Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (9-cu hissə)
Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (9-cu hissə)
Əmək Məzuniyyəti üçün ərizə nə vaxt yazılmalıdır?
Məcəlləyə görə məzuniyyət əmri işçi məzuniyyətə çıxmazdan 5 gün əvvəl verilməli və işçi bu əmrlə tanış edilməli olduğu üçün məqsədəuyğundur ki, məzuniyyətə çıxma barədə ərizə məzuniyyətə çıxmazdan azı 6 gün əvvəl verilsin. Onu da nəzərə almaq olar ki, bu günlər təqvim günləri qismində hesablanır.
Məzuniyyət haqqı nə vaxt ödənilməlidir?
Qanunvericiliyə görə işçiyə məzuniyyətə çıxmazdan 3 gün əvvəl artıq məzuniyyət haqqı ödənilmiş olmalıdır. Əgər bu müddət ərzində işçiyə məzuniyyət haqqı ödənilməz və məzuniyyət başlananda ödənilmiş olarsa, bu halda işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı məzuniyyət haqqının ödənilmə vaxtı olaraq hesablana bilər.
Müəllif: Şəhriyar Həbilov / Praktiki Hüquqşünas


Rusiyada verilən istehlak kreditlərinin həcmi 2020-ci ilin dekabr ayında 516 milyard rublu (7 milyard 10 milyon ABŞ dolları) aşıb ki, bu da bütün müşahidə tarixi ərzində rekord göstərici olub. Bu göstərici ildə 4 faiz artmışdır. Bu barədə Birləşmiş kredit bürosuna istinadən “Kommersant” nəşri yazıb.
PSA Group (Peugeot-Citroen) və Fiat Chrysler Automobiles (FGA) avtomobil istehsalçıları birləşmə əməliyyatını tamamlayıblar. Nəticədə dünyada ən nəhəng avtomobil istehsalçılarından biri – Stellantis NV peyda olub.
Çində aktivlərin idarə olunması üzrə dövlətə məxsus China Huarong Asset Management Co şirkətinin keçmiş sədri Lay Syaomin, korrupsiya, mənimsəmə və çoxarvadlığa görə edam edilib. Bu haqda ÇXR-in Mərkəzi televiziyası xəbər verib.