etdiyi “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları” innovativ layihələrin, yəni iqtisadi və ya sosial səmərə əldə etmək məqsədilə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin və onların nəticələrinin tətbiqi əsasında yeni və ya təkmilləşdirilmiş mal (iş, xidmət), texnoloji proses yaradılmasına və yerinə yetirilməsinə istiqamətlənmiş fəaliyyətlə bağlı olan layihələrlə əlaqədar ictimaiyyət üçün açıq məlumatların əks olunduğu reyestrinin aparılması qaydasını müəyyən edir.

Reyestrin aparılmasının məqsədi ölkədə mövcud olan innovativ layihələrin mərkəzləşdirilmiş açıq məlumat bazasını yaratmaqla, ictimaiyyətin həmin məlumat bazasından şəffaf, çevik və səmərəli istifadəsinin təmin edilməsidir.

Qeyd edək ki, “Startap” şəhadətnaməsini əldə etmək üçün müraciət edən şəxslərə (ərizəçi) dair meyarlar aşağıdakılardır:

–  mikro və ya kiçik sahibkarlıq subyekti olması;

– orta və (və ya) iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payının 49 faizdən çox olmaması;

– rezident vergi ödəyicisi olması.

Ərizəçilərin təqdim edəcəyi məhsula (xidmətə) dair meyarlar aşağıdakılardır:

–  məhsulun (xidmətin) gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunması;

–  innovativ təşəbbüsə əsaslanan olması:

– mövcud istehsal və ya xidmət proseslərinin yeni formada təşkili ilə əlavə dəyərin yaradılması;

– yeni texnologiyanın tətbiqi ilə əlavə dəyərin formalaşması;

– rəqabətqabiliyyətli olması;

– qısamüddətli (3 ilədək) perspektivdə yaradılan məhsula (xidmətə) olan tələbin əsaslandırılmış formada artımının proqnozlaşdırılması;

– digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməməsi.


“Startapın müəyyən olunması meyarları”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Startapın müəyyən olunması meyarları” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
  3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 29 yanvar 2021-ci il

Yükləyin: Startapların müəyyən olunması meyarları

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin müddəti uzadıldı

posted in: Xəbər | 0

Tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin müddəti uzadıldı

maliyyə dəstəyi, 190 manat, icbari tibbi sığorta, Kommersiya hüquqi şəxslərin təsisçiləri, karantin rejimi sərtləşdirilir, Gələn ilin bayram günləri, Karantin rejiminin müddəti, Malların ixrac qeydi ilə satışı Qaydası, aztəminatlı azərbaycanlılar, sosial yardım, gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi, aqrar sığorta, xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19)
infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 992; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 27 noyabr tarixli 461 nömrəli Qərarı) 2-ci hissəsində “yanvarın 1-dək” sözləri “martın 31-dək” sözləri ilə əvəz edilsin.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 29 yanvar 2021-ci il
№ 19

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avropanın ən nəhəng avia-şirkətlərindən biri iflasa hazırlaşır

posted in: Xəbər | 0

Avropanın ən iri avia-şirkətlərindən biri – Air France – iflas ərəfəsindədir. Bu barədə Fransanın İqtisadiyyat və Maliyyə naziri Bryuno Le Mer BFM Business-ə müsahibəsində bildirib.

O, qeyd edib ki, əgər güclü dövlət dəstəyi almasa, Air France şirkəti müflis olacaq. Nazir hava daşıyıcısının ölkə üçün strateji əhəmiyyətli bir şirkət olduğunu qeyd edib. Fransanın öz hava yolu şirkəti olmalıdır, bu ölkənin suverenliyinin təminatlarından biridir, deyə, Le Mer əlavə edib. Hakimiyyət artıq Air France şirkətinə 2020-ci ildə yeddi milyard avro ayırıb.

Bunun əvəzində şirkət öz rəqabət qabiliyyətini artırmalı, planetin ekologiyasının qorunması üzrə normalara əməl olunmasında lider olmalı, həmçinin davamlı inkişaf prinsiplərinə sadiq aviadaşıyıcılıq nümunəsi olmalıdır. Bundan əvvəl Air France-ın kütləvi ixtisarlara başlamağa hazırlaşdığı məlum olmuşdu.

Yaxın iki il ərzində şirkət təxminən 7,5 min iş yerini ixtisar etməyi planlaşdırır. Bu kimi qeyri-populyar tədbirlərə şirkəti koronavirus pandemiyasının yaratdığı böhranın nəticələri getməyə məcbur edib. Digər bir aviasiya nəhəngi – Almaniyanın Lufthansa şirkəti də, işçiləri kütləvi şəkildə ixtisar etmək məcburiyyətindədir, həmin səbəbdən on minlərlə insan işsiz qala bilər. Şirkətdə hesab edirlər ki, yeni reallıqlarda 26 minə yaxın iş yeri artıq görünür.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Davos Dünya İqtisadi Forumu ekspertləri dünya risklərini hesablayıblar

posted in: Xəbər | 0

DİF-in (Davos dünya iqtisadi forumu) ekspertləri dünya risklərini hesablayıblar.

Pandemiyanın aradan qaldırılmasından sonra – perspektivdə üç-beş il ərzində dünya iqtisadiyyatı, monetar yumşalma siyasəti səbəbindən hazırda aktivlər bazarında formalaşmış qovuqcuğun “partlaması” ilə xammal bazarlarında borc böhranı və şoklarla üzləşə bilər. Bu barədə Davosda dünya iqtisadi forumunun (DİF) hazırladığı qlobal risklər haqqında məruzədə deyilir. Daha uzaq perspektivdə (beş-on il) ekspertlərin fikrincə, əsas risklər geosiyasətlə və yeni texnologiyaların tətbiqinin mənfi nəticələri ilə bağlı olacaq.

Ətraf mühitlə bağlı infeksion xəstəliklər, iqlim dəyişikliyi və digər problemlər (biomüxtəlifliyin azalmasından təbii resursların böhranına qədər) yaxın on il üçün ən əhəmiyyətli risklərdir, deyə Davos dünya iqtisadi forumunun ekspertləri tərəfindən hazırlanmış məruzədə bildirilir. Qlobal risklərin bu qiymətləndirilməsi 650 ekspert sorğusu əsasında formalaşır. Qeyd edək ki, pandemiya hələ 2006-cı ildə ciddi risklərdən biri kimi daxil edilib.

Rəyi soruşulan ekspertlər rəqəmsal resursların konsentrasiyasının artması, ölkələr arasında rəqabətin gücləndirilməsi (bu, əlaqələrin zəifləməsinə gətirib çıxarır), rəqəmsal bərabərsizlik, kiberhücumların və pandemiyanın müxtəlif sosial nəticələrinin artması risklərini daha az əhəmiyyətli, həm də çox ehtimal olunanı hesab ediblər. Bu hesabatın əvvəlki dörd versiyasında DİF ekspertləri ekstremal təbii hadisələri daha çox ehtimal olunan risk adlandırırdılar.

Yaxın iki ilin əsas risklərinə gəlincə, bu, infeksion xəstəliklər və işsizliyin artması, eyni ekstremal hava şəraiti, kiberhücumlar, rəqəmsal bərabərsizlik və iqtisadiyyatların davamlı durğunluqlarıdır. (Gözlənilir ki, dünyanın cəmi 28 ölkəsi ilin yekunlarına görə artım göstərəcək).

Mütəxəssislər, məhdudiyyətlər səbəbindən işgüzar aktivliyin kəskin azalması ilə məşğulluğun azalması, bərabərsizliyin vəziyyəti daha da ağırlaşdırdığı barədə xəbərdarlıq edirlər. Hesabat müəllifləri hesab edirlər ki, əhalinin bir hissəsində lazımi bacarıqların olmaması səbəbindən rəqəmsal texnologiyaların avtomatlaşdırılması və populyarlığının artması da bərabərsizliyin artmasına gətirib çıxarır.

Bir az daha uzaq perspektivdə – üç-beş il ərzində – aktivlər bazarında (onların dəyəri indi monetar yumşalma siyasəti tərəfindən dəstəklənir) qovuqcuğun “partlaması”, İT infrastrukturunun çöküşünü, qiymət dəyişkənliyini, əmtəə bazarlarındakı şokları və borc böhranını əhatə edə bilər. Bundan başqa, geosiyasi gərginlik davam edəcək, həmçinin kiberhücumlardan müdafiə sahəsində uğursuzluqlar və rəqəmsallaşdırma ilə bağlı risklərin yaranması gözlənilir.

Beş-on il ərzində üfüqdə Davos dünya iqtisadi forumu ekspertlərinin müəyyən etdiyi əsas risklər bunlar ola bilər:
  • kütləvi qırğın silahının mövcudluğu;
  • dövlətlərin məhvi;
  • biomüxtəlifliyin azalması;
  • müasir texnologiyaların tətbiqinin mənfi nəticələri;
  • təbii ehtiyatlar böhranı;
  • sosial təminat kollapsı;
  • sənayedə azalma;
  • iqlim dəyişikliyinə qarşı mübarizənin uğursuzluğu;
  • elmi nailiyyətlərə qarşı hərəkatın ortaya çıxması;

DİF – də qeyd edirlər ki, gənc nəsil həm iqtisadi, həm də psixoloji baxımdan xüsusi risklərlə üzləşəcək: indi təhsili bitirənlər və əmək bazarına daxil olanlar. Əgər onlar yeni imkanlara çıxış əldə etməsələr, cəmiyyət “illüziyaların itirilməsi” və hazırkı iqtisadi və siyasi dünya nizamına inamın itirilməsini gözləyirlər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun