Rusiyada neft sektoruna tətbiq olunan bir sıra vergi güzəştləri ləğv edilib

posted in: Vergi, Xəbər | 0

vergi qanunu, minimum maaş, yoxsulluq həddi, bank əmanətləri, itki, Rusiya iqtisadiyyatının itkiləri,2021-ci il yanvarın 1-dən qüvvəyə minmiş qanuna əsasən neft sektorunda fəaliyyət göstərən şirkətlərin faydalı qazıntıların çıxarılması vergisi üzrə, eləcə də neft hasilatı texnologiyası ilə bağlı ixrac rüsumu üzrə subsidiyalaşdırılması dayandırılıb.

Rusiyada neft sektorunda ciddi vergi islahatlarının aparılmasına 2020-ci ilin payızında başlanmışdı. Neftin qiymətinin aşağı düşməsi və büdcə daxilolmalarının kəskin şəkildə azalması fonunda hökumət bir sıra vergi güzəştlərini ləğv etmək məcburiyyətində idi. Maliyyə Naziri Anton Siluanov neft sektorunda bəzi stimullaşdırıcı tədbirlərin səmərəsiz olduğunu bəyan etmişdi.

Bu güzəştlərin ləğvindən 2021-2023-cü illərdə dövlət büdcəsinə 308,1 milyard rubl (7 milyard manat) əlavə vəsaitin daxil olacağı gözlənilir.

Şirkətlərə güzəştlərin ləğv olunduğu yataqları əlavə gəlir vergisi rejiminə keçirməyə icazə verilir. Əlavə gəlir vergisi layihəsi neft şirkətlərini stimullaşdırmaq üçün nəzərdə tutulub. Bu dəyişiklik sayəsində dövlət büdcəsinə neftdən daxil olan vəsaitlərin üç il müddətində 200 milyard rubl (4,55 milyard manat) artacağı proqnozlaşdırılır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi Xidməti DTA-03 və DTA-05 ərizə formaları ilə bağlı izahedici mövqe hazırlayıb

posted in: Vergi, Xəbər | 0

Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıDövlət Vergi Xidməti vergi ödəyicilərindən daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”na uyğun olaraq müraciət edilən DTA-03 və DTA-05 ərizə formaları və onlara əlavə olaraq təqdim olunan sənədlərlə bağlı izahedici mövqe hazırlayıb.

Xidmətdən bildirilib ki, izahedici mövqe bu formaların təqdim olunması ilə bağlı yaranan suallara aydınlıq gətirir.

Vergiödəyiciləri məlumatla ətraflı şəkildə bu linkdə tanış ola bilərlər: https://www.taxes.gov.az/uploads/2017/be

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək müqaviləsinə tərəflərin razılığı ilə xitam verilməsi

posted in: Xəbər | 0

əmək müqaviləsi, Əmək müqaviləsinə xitam, Praktikada az rast gəlinən, amma çoxlarını maraqlandıran məsələlərdən biri əmək müqaviləsinə tərəflərin razılığı ilə xitam verilməsidir.

Sərbəst auditor Altay Cəfərov bu məsələ ilə bağlı aşağıdakı sualların ortaya çıxdığını vurğulayır:

– Tərəflərin qarşılıqlı razılığı dedikdə nə başa düşülür?

– Xitamla bağlı qarşılıqlı razılıqlar ilkin əmək müqaviləsinə mütləq daxil edilməlidirmi?

– Bununla bağlı əmək müqaviləsində dəyişiklik edilməlidirmi?

Bu sualların cavabını Əmək Məcəlləsində axtarmaq lazım gəlir. Məcəllənin 75-ci maddəsində yazılıb:

Maddə 75. Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi

  1. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.
  2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər:

a) tərəflərin qarşılıqlı razılığı;

b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə;

c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda;

ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə;

d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar.

Burada ən çox maraq və sual doğuran 75.2(a) bəndidir.

Sual: İşəgötürən və işçi öz aralarında razılaşmaqla əmək müqaviləsini müddətindən asılı olmayaraq ləğv edə bilərmi?

Müqavilədə əvvəldən nəzərdə tutulub-tutulmamasından aslı olmayaraq, tərəflər əlavə razılaşma imzalalaqla 75.2.(a) bəndinə əsasən müqaviləyə xitam verə bilərlər.

Sual: Bu hal Məcəllənin 75.1.-ci maddəsinə zidd deyilmi?

75.1.-ci maddə Məcəllədə nəzərdə tutulan hallardan başqa digər halların olmasına aiddir. Əmək müqaviləsi bağlananda müqavilədə əlavə xitam hallarını nəzərdə tutmaq olar. Bu məqam ilkin müqavilədə nəzərdə tutulmadıqda isə müqaviləyə əlavələr etmək olar. Buna Əmək Məcəlləsinin 46-cı maddsinin tələblərinə əsasən yol verilir:

Maddə 46. Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası

6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.

Burada aydın qeyd olunub ki, əmək müqaviləsi bağlanılır, bildiriş sisteminə daxil olunur və qüvvəyə minir. Lakin bu o demək deyildir ki, müqavilə ilkin variantda olduğu kimi qalmalıdır. Tərəflərin razılaşmasına əsasən istənilən vaxt əmək müqaviləsinin istənilən maddəsinə dəyişiklik, əlavə etmək olar. Odur ki, istənilən halda tərəflərin razılığına əsasən müqaviləyə xitam verilməsi 75.1-ci maddə ilə ziddiyyət təşkil etmir.

Sual: Xitam razılaşmasında əlavə təminatlar nəzərdə tutula bilərmi?

Adətən, praktikada işçilərin işdən azad olunması ya işçinin, ya da işəgötürənin təşəbbüsü ilə olur ki, bunun icra mexanizmi üçün vaxt prosedurları mövcuddur. Amma müqaviləyə hər iki tərəfin razılığı ilə xitam verildiklə işçiyə əlavə təminatlar verilə bilər. Bu isə bu işçi və işəgötürən arasındakı razılaşmadan asılıdır.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək müqaviləsinə xitam verilərkən nələrə diqqət yetirilməlidir?

posted in: Xəbər | 0

Əmək müqaviləsinə xitam verilməsi

İşçilərin isdən azad olunmasının rəsmiləşdirməsində müəyyən qanun pozuntularına və ya qaydalara riayət edilməməsinə rast gəlinir. Bu məsələ ilə bağlı meydana gələn suallara auditor Altay Cəfərov aydınlıq gətirir.

Sual 1: Əmək müqaviləsini bir neçə əsasla ləğv etmək olarmı?

Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən:

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər;

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

Deməli, işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün bir neçə səbəb olarsa, müqaviləyə bunun ancaq biri ilə xitam verilməlidir. Məsələn, işçinin əmək müqaviləsinin müddətinin qurtarmağı ilə onun öz xahişinə əsasən işdən azad olunması tarixləri üst-üstə düşərsə, o zaman müqaviləyə Əmək Məcəlləsinin 69.1-ci və ya 68.2 (b) maddələri ilə xitam verilməlidir.

Sual 2: Əmək müqaviləsinə Əmək Məcəlləsində olmayan xitam səbəblərindən başqa səbəblə xitam vermək olarmı?

Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmayan, qanunvericliyə zidd olmayan, amma əmək müqaviləsində qeyd edilmiş əsaslarla işçini işdən azad etmək olar. Burada əsas məqam odur ki, müqavilə bağlayanda və sonradan xitam səbəblərinə xüsusi diqqət yetirilməlidir. Yəni bu səbəblər Məcəllədə olmaya bilər, ancaq qanunveciliyə zidd olmalı deyil.

Sual 3: “Qanunvericiliyə zidd” dedikdə nə başa düşülür?

Bu ifadə ümumi anlayışdır. Əsas məqam kimi əmək münasibətlərinə aid olan digər normativ aktların tələblərinə zidd olmaması nəzərdə tutulur. Yəni işçi ilə işəgötürən arasında əsas münasibətlər əmək müqaviləsinə görə tənzimlənir və əmək münasibətləri də əmək qanunvericiliyinə aid olan normativ aktlarla müəyyənləşdirilir.

Sual 4: Əmr verilmədən müqaviləni xitam etmək olarmı?

Əmək Məcəlləsinin 76-cı maddəsinin ikinci cümləsində belə bir ifadə qeyd edilib: “…… habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.” Məcəllədə müyyənləşdirilmiş əsas qaydalardan biri əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmrin (sərəncamın, qərarın) verilməsinin vacibliyidir.

Sual 5: Bildiriş sisteminə birbaşa xitam məlumatlarını daxil etməklə əmək müqaviləsinə xitam vermək olarmı?
Belə bir rəsmiləşdirmə qaydalara tam ziddir. Bəzən belə düşünürlər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqaviləsi bildiriş sisteminə məlumatların, həmçinin xitam məlumatlarının daxil edilməsi ilə birbaşa əmək müqaviləsinə xitam verilməsi tam qanuna uyğundur. Nəzərinizə çatdırım ki, bildirişin əldə olunması əmək müqaviləsi ilə bağlı bir çox hüquqların qüvvəyə minməsini təsdiqləyən addımdır.Yəni bildiriş olmadan bildirişə aid əmək münasibətlərinin hüquqi qüvvəsi yoxdur. Amma bildirişə kimi Əmək Məcəlləsinin digər tələbləri vardir ki, onlarsız həmin bildirişin özünün də hüquqi qüvvəsi olmur. Odur ki, xitam bildirişinədək yuxarıda qeyd edilmiş xitam səbəbləri olmalıdır. Bununla bağlı müvafiq ilkin sənədləşmələr aparılmalı, əmr (sərəncam, qərar) imzalanmalı və bundan sonra xitam ƏƏSMN-in bildiriş sisteminə daxil edilməlidir.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun