Bina tikintisi ilə məşğul olanların vergi öhdəlikləri

posted in: Xəbər | 0

Uçot əməliyyatları üzrə mühasib, vakansiya, Mühasibat uçotu, Qeyri-rezident, Qeyri-rezidentə ödəmə, ƏDV, ÖMV, müavinət, mühasib, vakansiya,Vergi Məcəlləsinə bina tikintisi ilə bağlı edilmiş əlavələr və dəyişikliklər vergi ödəyicilərində müəyyən sualar yaradır. Məcəllənin 108-ci maddəsinə edilmiş əlavələri sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsinin “Gəlirin əldə edilməsi ilə bağlı xərclər” adlanan maddəsində göstərilir: “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir”.

Bu müddəanın tələbləri ilə bağlı ortaya çıxan sualları misal üzərində nəzərdən keçirək.

Misal1: Tutaq ki, bina tikintisi ilə məşğul olan vergi ödəyicisi – “AA” MMC-nin tikdiyi binanın ümumi sahəsi 10.000 kvadratmetrdir və 1 kvadratmetrin satış qiyməti 700 manatdır. Bir kvadratmetrinin maya dəyəri 300 manat təşkil edən bina layihələndirilən və müvafiq icazələr alınan zaman 300 kvadratmetr sahənin dövlətə ayrılması nəzərdə tutulub.

Sual: Satışın ümumi məbləği nə qədərdir? Satışın maya dəyəri hansı məbləğdir? Dövlət nəfinə verilən sahənin aqibəti necə olacaqdır?

İlk baxışda “AA” MMC-nin satdığı binanın qiymətinin məbləği 10.000 x 700 = 7.000.000 manat kimi görünür. Başqa sözlə desək, dövlətə verilmiş sahə bazar qiymətinə əsasən dövriyyə təsəvvürü yaradır. Bu məsələni dəqiqləşdirmək üçün Məcəllənin 13.2.12-ci maddəsinə nəzər yetirək.

13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.

Buradan aydın olur ki, dövlətə ayrılan hissə gəlir hesab edilmir. Odur ki, misalımızda olan 300 kvadratmetr sahənin qiyməti gəlir sayılmır. Bu halda “AA” MMC-nin gəliri 9.700 (10.000-300) x2 x700 = 6.790.000 manat olacaqdır.

Bəs MMC-nin xərcləri nə qədərdir?

Bu sualın cavabı üçün Məcəllənin 108-ci maddəsinə əsaslanmalıyıq. Yəni dövlət nəfinə alınmış 300 kvadratmetr sahə üçün xərcləmiş vəsait xərc maddəsi kimi qəbul edilir. Mənfəət vergisi bəyannaməsi təqdim ediləndə gəlirdən çıxılan xərc kimi 9700 kvadratmetrin maya dəyəri yox, 10.000 kvadratmetrin maya dəyəri silinəcəkdir. Odur ki, xərclər 10.000 x 300 manat = 3.000.000 manat olacaqdır.

Nəzərdən keçirdiyimiz misala əsasən, “AA” MMC illik mənfəət vergisi bəyannaməsində 6.790.000 manat gəlir, 3.000.000 manat da xərc göstərməlidir.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank “YAŞAT” Fonduna yarım milyon manat köçürdü

posted in: Xəbər | 0

Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılan “YAŞAT” Fonduna vəsait ayırıb. Bank fondun hesabına yardım məqsədilə 500 000 manat məbləğində vəsait köçürüb.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il fərmanı ilə yaradılan “YAŞAT” Fondunun manat və xarici valyutalarda rekvizitləri açıqlanıb. Bir sıra iri holdinq və şirkətlər kimi Kapital Bank da müəyyən məbləği, qeyd olunan hesaba köçürtdü. Həmçinin PAŞA Qrup şirkətləri tərəfindən “YAŞAT” Fonduna ümumilikdə 2 milyon manat vəsait ianə edilib.

Qeyd edək ki, ölkə başçısı tərəfindən yaradılan fondun əsas məqsədi Vətən Müharibəsi zamanı yaralanmış hərbi qulluqçuların və şəhidlərin ailələrinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi, maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsidir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məzuniyyətə görə kompensasiya və əmək haqqı ayrılıqda məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməlidir?

posted in: Xəbər | 0

əmlak vergisi emlak vergisiSual: İşçiyə 30.11.2019-cu il tarixində 600 AZN əmək haqqı hesablanıb. 15.11.2019-cu il tarixində işçiyə 400 AZN əvvəlki ilin istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilib. Sualım bundan ibarətdir ki, İşçinin gəliri 1000 AZN olaraq Sosial sığorta haqqına cəlb ediləcək, yoxsa 600 AZN ayrılıqda, 400 AZN ayrılıqda sosial sığorta haqqına cəlb edilməlidir?

Cavab: Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta (MDSS) haqlarına cəlb edilir.

Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqları 1 yanvar 2019-cu il tarixdən ödənildiyi halda gəlir vergisi və sosial sığorta haqları 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır.

Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci və 102.1.6-cı maddələri.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyanın ən səxavətli ölkəsinin adı məlum olub

posted in: Xəbər | 0

İrlandiya, 2020-ci ildə adambaşına düşən ianə baxımından ən səxavətli ölkə olub, bu haqda Forbes nəşri məlumat verib.

Beşliyə həmçinin ABŞ, Böyük Britaniya, Kanada və Avstraliya da düşüb. İl ərzində bütün ianələr heç də yalnız COVİD-19-la əlaqəli olmayıb. Ümumbərabərlik uğrunda mübarizə aparan təşkilatlar da dəstək alıblar. Bundan başqa, Amerika ərzaq fondu 2020-ci ildə vəsaitlər yığımı üzrə ən uğurlu kampaniya keçirib. Təşkilat ehtiyacı olan amerikalıları yedirtmək üçün 44 milyon dollardan çox vəsait toplaya bilib.

Koronavirusla mübarizəyə bağışlanan şəxsi vəsaitlərin rekordçusu Twitter qurucusu Cek Dorsi seçilib. Cek Dorsi atıq bu məqsədlər üçün milyard dollar pul verib. Biznesmen həm mütləq məbləğ üzrə, həm də öz sərvətindən ayırdığı pay üzrə ən saxavətli xeyriyyəçi olub.

Bu məbləğ digər məşhur mesenatların xərclədiyindən çoxdur. Məsələn, Bill və Melinda Geytslər COVİD-19-la mübarizəyə yalnız 100 milyon dollar pul köçürüblər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun