İllər üzrə minimum əmək haqqı, yaşayış minimumu və ehtiyac meyarı

posted in: Xəbər | 0

ödənişli məzuniyyətlər, təhsil, Əmək pensiyaları, Əmək pensiyalarının hesablanması, Əmək məzuniyyəti, vergi öhdəlikləri, Bina tikintisi, aktivlər, əmlak, Mühasib, vakansiya,Azərbaycan Respublikası qanunvericiliyində minimum əmək haqqı, yaşayış minimumu və ehtiyac meyarı məbləğləri hər il üçün mühüm əhəmiyyət kəsb edir və özü-özlüyündə bir çox münasibətlərin tənzimlənməsində tətbiq edilir. Bu səbəbdən də bu məbləğlərin tətbiq edilmə müddətləri və artım ardıcıllığına diqqət yetirməyi vacib hesab edirik.

Minimum əmək haqqının 2004-cü ildən indiyə kimi olan artım tempini təqdim edirik.

– 2004-cü il iyulun 1-dən 100000 manat (yeni məzənnə ilə 20 AZN)

– 2005-ci il yanvarın 1-dən 125000 manat (yeni məzənnə ilə 25 AZN)

– 2007-ci il fevralın 1-dən 50 manat

– 2008-ci il sentyabrın 1-dən 25 faiz artırılaraq 75 manat

– 2010-cu il sentyabrın 1-dən 85 manat

– 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat

– 2013-cü il sentyabrın 1-dən 105 manat

– 2017-ci il yanvarın 1-dən 116 manat

– 2018-ci il yanvarın 1-dən 130 manat

– 2019-cu il martın 1-dən 180 manat

– 2019-cu il sentyabrın 1-dən 250 manat

Ehtiyac meyarının 2007-ci ildən indiyə kimi olan artım tempini təqdim edirik. (ehtiyac meyarı ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulur.)

– 2007-ci il üçün ehtiyac meyarının həddi 2007-ci il yanvarın 1-dən — 35 manat, 2007-ci il iyulun 1-dən — 40 manat

– 2008-ci il üçün ehtiyac meyarının həddi 2008-ci il yanvar ayının 1-dən 45 manat, 2008-ci il iyul ayının 1-dən 55 manat

– 2009-cu il üçün ehtiyac meyarının həddi 60 manat

– 2010-cu il üçün ehtiyac meyarının həddi 65 manat

– 2011-ci il üçün ehtiyac meyarının həddi 75 manat

– 2012-ci il üçün ehtiyac meyarının həddi 84 manat

– 2013-cü il üçün ehtiyac meyarının həddi 93 manat

– 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat

– 2015-ci il üçün ehtiyac meyarının həddi 105 manat

– 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat

– 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat

– 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat

– 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat

– 2020-ci il üçün ehtiyac meyarının həddi 170 manat

– 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat

Yaşayış minimumunun 2007-ci ildən indiyə kimi olan artım tempini təqdim edirik.

(Yaşayış minimumu aztəminatlı ailələrin rifahının yüksəldilməsi konsepsiyasının və Dövlət Proqramlarının hazırlanmasında və digər hallarda tətbiq edilir.)

– 2007-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla — 64 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün — 70 manat, pensiyaçılar üçün — 49,7 manat, uşaqlar üçün — 52,4 manat məbləğində müəyyən edilsin.

– 2008-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla 70 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 79 manat, pensiyaçılar üçün 55 manat, uşaqlar üçün 59 manat

– 2009-cu il üçün yaşayış minimumu ölkə üzrə 84 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 92 manat, pensiyaçılar üçün 65 manat, uşaqlar üçün 69 manat

– 2010-cu il üçün yaşayış minimumu ölkə üzrə 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat

– 2011-ci il üçün yaşayış minimumu ölkə üzrə 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat

– 2012-ci il üçün yaşayış minimumu ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat

– 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat

– 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat

– 2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat

– 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat

– 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat

– 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat

– 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat

– 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat

– 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax: 2021-ci il üçün Əmək Haqqı Cədvəli – Əmək Haqqından Tutulmalar necə hesablanacaq?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kompensasiyalara görə vergi ödənilməlidirmi?

posted in: Xəbər | 0

Sadələşdirilmiş vergi ödəyicisi, güzəşt, güzəştlər, vergi tutulmaları, Gəlirlər, Məzuniyyət haqqı, Pandemiya, vergi güzəştləri,Gəlirdən çıxılmayan xərclər, qeyri-rezident, ÖMV, ƏDV, cərimə, EDV, Riskli vergi ödəyiciləri,İlin sonuna doğru vergi ödəyiciləri olan hüquqi şəxslərüçün aktuallaşan məsələlərdən biri də pandemiya ilə əlaqədar dövlət tərəfindən müəyyən dövr üçün işçilərin əmək haqqına ayrılmış kompensasiyanın gəlir kimi nəzərə alınıb-alınmamasıdır. Sərbəst auditor Altay Cəfərov bu mövzunu konkret nümunə əsasında aydınlaşdırır.

Misal: Tutaq ki, pandemiyadan zərər çəkmiş vergi ödəyicisi olan “AA” MMC işçilərin əmək haqqını kompensasiya etmək üçün büdcədən 50.000 manat alıb və bu məbləğ MMC-nin bank hesabına mərhələlərlə ödənilib. “AA” MMC 2020-ci ilin mənfəət vergisi bəyannaməsini təqdim etdikdə 50.000 manatı gəlir kimi nəzərə almalıdırmı?

Vergi Məcəlləsinin 104.1-ci maddəsində göstərilib ki, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Həmin maddədən aydın olur ki, vergi ödəyicisinin bütün gəlirləri mənfəət vergisinə cəlb olunur.

Bəs Məcəllədə gəlir dedikdə nə başa düşülür?

Vergi Məcəlləsinin 13.2.12-ci maddəsində yazılıb: gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.

Bu müddəalardan aydın olur ki, gəlir dedikdə həm malların, işlərin və xidmətlərin təqdim edilməsi, həm də satışdankənar gəlir nəzərdə tutulur. Göründüyü kimi,“AA” MMC-ni aldığı 50.000 manat nə mal satışı, nə xidmət, iş təqdim edilməsi müqabilində əldə edilən gəlirhesab edilə bilər.

Bəs satışdankənar gəlir dedikdə nə başa düşülür? Bu suala da Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə aydınlıq gətirilib. Satışdankənar gəlirlər – digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir.

Bu maddədən aydın olur ki, ümumiyyətlə, malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı olmayan istənilən digər əməliyyatlardan əldə olunan gəlir satışdankənar gəlir sayılır.

Odur ki, “AA” MMC-nin büdcədən aldığı 50.000 manat məbləğ onun satışdankənar gəliri kimi uçota alınmalıdır. Bundan əlavə, Vergi Məcəlləsinin mənfəət vergisindən azadolma hissəsində də bu tipli gəlirlərin mənfəət vergisindən azad olunması və ya güzəşt edilməsi yoxdur.Məsələyə sadə məntiqlə yanaşsaq, “AA” MMC 2020-ci ilin mənfəət vergisi bəyannaməsini təqdim edərkən 50.000 manat xərc maddəsi kimi qeyd olunmalıdır. Bu halda şirkət mənfəət vergisini 10.000 manat azaldacaq: 50.000 x 20% = 10.000 manat.

Büdcə 50.000 manatı kompensasiya etməklə şirkətin xərclərini örtmüş olur. Yəni faktiki olaraq baxdığımız misalda “AA” MMC ziyana düşməyib, ödədiyi 50.000manatı dövlət ona geri qaytarıb. Kompensasiya məbləğini gəlir kimi göstərmədikdə isə “AA” MMC süni surətdə büdcəni əlavə olaraq 10.000 manat ziyana salmış olur.

Kompensasiyanın verilməsinin mahiyyəti ondan ibarətdir ki, vergi ödəyicisi ziyan çəkməsin və kompensasiya olaraq büdcədən şirkətə 50.000 manat məbləğin geri qaytarılması ilə ziyan tam bağlanılmış olur.

Odur ki, “AA” MMC 2020-ci ilin mənfəət vergisi bəyannaməsini təqdim edəndə ƏDV-yə cəlb edilməyən gəlir kimi 50.000 manat, əmək və məcburi dövlət sosial sığorta xərcləri kimi də 50.000 manat yazmalıdır. Bu zaman son nəticə olaraq mənfəət vergisinə cəlb edilən məbləğ sıfır olacaq.

Mənbə: vergiler.az


Bax: 2021-ci il üçün Əmək Haqqı Cədvəli – Əmək Haqqından Tutulmalar necə hesablanacaq?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

2021-ci il üçün əməkhaqqı cədvəli – Əməkhaqqıdan tutulmalar necə hesablanacaq?

posted in: Xəbər | 7

2021-ci il üçün Əmək Haqqı Cədvəli


Səfərbərlik zamanı əmək münasibətləri, Mühasiblər, Aprel ayı üzrə əmək haqqı, əmək haqqı, Sosial Sığorta haqqı, Topdansatış fəaliyyəti, Ezamiyyə, maaş, müavinətin hesablanması, Buta Group, vakansiya, mühasib,əmək haqqı, emek haqqi, Sosial Sığorta əmlak vergisiBildiyimiz kimi, 2021-ci il  1 yanvar tarixindən əməkhaqqı tutulmalarında olacaq dəyişikliklər İcbari Tibbi sığorta məbləği ilə bağlıdır. İcbari Tibbi Sığorta üzrə hesablamalar aşağıdakı kimi olacaqdır:
  • neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən – işçinin əməkhaqqısının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2021-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2022-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
  • neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən – işçinin əməkhaqqısının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2021-ci ildə 1 faizi, 2022-ci ildən etibarən isə 2 faizi;
  • neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən – işçinin əməkhaqqısının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
  • neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən – işçinin əməkhaqqısının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi;

Bütün bunlar özlüyündə əməkhaqqının hesablanmasına öz təsirini göstərir. Məsələn, Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicisinin aylıq 500 manat əməkhaqqısı olan işçisinin  2020 və 2021-ci il üçün əməkhaqqıdan tutulmalarının müqayisəli şəkildə hesablanması aşağıdakı kimi olacaqdır:

2020 2021
Əməkhaqqı məbləği 500 500
Gəlir vergisi (işçi tərəfindən) 0 0
Pensiya Fondu (işçi tərəfindən) 36 36
Pensiya Fondu (işəgötürən tərəfindən) 89 89
İşsizikdən Sığorta Haqqı (İşçi tərəfindən) 2,5 2,5
İşsizikdən Sığorta Haqqı (İşəgötürən tərəfindən) 2,5 2,5
İcbari Tibbi Sığorta Haqqı (İşçi tərəfindən) 0 5
İcbari Tibbi Sığorta Haqqı (İşəgötürən tərəfindən) 0 5
İşçinin aldığı net əməkhaqqı 461,5 456,5

 

2021-ci il üçün Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən və neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyiciləri üçün nümunəvi əməkhaqqı cədvəlini aşağıdakı linklərdən yükləyə bilərsiz.

Yükləyin: 2021-ci il üçün Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoru üçün əməkhaqqı cədvəli

Yükləyin: 2021-ci il üçün Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoru üçün əməkhaqqı cədvəli

Müəllif: Ramin Ramazanov


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun