Sadələşdirilmiş vergitutma kim üçün məhdudlaşdırılır?

posted in: Vergi, Xəbər | 1

Sadələşdirilmiş vergitutmaSadələşdirilmiş vergitutma kim üçün məhdudlaşdırılır?


Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, işçilərinin sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslərin, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslərin, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslərin, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslərin (bina tikintisi və icbari sığorta müqaviləsi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) və s. sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.

Qanunla sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ məhdudlaşdırılan vergi ödəyiciləri bu ildən mənfəət (gəlir) vergisinin ödəyicisi kimi fəaliyyət göstərirlər.

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib ki, müəyyən fəaliyyət növləri üzrə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun məhdudlaşdırılması, əsasən, vətəndaşa yox, biznesə xidmət göstərən şəxslərə şamil edilib. Əgər vəkil, mühasib, auditor vətəndaşa xidmət göstərirsə, həmin şəxslər dövriyyəsindən asılı olaraq sadələşdirilmiş vergi rejimi tətbiq edə biləcəklər. Burada hər hansı bir məhdudiyyət yoxdur. Qanunun qoyduğu məhdudiyyət sahibkarla bağlanmış müqavilə əsasında sahibkara xidmət göstərən subyektlərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ ilə bağlıdır: “Bundan əvvəl sahibkara xidmət göstərən başqa bir sahibkar – əgər qarşı tərəf öz xərcini və gəlirini göstərmək istəmirsə və yaxud öz dövriyyəsini sadələşdirilmiş vergi rejimi ilə işləyirsə – qarşı tərəfin tələbi əsasında ona qaimə-faktura verilmirdi. Hansısa nəzarət-kassa aparatının çeki də sonradan rəsmiləşdirilir və burada bir sıra sui-istifadə hallarına yol verilirdi.

Əgər vəkil, mühasib, auditor vətəndaşa xidmət göstərirsə, həmin şəxslər dövriyyəsindən asılı olaraq sadələşdirilmiş vergi rejimi tətbiq edə biləcəklər.

Ümumiyyətlə, vergi ödəyiciləri arasında əməliyyatların rəsmiləşdirilməsi qaydaları Vergi Məcəlləsi ilə müəyyən edilir. Bir sahibkar başqa bir sahibkara mal, iş və ya xidmət təqdim edirsə, istisna halda hüquqi xidmət göstərirsə, əslində, e-qaimə-faktura təqdim etməlidir ki, qarşı tərəf də öz xərcini sübut edə, gəlirini göstərə bilsin. Əfsuslar olsun ki, bəzi hallarda əmək müqaviləsini “pərdələmək” məqsədilə, ümumiyyətlə, gəlirlər və xərclər sənədlərdə az göstərilir. İki sahibkar arasında qanunla müəyyən edilmiş sənədləşdirilmə aparılmır. Məhz buna görə də qanunvericiliyə belə bir dəyişiklik edildi”.

S.Musayeva bildirib ki, tam xərcsiz, yəni sıfır xərclə biznes qurulmur. İstənilən xidmətin, təbii ki, müəyyən bir xərci var: “Kargüzarlıq ləvazimatları, tərcümə xidmətləri, notarial xidmətlərlə bağlı xərclər ola bilər ki, onların rəsmiləşdirilməsi ilə bağlı sənədlər olmur. Əgər sahibkar bütün xərclərini rəsmiləşdirsə, daimi olaraq daşıma xidmətləri, dəftərxana ləvazimatları, rabitə xidmətləri qaimə ilə alınsa ölkədə sənədləşdirmənin bərpasına töhfə vermiş olacaq. Vergi öhdəlikləri şəffaf şəkildə müəyyənləşəcək. Əgər qarşı tərəf buna şərait yaratmırsa, vergi orqanına müraciət edilməlidir. Burada məqsəd vergi yükünün artırılması deyil: nə qədər xalis gəlir olsa, ondan tutulan vergidə 75 faizlik güzəşt var”.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nəqliyyat vasitələrinin fəaliyyəti ilə məşğul olanların sosial sığorta haqqının məbləği azaldılıb

posted in: Xəbər | 0

Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtı“Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, ölkə daxilində avtomobil nəqliyyatı vasitələrinin (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının 25 faizindən 6 faizinə endirilib.

Dövlət Vergi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sosial sığorta haqqının məbləğinə sözügedən nəqliyyat vasitələrinin fəaliyyət göstərdiyi ərazi üzrə əmsal tətbiq etməklə ödəməli olduqları aylıq sosial sığorta haqqı müəyyən edilib. Belə ki, aylıq sosial sığorta haqqı Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2 əmsal, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 1,5 əmsal, digər şəhər və rayonlarda 1əmsal təşkil edir.

Həmçinin sadələşdirilmiş vergi ilə məcburi dövlət sosial sığorta haqqı eyni vaxtda ödənildikdən sonra “Fərqlənmə nişanı” almaq mümkün olur və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsinə ehtiyac qalmır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat və audit fəaliyyətində rəqəmsal texnologiyalar (III hissə)

posted in: Xəbər | 0

Mühasibat və audit fəaliyyətində rəqəmsal texnologiyalar (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


baş mühasib, vakansiya,Son zamanlar tutulan vəzifələrə tələblər əhəmiyyətli dərəcədə artıb və prinsipcə yeni hesabat formaları meydana çıxıb. Bu da əmək bazarının bəzi seqmentlərində iş həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Bu cür inteqrasiyanın əlavə müsbət cəhəti informasiyanın qorunmasının təmin edilməsidir ki, bu da mühasibat uçotunun aparılması qaydasına yeni tələbləri nəzərə alaraq, məlumatların toplanması, mübadiləsi və sənəd dövriyyəsinin aparılması prosesində müşahidə edilməli olan əsas meyarlardan biridir.

Gilbertin nöqteyi-nəzərincə mühasibatlıq işçiləri öz fəaliyyətlərində yalnız digər bölmələrin işçilərindən gələn məlumatları rəhbər tutmalıdırlar. Başqa sözlə, bu məlumatlara əsaslanaraq, mühasib mühasibat uçotunun aparılması siyasətini işləyib hazırlayır, müvafiq rəy verir. Maliyyə hesabatlarının düzgün aparılmasını təmin edir. Bütün bu məlumatların faktiki olaraq mühasibatlıq və şirkətin sənəd dövriyyəsinin bir hissəsi olduğu barədə danışmağa dəyərmi?

Beləliklə, Gilbert iddia edir ki, rəqəmsal texnologiya əlavələrindən istifadə yalnız müəssisələrdə mühasibat uçotunun düzgün aparılmasını təmin etməyə, işçi heyəti arasında daha sıx və qarşılıqlı əlaqəni təmin etməyə, mühasibat və maliyyə hesabatlarının keyfiyyətini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək, həm də sənəd dövriyyəsi sisteminin düzgün aparılmasına kömək edəcək. O, həmçinin deyir ki, auditor yoxlamasının əsas meyarı müəssisələrdə sənəd dövriyyəsinin aparılmasının keyfiyyəti və aparılma qaydasıdır. Ona görə də bu cür texnologiyalardan istifadə auditorlar tərəfindən loyallığı təmin edəcək.

KeyBank tərəfindən istifadə olunan mühasibat uçotunun aparılması sahəsində biznes-proseslərin xüsusiyyətlərinə gəlincə, əsas diqqət təkcə uçot siyasətinin aparılması və idarə edilməsi aspektlərinə deyil, həm də yaxın perspektivdə mümkün dəyişikliklərin proqnozlaşdırılması sisteminə yönəldilib.

Sonuncu tələb məcburidir. Çünki ona riayət olunması zəruri hesabatın formalaşmasının prinsipcə yeni modellərinə vaxtında keçidi təmin etməyə imkan verəcək. Məsələn, söhbət PVH-nin (pul vəsaitlərinin hərəkəti) və GvX-in (gəlir və xərclər) hesabatlarından və ya Sarbana-Oksli Qanunu (SOQ)  ilə şirkətin daxili nəzarət sisteminin təmin edilməsi sahəsində irəli sürülən bütün aspektlərin, tələblərin və meyarların nəzərə alınmasının zəruriliyindən gedir.

Gilbertin sözlərinə görə, vahid rəqəmsal sistem daxilində prinsipial olaraq müxtəlif alətlərin inteqrasiyası müxtəlif istifadəçi qruplarının onlara lazım olan informasiyaya çıxışını təmin edəcək. Beləliklə, bir şirkət çərçivəsində bütün biznes proseslərini birləşdirəcək.


IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avropa iqtisadiyyatının işıqlı gələcəyi şübhə altına düşüb

posted in: Xəbər | 0

Avropa iqtisadiyyatı,Avropada region iqtisadiyyatının işıqlı gələcəyi şübhə altına düşüb. Avropa ittifaqında iqtisadi əhval indeksi, koronavirus ilə bağlı vəziyyətin pisləşməsi və infeksiyanın qarşısının alınmasına yönəlmiş yeni məhdudiyyətlərin tətbiqi fonunda noyabr ayında kəskin şəkildə azalıb. Bu haqda Bloomberg yazıb.

Ay ərzində göstərici 91,1 bənddən 87,6 bəndə düşüb. Ən bədbin olanlar pərakəndə satıcılar, xidmət təminatçıları və istehlakçılardır. Sənayedə və tikintidə əhval-ruhiyyənin az da olsa pisləşməsi müşahidə edilir. AB-də məşğulluq gözləntisi göstəricisi iki aydır ardıcıl olaraq azalır.

Bundan əvvəl məlum olub ki, bir çox Avropa dövlətlərinin hakimiyyətləri COVİD-19 ilə bağlı məhdudiyyətlərin müddətini uzadıb. Belə ki, Almaniya qismən təcridolunma müddətini ən azı dekabrın 20-dək uzadıb, Fransada isə iaşə sahəsi üçün sərt şərait yaradılıb. Yerli restoranlar 2021-ci il yanvar ayının 20-dən tez açılmayacaq. Məhdudiyyətlərin uzadılmasının 2020-ci ilin dördüncü rübündə iqtisadi göstəricilərə mənfi təsir edəcəyi gözlənilir.

Bundan əvvəl agentlik koronavirusdan ən az zərər çəkmiş Avropa ölkəsinin adını çəkmişdi. Həmin ölkə Litva olub, belə ki, ilin yekununa görə bu ölkədə ÜDM yalnız 2,2 faiz aşağı düşəcək. Ekspertlərin bildirdiyinə görə, bu ölkənin iqtisadiyyatı turizmdən asılı deyil, yerli fermerlər yaxşı məhsul yığıblar, logistik şirkətlər isə internet-sifarişlərin sayının artması ilə əlaqədar qazanc əldə ediblər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun