KOBİA işğaldan azad olunan ərazilərdə biznes qurmaq istəyən sahibkarlara müraciət edib

posted in: Xəbər | 0

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sosial Sahibkarların Beynəlxalq Forumu, onlayn satış platforması, Vətəndaşa dəstək, KOBİA, vebinar, maliyyə kompensasiyası, KOBİA, onlayn maarifləndirmə, KOBİA, KOB subyektləri, vergi məcəlləsi, Gənc Sahibkarlar Forumu, sahibkarlar, turizm, vergi güzəştləri, KOBİA, sahibkarlıq, seminar,Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) işğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarlara müraciət edib.

KOBİA-dan bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, Müzəffər Azərbaycan Ordusunun sücaəti nəticəsində işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlar biznes layihələrini agentliyə təqdim edə bilərlər.

Agentliyə müraciət edən sahibkarlara işğaldan azad olunmuş ərazilərin iqtisadi və investisiya potensialına dair informasiya, məsləhət, əlaqələndirmə və digər dəstək və xidmətlər göstəriləcək.

İşğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarlar müvafiq formanı (https://bit.ly/37dIt12) doldurmaqla KOBİA-ya () təqdim etməlidirlər.
Əlavə məlumat üçün: (+994) 50 551 52 53 və (+994) 55 500 12 30, Ayaz Ədilov.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (36-cı hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (36-cı hissə)

35-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

inventarlaşdırma, Mühasibat uçotu,R. Çembers və A. Jennings məntiqi postulatlardan irəli gələn və buna görə praktikaya və bu səbəbdən onun adətlərinə köklü bağlı olmayan mühasibat uçotu nəzəriyyəsinin qurulması ilə bağlı zərurilik tələbini irəli sürdülər. Bu, mühasiblərin dünyasını radikallara və mühafizəkarlara ayıran yeni bir yanaşma idi. Mühafizəkar əksəriyyətin reaksiyasını D.O. May ifadə edib. O yazırdı ki, qırx illik təcrübə ona inandırdı ki, uçotun yenidən qurulması üzrə bütün təkliflər kiçik və böyüklərə bölünə bilər. Birincilər ciddi düşünməyi tələb etmirdilər, ikincilər isə bunu tələb edirdilər. Buna görə, o, ənənələrə əsaslanaraq tədricən və yavaş-yavaş həyata keçirilməlidir. May uçotda böyük dəyişikliklərin lazım olmadığını iddia edirdi. Lakin radikallar qalib gəldi və mühasibat uçotu tədricən yazı sənətindən elmə çevrildi.

M.S. Uells uçota paradiqma anlayışını daxil etdi. O, uçotun inqilablar nəticəsində inkişaf etdiyini göstərirdi. Hansı ki, alovunda bir paradiqma digərini əvəz edirdi. Müəllif mühasibat nəzəriyyəsində yeddi paradiqma müəyyən etmişdir:

  1. antropoloji – uçota ənənəvi yanaşma, hansı ki, hesabdarlıq işçilərinin təcrübəsi uçotun nəzəriyyəsini müəyyən edir;
  2. konyunktur – uçot nəzəriyyəsi bazar iqtisadiyyatının tələbatından çıxış edərək formalaşır;
  3. hadisəvi – məqsədi iqtisadi həyatın baş verən faktlarının qeydə alınmasında deyil, uçotun proqnostik inkişafında görür;
  4. prosessual – iqtisadi fəaliyyət proseslərinin öyrənilməsinə və idarəetmə qərarlarının qəbul edilməsinə yönəldilmişdir;
  5. idealizə olunmuş – hesab nəzəriyyəsini iqtisadi fəaliyyətin nəticələrinin ölçülməsinə gətirib çıxarır;
  6. informasiya – iqtisadi həyat faktları haqqında məlumatların qiymətləndirilməsi ilə məşğul olur;
  7. bixoverist – idarəetmə qərarlarını qəbul edən şəxslərin davranışlarını öyrənir.

Hər bir paradiqma digər paradiqmaların çatışmazlıqlarını aradan qaldırmağa çalışırdı və onların hamısı inkişaf, tanınma və yayılma qazanmışdı. Radikallar bir neçə rəqabət aparan yanaşmanı formalaşdırdılar:

  1. sosioloji;
  2. iqtisadi;
  3. bixoveristik;
  4. psixoloji;
  5. hadisəvi və informativ-hadisəvi.

Sosioloji yanaşmada A. Rapoport, Q.E. Fertix, A.Ç. Littlton, V.K. Simmerman və digərləri hesab edirdilər ki, hər bir nəzəri uçot vəziyyəti cəmiyyətə təsir edirdi və hər bir müddəa onun sosial effektindən asılı olaraq qəbul edilməli və ya rədd edilməlidir. Sosial mühasibatlığın məqsədi müxtəlif ictimai qrupların ziddiyyətli maraqlarının açıqlanması idi. Alimlərin fikrincə, mühasibat metodologiyası ictimai inkişafın katalizatorlarından biridir ki, bu da maksimum sosial effekt verir. Bu istiqamət Amerika cəmiyyətinin liberal tendensiyalarını ifadə edirdi, korporasiyaların sosial məsuliyyətini qeyd edirdi.

İqtisadi yanaşma. Bu istiqamətin nümayəndələri mühasibat uçotunun məqsədinin iqtisadi göstəricilərə nəzarət etmək və onları qiymətləndirməkdən, istehsalın maksimum effektivliyinə nail olmaq üçün şəraitin təmin edilməsindən ibarət olduğunu hesab edən Q.Q. Miller, L.L. Bruks, S. Zeff, M. Munits idi. Bununla əlaqədar olaraq, müəssisənin rəhbərliyi milli rifahın yüksəlişini təmin edən metodoloji mühasibat üsullarını seçməlidir.


37-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qədim Romada uçot (VI hissə)

posted in: Xəbər | 0

Qədim Romada uçot (VI hissə)

V hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Vergitutma sisteminin rüşeymləri

Qədim Romada uçot,Mühasib peşəsi

Romanın inkişafı ilə dövlət uçotu sistemi də inkişaf edirdi və bu sistem üçün inkişaf etmiş bürokratizm səciyyəvi idi.

Artıq Klavdinin dövründə keçmiş respublika magistratları bürokratik dəftərxanalarla əvəz olunurdu. Respublika idarələri və magistratlıqlarının bürokratik orqanlara çevrilməsi imperator Adrianın dövrünə qədər (117-138-ci illər) davam etdi. Həmin dövrdə artıq başda imperator şurası və müxtəlif təsərrüfat sahələri üzrə ona tabe olan departament şəbəkələrindən ibarət güclü mərkəzləşdirilmiş dövlət aparatı bərqərar olmuşdu.  Dövlət idarəçiliyi sistemində ilk yerlərdən biri maliyyə departamentinə məxsus idi ki, bu idarədə çoxlu sayda hesabdarlar, mirzələr və kassirlər işləyirdi.

İdarəetmənin məmurların əlinə keçməsi ilə görkəmli hüquqşünas Salviy Yulianın rəhbərlik etdiyi xüsusi komissiya tərəfindən yaradılmış qanunvericilik normalarının toplanmasına ehtiyac yarandı. Qanunlardan bacarıqlı istifadə və ofis işlərinin aparılması üçün ixtisaslı və savadlı məmurlar tələb olundu. Onların hazırlanması üçün Adrian Romada Ateney ali məktəbini qurdu. Dövlət qulluğunda xidmət edən mühasiblər 100 min sestersidən 600 min sestersiyə qədər əmək haqqı alırdılar və onlara tutduqları vəzifədən asılı olaraq müxtəlif rütbələr verilirdi. Belə ki, maliyyə idarəsinin rəhbəri – müasir Rusiya federasiyası yanında mühasibat uçotu Departamentinin analoqu – ikinci sinifdən olan məmur hesab olunurdu və “mükəmməl” adını daşıyırdı.  Mühasib peşəsinin nüfuzu çox sürətlə yüksəlirdi.


VII hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda orta aylıq əmək haqqı aşağı düşüb

posted in: Xəbər | 0

orta aylıq əmək haqqı, әmәkhaqqı, әmәk haqqı, orta aylıq əmək haqqı, təqaüd, Aylıq əmək haqqı, əlavələr, Sosial xidmətlər, Sosial yardımın müddəti, aylıq əmək haqqı, müavinət, vergi,kompensasiya, muzdlu işçilər, muzdlu işçilərin sayı, Kompensasiya məbləği, dəstək proqramı, dəstək proqramı, Əmək haqqı, maaş, Valyuta rejimi, orta aylıq əmək haqqı,Bu il noyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 min nəfər və yaxud 2,7 % artaraq 1 685,3 min nəfər olub, onlardan 914,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 770,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, muzdla işləyənlərin 19,5%-i təhsil, 18,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 8%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 13,2%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2020-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,7% artaraq 704,5 manat təşkil edib. Amma bu rəqəm yanvar-sentyabr ayları ilə müqayisədə 0,3% azdır. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun