Ezamiyyə xərclərinin normalarına dair dəyişikliklər təsdiq edildi

posted in: Xəbər | 0

Ezamiyyə xərclərinin normalarına dair dəyişikliklər təsdiq edildi

maliyyə dəstəyi, 190 manat, icbari tibbi sığorta, Kommersiya hüquqi şəxslərin təsisçiləri, karantin rejimi sərtləşdirilir, Gələn ilin bayram günləri, Karantin rejiminin müddəti, Malların ixrac qeydi ilə satışı Qaydası, aztəminatlı azərbaycanlılar, sosial yardım, gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi, aqrar sığorta, xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi
“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:

1. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44, № 6, maddə 589, № 12, maddə 1118; 2011, № 1, maddə 66, № 9, maddə 854; 2013, № 2, maddə 197, № 10, maddə 1222; 2015, № 8, maddə 962; 2018, № 3, maddə 592, № 6, maddə 1368; 2019, № 4, maddə 786) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-1-ci hissə ləğv edilsin;

1.2. aşağıdakı redaksiyada 7-1-ci hissə əlavə edilsin:

“7-1. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, digər dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, ezamiyyələrin həyata keçirilməsini dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin etsinlər.”.

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək kitabçaları ləğv olunacaq

posted in: Xəbər | 1

əmək kitabçaları“2020-ci ildə “Əmək münasibətləri və məşğulluq” altsistemi – ƏMAS adlı vahid əmək münasibətləri platformasının yaradılmasına başladıq”.

Bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında bildirib.

M.Abbasbəyli bildirib ki, bu sistem ölkənin həm əmək qanunvericiliyinin, həm məşğulluq siyasətinin, eyni zamanda kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına gətirib çıxaracaq:“Bu sistem bizə imkan verəcək ki, mərhələli şəkildə kağız əmək müqavilələrini ləğv edək, eyni zamanda əmək kitabçalarının dövriyyədən çıxarılmasını həyata keçirək. Bundan əlavə ezamiyyə vərəqələrini, kağız üzərində əmirləri, ştat cədvəllərini, digər kağız daşıyıcılarını ləğv edərək elektron müstəviyə çəkməyi nəzərdə tuturuq”.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müxtəlif ölkələrdə pensiya təminatı (II hissə)

posted in: Xəbər | 0

Pensiya təminatı (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

1959-cu ildən İsveçdə xidmət illərinə görə pensiya tətbiq olunub. Bu növ pensiya üçün sığorta məcburidir və kiçik sahibkarlar da daxil olmaqla bütün iqtisadi subyektlərə aiddir. Bu pensiyanı almaq üçün 30 illik əmək stajı tələb olunur. Eləcə də xidməti illərə görə pensiyanı vaxtında almaq hüququna 65 yaşına çatan şəxslər malikdirlər. Bu pensiya ödənişlərinin məbləği onun alıcısının gəlirindən asılıdır, bu da əmək fəaliyyətinin son üç ili ərzində hesablanmış baza məbləğindən çox olmalıdır. Pensiyanın müəyyən edilməsində xüsusi əmsal sistemindən istifadə olunur. Lakin prinsipcə əmək haqqı ən böyük olduğu 15 il üçün orta gəlirin (30 ildə əmək stajından) təxminən 30%-nə bərabərdir.

Rusiyada pensiya sığortasına bir neçə növ pensiya daxildir: sosial (minimum), əmək və qeyri-dövlət.

Son onilliklərdə pensiya sığortası probleminə böyük diqqət yetirilir. Bir çox Qərb ölkəsində mövcud sistem işləyən əhalinin üzərinə böyük bir yük qoyur. Orta ömür uzunluğunun artması və aşağı doğum nisbəti, əhalinin ümumi sayında pensiyaçıların payının artmasına gətirib çıxarır.

Professor R. Dornbuş (ABŞ) hesab edir ki, mövcud səhiyyə sistemi –  gec partlayan minadır.  Əhali artımının mənfi olduğu İtaliya, Almaniya, İspaniyada mövcud pensiya qanunvericiliyi hədsiz hesab oluna bilər. Yaponiya, Rusiya və digər ölkələrdə də eyni vəziyyət yaşanır. Pensiya sisteminin ümumiyyətlə olmadığı ölkələrdə (məsələn, Çin) isə vəziyyət daha yaxşıdır. Dövlətlər, əhalinin yaşlanması səbəbi ilə ortaya çıxan pensiya sistemindəki böhranın qarşısını almaq məcburiyyətindədirlər. Problemin həlli aşağıdakı istiqamətlər üzrə mümkündür:

  • pensiya yaşının artırılması;
  • özəl pensiya sığortası sisteminin inkişafı;
  • yeni iş yerlərinin yaradılması və vergi ödəyicilərinin sayının artırılmasının təşviqi;
  • gənc nəslin (gələcək vergi ödəyicilərinin) sağlamlığına qayğı və s.

Pensiya xərcləri dövlətin sosial xərclərinin ən vacib hissəsini təşkil edir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (8-ci hissə)

posted in: Xəbər | 0

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (8-ci hissə)

7-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Mühasib köməkçisi, mühasib, vakansiya, Əmək məzuniyyəti, əlavə məzuniyyət,
Hamiləliyə görə qismən ödənişli məzuniyyət hüququ

Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir.

Bu 56 günlük məzuniyyət müddətinə xanımın doğuşu çətin olduqda və 2 və çox uşağı dünyaya gətirdikdə 14 günlük müddət də əlavə edilir.

Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi

Məlum olduğu kimi iş ili başa çatanadək işçi məzuniyyət hüququndan istifadə etməlidir. Əgər işçi məzuniyyət hüququndan istifadə etməzsə, onda işçinin həmin iş ili üzrə müəyyən edilmiş məzuniyyət müddətini növbəti iş ilinə birləşdirərək birlikdə cəmlənmiş məzuniyyət götürə bilər.

Belə olduğu təqdirdə işəgötürənin mütləq təşəbbüsü, işçinin isə razılığı olmalıdır ki, bitmiş iş ilinin məzuniyyəti növbəti iş ili ilə birləşdirilsin.

Əgər işçi növbəti iş ilinin məzuniyyəti ilə əvvəlki iş ilinin məzuniyyətini birləşdirmək istəməzsə, belə olduğu təqdirdə işçiyə mütləq kompensasiya ödənilməlidir. Onu da xatırladaq ki, işəgötürən kompensasiya ödənişindən imtina etdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada cərimələnə bilər.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

9-cu hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun