Mühasibat və audit fəaliyyətində rəqəmsal texnologiyalar (IV hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat və audit fəaliyyətində rəqəmsal texnologiyalar (IV hissə)

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Maliyyə sahəsi üzrə Təcrübəçi, vakansiya, mühasiblər, Sokolov,Son zamanlar tutulan vəzifələrə tələblər əhəmiyyətli dərəcədə artıb və prinsipcə yeni hesabat formaları meydana çıxıb. Bu da əmək bazarının bəzi seqmentlərində iş həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Gilbertin sözlərinə görə, vahid rəqəmsal sistem daxilində prinsipial olaraq müxtəlif alətlərin inteqrasiyası müxtəlif istifadəçi qruplarının onlara lazım olan informasiyaya çıxışını təmin edəcək. Beləliklə, bir şirkət çərçivəsində bütün biznes proseslərini birləşdirəcək.

“Biz sistemimizdən qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək üçün istifadə edirik!”, – o, təsdiq edir.

Rəqəmsal texnologiyalardan istifadə Gilbertə görə böyük bir müsbətdir. Çünki son zamanlarda daxili nəzarət sistemlərinin yoxlanılması sahəsində ictimai şirkətlərin hesabatlarına nəzarət komitəsi tərəfindən auditorlara olan tələblər əhəmiyyətli dərəcədə sərtləşdirilmişdir.

O, həmçinin vurğulayır ki, “indi auditorların ehtiyac duyduğu bütün məlumatları birləşdirmək və təqdim etmək daha asandır. Bundan sonra yoxlamaları həyata keçirmək də öz növbəsində xeyli asanlaşacaq”.

Bununla birlikdə, iş proseslərinin avtomatlaşdırılması baxımından bu cür tətbiqlərin həqiqətən yüksək potensialına baxmayaraq, hər şirkət onlardan istifadə etməyə hazır deyil. Məsələn, konsaltinq şirkəti olan Protiviti tərəfindən son araşdırma göstərib ki, müəssisələrin SOQ qanununun (Sarbana-Oksli Qanunu) bütün tələblərinə əməl etməsi üçün xərclər və vaxt məsrəfləri artdıqca yeni texnologiyaların inteqrasiyası və avtomatlaşdırılması prosesi dəyişkən uğurla baş verir.

Məsələn, şirkətlərin yalnız üçdə biri texnoloji proseslərin avtomatlaşdırılması prosedurlarına və girişin idarə olunması vasitələrinə diqqət yetirir. Eyni zamanda, qalan şirkətlər, indi SOQ tərəfindəki bütün tələblərə əməl olunduğundan əmin olmaq üçün tətbiq olunan texnologiyaların sınaqdan keçirilməsinə əhəmiyyət vermirlər.

“Protiviti” şirkətinin daxili audit sistemi üzrə icraçı vitse-prezidentinin sözlərinə görə, respondentlərin yalnız 11%-i Brayanın fikrincə, real vaxt rejimində biznes-proseslərin gecə-gündüz monitorinqinin təmin edilməsi sahəsində “əsl kəşf və müqəddəs qanun olan RBA texnologiyasından istifadə etmək zərurətini etiraf ediblər”.

O, həmçinin iddia edir ki, müasir texnologiyaların imkanları, həqiqətən, bir çoxlarının şüurunda SOQ-un bütün tələblərinə əməl etmək ehtiyacı ilə əlaqəli olan “monoton və gündəlik iş”dən yaxa qurtarmağa imkan verir.

Bununla yanaşı, onlar (texnologiyalar) həmçinin böyük məlumat kütləsi ilə işləməyə imkan verir. İstənilən şirkətin rəhbərliyini həmin məlumatların yalnız kiçik bir hissəsi deyil, daha dolğun informasiya ilə təmin edirlər.

Beləliklə, o, hesab edir ki, əksər şirkətlərin bu cür texnologiyaları tətbiq etmək cəhdləri ilə bağlı aparılmış sorğunun müsbət nəticələri, şübhəsiz, yaxşı tendensiyadır. Onun sözlərinə sübut olaraq, respondentlərin tam yarısı Sarban-Oksli Qanununa riayət olunmasını təmin etmək üçün gələcək maliyyə ilində yeni texnologiyaların tətbiq etmək niyyətindədir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda icbari tibbi sığortanın ƏDV-dən azad edilmə müddəti artırılır

posted in: Xəbər | 0

Azərbaycanda icbari tibbi sığortanın əlavə dəyər vergisindən (ƏDV) azad edilmə müddəti daha 1 il artırılır.

Bu, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən etibarən 2 il müddətinə ƏDV-dən azad edilir. Hazırda sözügedən müddət 1 il, yəni bu ilin sonuna qədərdir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank kiçik və orta sahibkarlara banka gəlmədən əmək haqqı layihəsinə qoşulmağı təklif edir

posted in: Xəbər | 0

Kapital Bank xalqımızın Vətən Müharibəsində Qələbə qazanması münasibətilə yeni “Zəfər Kampaniyası”nı təqdim edir. Bu yenilikdən hələ də Kapital Bank-ın əmək haqqı layihəsinə qoşulmayan kiçik və orta sahibkarlar yararlana bilər.

Şərtlərə görə, Müştəri Bank sistemi vasitəsilə əmək haqqı layihələrinə qoşulan müştərilərə, əmək haqqı kartları üzrə mədaxil komissiyasına 25% endirim təqdim edilir, əmək haqqı kartları isə pulsuz verilir. “Zəfər Kampaniyası” 1 mart 2021-ci il tarixinədək davam edəcək. Lakin əmək haqqı kartlarına köçürmə zamanı tətbiq edilən endirim, kampaniya müddətində layihəyə qoşulan müştərilər üçün sonrakı dövrdə də davam edəcək.

Kapital Bank-ın əmək haqqı layihəsinə qoşulmağın bir sıra üstünlükləri vardır: əmək haqqı layihəsinə qoşulma tam olaraq məsafədən, banka gəlmədən həyata keçirilir və hər hansı bir ödəniş tələb olunmur; əmək haqqı kartlarına mədaxil banka gəlmədən, onlayn şəkildə həyata keçirilir; Kapital Bank-da hesabı olmayan müştərilər cari hesabı onlayn şəkildə və tam pulsuz olaraq aça bilərlər; hər bir müştəri fərdi menecerlə təmin olunur və s.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: onlayn rejimdə biznes kart köçürmələri, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi , ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və s.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (37-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (37-ci hissə)

36-cı hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mühasibat uçotu,Bixoveristik yanaşma. K.T. Devine mühasibat uçotu prosesinin müxtəlif xidməti vəziyyətlərində mühasiblərin davranış prosesi olduğuna diqqət çəkirdi. Buna görə mühasibat uçotunun məqsədi öncə mühasiblərin və onların vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olanların hamısına təsir etmək yollarını inkişaf etdirməkdir. Mühasibat uçotu metodları insanların davranışının məqsədlərindən asılı olaraq seçilməlidir. Bixoverist yanaşmanın nümayəndələri mühasibat konsepsiyalarının qurulması üçün mürəkkəb riyazi aparatı cəlb edirdilər.

Psixoloji yanaşma. XX əsrin əvvəllərindən etibarən Amerika mühasibat uçotu məktəbi üçün təsərrüfat proseslərində məşğul olan şəxslərin maraqlarının vurğulanması səciyyəvi idi. Bu yanaşmanın dərinləşməsi insan psixikasının və insanların istehsalatda davranışlarının nəzərdən keçirilməsinə gətirib çıxardı. Hesabat göstəriciləri, normativlər, mühasibat terminləri bu və ya digər şəxsin maraqlarından asılı olaraq müəyyən reaksiyaya səbəb olan stimullardan başqa bir şey deyildi.

Bu nöqteyi-nəzərdən sözügedən yanaşmanın tərəfdarlarının mühasibatlığı anlamaları – deməli, mühasibi anlamaq və nəzarət altına qoymaqdan ibarət idi. İnsanları idarə etmək – bu cəzalandırmaq və təşviq etməyi, yəni, neqativ və pozitiv stimullardan istifadə etməyi bacarmaq demək idi. Buradan belə çıxır ki, mühasibat uçotunun təşkili müəssisənin mühasibi tərəfindən müəssisənin vizionunun modelinin müəyyən edilməsi və orada öz yerini müəyyənləşdirməklə başlamalıdır. Özü də bu model firmanın maraqlarından uzaqlaşdırılıb və hətta onlara ziddir. Uçot, qərar qəbulu prosesinin ayrılmaz hissəsi, icraya görə məsuliyyət bölgüsü kimi çıxış edən bir məlumat sistemidir.

İnformativ-hadisəvi yanaşma. D.Q. Sorter hesab edirdi ki, ənənəvi mühasibatlıq obyektin dəyər kimi və ya uçota alınan obyektlərin dəyər qiymətləndirilməsi kimi təfsirindən irəli gəlir. Uçotun əsasını informasiya hadisəsi təşkil etməlidir ki, bunun altında təsərrüfat həyatı faktı haqqında informasiya vahidi başa düşülür. Belə vahidlərin ayrılması, axtarışı mühasibat uçotunun mahiyyətini təşkil edir. Son nəticədə hesabatın yenidən qurulduğu, təsərrüfat həyatı faktının çıxış etdiyi, lakin uçot predmeti, mühasib üçün hadisə, müəyyən məlumatı daşıyan ilkin sənəddir. Məlumatların başlıca üstünlüyü – onların faydalılığındadır. Mühasib, informasiya hadisələrində gizli olan bu faydalılığı ölçmək və qeyd etmək məcburiyyətindədir.

Beləliklə, sözügedən beş yanaşmanın hər biri Amerika mühasiblərinin rasional baxışlarını ifadə edirdi. Məqsəd və vəzifələrin birliyini dərk edərək, mühasiblər mühasibat uçotu nəzəriyyəsini formalaşdırmağa başladılar. Onların fikrincə, mühasibat uçotunu yalnız indi elm saymaq mümkün olmuşdur.

Hazırkı dövrdə iki konsepsiya daha çox məşhurdur.

Birincisi, E.S. Hendriksen tərəfindən təqdim olunmuşdur, həmin konsepsiya mühasibat nəzəriyyəsini müxtəlif təsərrüfat vəziyyətlərini qiymətləndirməyə imkan verən etalonların ümumi sistemini təşkil edən geniş yayılmış prinsiplər toplusu kimi müəyyən edən və yeni praktiki metodikalar və prosedurlar yaradır.

İkinci konsepsiyanın ifadəçisi D.L. Makdonald isə hesab edirdi ki, istənilən nəzəriyyə üç elementə malik olmalıdır:

1) koordinasiya yolu ilə real dünya fenomenlərinin simvolik görünüşü;

2) hazırlanmış qaydalara uyğun olaraq simvol məlumatlarının işlənməsi və koordinasiyası;

3) real dünya fenomenində simvolik strukturların tərsinə tərcüməsi.

Bu komponentlərin hər biri uçotda iştirak edir. Bu iki konsepsiyanın hər hansı biri mövcud nəzəriyyələrdən irəli gələn, lazımi və normativ nəzəriyyələri nəzərdə tutan təsviri nəzəriyyələrin qurulmasına səbəb ola bilər.


38-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun