Müasir mühasibat uçotunun 5 mühüm prinsipi

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Müasir mühasibat uçotu

  • Gəlir prinsipi

Bu prinsip mühasiblərin əməliyyatı kitablarda gəlir kimi yaza biləcəyi anı müəyyənləşdirir. Gəlir prinsipi, istənilən bir müəssisə üçün gəlirin satış nöqtəsində əldə edildiyini və qeyd olunduğunu bildirir. Bu, o deməkdir ki, gəlir satıcının sövdələşmə üçün nağd pul qəbul etdiyi anda deyil, alıcı satılmış mala və ya göstərilən xidmətə qanuni sahibliyə daxil olduğu zaman yaranır. Bu konsepsiyanı bəzi hallarda “gəlirin tanınması prinsipi” də adlandırırlar.

  • Xərclər prinsipi

Bu prinsip mühasibin əməliyyatı mühasibat kitablarında xərc kimi qeydiyyatdan keçirə biləcəyi zaman anını müəyyənləşdirir. Xərclər prinsipi və ya xərclərin tanınması prinsipi, xərclərin bir müəssisənin başqa bir müəssisədən mal və ya xidmətlər qəbul etdiyi anda meydana gəldiyini bildirir. Əslində bu, müəssisənin əməliyyatı nə vaxt hesaba qoymasından və ya ödəməsindən asılı olmayaraq, bir məhsulun alınması və ya xidmət göstərilməsində məsrəflərin meydana çıxması deməkdir.

  • Uyğunluq prinsipi

Uyğunluq prinsipi, hər bir gəlir maddəsini, xərc maddəsi ilə müqayisə etməli olduğunuzu bildirir. Məsələn, əgər siz tako (ənənəvi Meksika mətbəxi yeməyi) satırsınızsa, müştərinin həmin yeməyi aldığı anda onun qabığının, içinə qoyulan ət və digər inqrediyentlərin doldurulma xərclərini hesablaya bilərsiniz. Başqa sözlə desək, siz takoya çəkilən xərcləri belə bir satışdan əldə edilən gəlirlə müqayisə edirsiniz. Müəssisə gəlirin, xərclərin və uyğunluğun uçotu prinsiplərini praktikada tətbiq etdikdə, hesablama metodu ilə işləyir.

  • Məsrəflər prinsipi

Məsrəflər prinsipi deyir ki, siz mühasibat kitablarında məhsulun satış dəyərindən deyil, tarixi dəyərindən istifadə etməlisiniz. Məsələn, əgər sizin biznesiniz daşınmaz əmlak və ya nəqliyyat vasitələri kimi mülkiyyətdən ibarətdirsə, onlar daşınmaz əmlakın cari ədalətli bazar dəyəri kimi deyil, tarixi daşınmaz əmlak xərcləri kimi siyahıya alınmalıdırlar.

  • Obyektivlik prinsipi

Obyektivlik prinsipi deyir ki, yalnız dəyərlərin subyektiv ölçüsündən deyil, kitablarda faktiki, yoxlanıla bilən məlumatlardan istifadə etməlisiniz. Hətta, əgər subyektiv məlumatların yoxlanıla bilən məlumatlardan daha yaxşı olduğu görünsə belə, siz hər zaman təsdiq edilə bilən məlumatlardan istifadə etməlisiniz.


Bax: Bazar strukturunun növləri


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotu orta əsrlər dövründə (I hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu orta əsrlər dövründə (I hissə)

inventarlaşdırma,Mühasibat uçotu,Antik dünya əzablar içində ölürdü. Yazıçı Zamyatinin sözlərinə görə, “bütün Avropada bir narahatlıq var idi, bu havanın özündə də var idi, hamı onunla nəfəs alırdı. Hamı müharibələr, üsyanlar, fəlakətlər gözləyirdi. Heç kim yeni müəssisələrə pul yatırmaq istəmirdi. İşsizlər kütləsi küçələrdə dolaşır və çörək tələb edirdilər. Çörək hər gün bahalaşırdı, pullar isə gündəlik olaraq dəyərdən düşürdü”.

O vaxt heç kim bilmirdi ki, eyni zamanda yeni bir dünya, orta əsrlər doğulurdu. Məhz, o, müasir mühasibatlıq toxumlarını səpməyə başlamışdı.

Uçotun formalaşması inventarlaşdırmanın müxtəlif növlərindən inkişaf etməyə başlamışdı. Klassik inventarlaşdırmanın nümunəsi VIII əsrin sonu, IX əsrin əvvəlləri ilə əlaqədar olan Böyük Karlın kapitulyarilərini hesab etmək olardı. Onda mülk müdirlərinin kənd təsərrüfatı qeydlərini necə aparacağına dair təlimat var idi.  Digər göstərişlərlə yanaşı kapitulyaridə  ildə bir dəfə, Yeni il ərəfəsində gəlirlər barədə hesabat vermək, mülkiyyətçiyə pulların verilməsi qaydaları, xərclərin iki növ üzrə uçotunun aparılması: sahibkarın xərcləri və təsərrüfatın xərcləri barədə göstərişlər var idi.

Orada həmçinin xüsusi olaraq qeyd edilmişdi ki, qalıqlar ayrıca siyahıda qeydə alınmalıdır və onların hesablanması dəyərlərin növləri üzrə həyata keçirilməlidir. Bir maraqlı detal diqqəti cəlb edir: məsrəflərlə bağlı əməliyyatları bir adam, gəlirləri ikinci bir şəxs, qalıqların çıxarılmasını isə üçüncü adam yerinə yetirirdi. Bu o zamanların tipik nəzarət üsulu idi. Mülkiyyətçidən başqa heç kim (və çox vaxt elə üçüncü şəxs, məhz mülkiyyətçinin özü olurdu) işlərin həqiqi vəziyyətini bilməməli idi.

Orta əsrlərdə satıcı və alıcılar arasında münasibət, üzərində müvafiq ödəniş ölçüsünə uyğun kəsik olan birka – lövhəcik vasitəsilə qurulurdu. Sonra həmin birka tən ortadan bölünür və bir parçası satanda (“mədaxil orderi”), ikinci payı isə ödəniş edərək alanda (“qəbz”) qalırdı. Birka parçalarını yanbayan qoymaqla qeydin düzgünlüyünə əmin olmaq mümkün idi. Əgər kəsiklər uyğun gəlirdisə, deməli, qeyd həqiqi idi. Birkalar “veksellər”, “çeklər” kimi sərbəst dövriyyədə idi və nağd pulları əvəz edirdi. Elə də olurdu ki, birkanın bir yarısının sahibi özündən əlavə kəsik cızmağa meyillənirdi, lakin, bunun üstü çox tez açılırdı.

Birka uçotu uzun müddət müxtəlif ölkələrdə geniş yayılmışdı. Məsələn, İngiltərədə o, XIX əsrin əvvəllərinə kimi mövcud olmuşdu.

XIII ərdə Qərbi Avropada kassa əməliyyatlarının maraqlı uçot sistemi meydana gəlmişdi. Məsələn, Roma papası III Nikolayın (XIII əsr) xəzinədarlığının kassa kitabını nümunə gətirək. Onun ilk yarısında gəlirlər, qalan yarısında isə xərclərin uçotu aparılırdı. XV-XVI əsrlərdə papa xəzinədarlarının kassa kitabları pul uçotu sistemi ilə bağlı təsəvür yaradır. Hər bir mədaxil qeydində müddət, sözlə və rəqəmlə yazılmış məbləğ, ödənişin əsası və pulun kimdən gəldiyi göstərilirdi.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bazar strukturunun növləri

posted in: Məqalə, Xəbər | 0

Bazarda rəqabətin xarakterindəki fərqlər bu sahədə fəaliyyət göstərən firmaların ölçülərinə və sayına görə bir-birindən fərqlənən müxtəlif bazar strukturlarının mövcudluğuna, yeni firmaların bazara daxil olma və çıxma imkanlarına, həmin firmaların istehsal etdiyi məhsulların xarakterinə, həmçinin düzgün iqtisadi qərarların qəbul edilməsi üçün zəruri olan informasiyaların əlçatanlığına bağlıdır.

Bazar mexanizmi aşağıdakı əlamətlərlə səciyyələnən azad (mükəmməl rəqabət) şəraitdə maksimal effektiv fəaliyyət göstərir:
  • satıcı və alıcı çoxluğu;
  • bazara giriş və çıxış üçün maneələrin olmaması;
  • istehsal amillərinin yüksək mobilliyi;
  • bütün bazar iştirakçılarının informasiyaya bərabər çıxışı;
  • satılan məhsulların vahidliyi (standart).

Beləliklə, mükəmməl rəqabət şəraitində, həm satış, həm də alış-verişdə bütün iştirakçıların payı əhəmiyyətsizdir. Buna görə nə satıcılar, nə də alıcılar müstəqil olaraq bazar qiymətinə təsir edə bilmirlər.

Təcrübədə mükəmməl rəqabət heç vaxt heç bir yerdə saf şəkildə mövcud olmamışdır. Yalnız bəzi bazarlar öz xüsusiyyətlərinə görə mükəmməl rəqabət şəraitinə yaxınlaşa bilər (məsələn, taxıl bazarı). Mükəmməl rəqabət müəyyən bir elmi abstraksiya kimi qiymətləndirilə bilər. Bazar mexanizmi prinsiplərini aydınlaşdırmaq üçün hələlik inkaredilməz olan təhlilə ehtiyac var.

Yuxarıda göstərilən mükəmməl rəqabət əlamətlərindən heç biri olmadıqda, bazar quruluşu mükəmməl olmayan rəqabət formasını alır. Qüsurlu rəqabətin üç əsas növü var:

  • firma və sənayenin sərhədləri üst-üstə düşdüyü halda, məhsul və ya xidmətin yeganə satıcısı olan bir firmanın bazarda olması ilə xarakterizə olunan təmiz inhisar;
  • sənayedə az sayda firma ilə xarakterizə olunan oligopoliya;
  • fərqli məhsullar istehsal edən kifayət qədər çox sayda firmanın olması ilə xarakterizə olunan inhisarçı rəqabət.

Bazar quruluşunun növündən asılı olmayaraq aşağıdakı xüsusiyyəti vurğulamaq lazımdır, onların səmərəli fəaliyyət göstərməsinin əsas şərti iqtisadi agentlərin müstəqilliyi, yəni, başqa sözlə, iqtisadi azadlıq.


Bax: Mühasibin həyatında statistikanın rolu


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi Məcəlləsinə dəyişikliklər I oxunuşda təsdiqləndi

posted in: Xəbər | 0

Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Milli Məclisin 1 fevral tarixində keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsi barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Komitə sədri vurğulayıb ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin əsas istiqaməti ƏDV-dən müvəqqəti azad olması nəzərdə tutulmuş bir sıra mallar (işlər, xidmətlər) üzrə müddətin uzadılmasıdır. Aksizli mallar üzərində həyata keçirilən aksiz siyasətinin davam etdirilməsi məqsədilə aksizə cəlb olunan məhsullar və aksizli malların dərəcələri ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunub. Eyni zamanda ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, heyvandarlıq və quşçuluq sənayesinin inkişaf etdirilməsi və xüsusi təhlükəli xəstəliklərin yarada biləcəyi problemlərin qarşısının alınması, zərgərlik fəaliyyətinin inkişafı məqsədilə bir sıra məhsullar üzrə ƏDV-dən azadolma müddətinin uzadılması zərurəti yaranıb.

Dəyişikliklə Azərbaycanda bir neçə mala aksiz dərəcələri tətbiq ediləcək.

Bunlar aşağıdakılardır:

– Qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – hər kiloqramına 30,0 manat;

– Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 12,9 manat.

Digər bir dəyişikliklə isə ödəmə qabiliyyətini itirmiş bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi daha 2 il müddətinə ƏDV-dən azad edilir.

Məcəlləyə başqa dəyişikliklə isə qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 3 il müddətində vergidən azad olunacaq.

Bundan əlavə, Azərbaycanda külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı vergidən azad olunacaq.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun